Smirnalı Teon (yun. Θέων 6 Σμνρναΐος, təq. 70, İzmir – təq. 135) da orta dövrün akademiklərindən (platonçularından) biri olmuşdur. O, "Platonun əsərlərini oxuyarkən riyazi predmetlərin icmalı" (yun. Τα κατά μαθηματικόν χρήσιμα εις την Πλάτωνος ανάγνωσιν) adlı əsərin müəllifi idi. Həmin kitaba latın dilində qısaldılmış olaraq "Expositio" deyilir. Bu kitab antik dövrün məktəblərində tədris edilmək üçün yazılmış və orada riyaziyyat, musiqi nəzəriyyəsi və astronomiya elmlərindən bilgilər verilmişdir. Mətni yazarkən Teon, keçmiş alimlərdən çoxlu istinadlar gətirmişdir.
| Teon Smirnalı | |
|---|---|
| q.yun. Θέων ὁ Σμυρναῖος | |
| |
| Doğum tarixi | təq. 70 |
| Doğum yeri | |
| Vəfat tarixi | təq. 135 (64–65 yaşında) |
| Fəaliyyəti | riyaziyyatçı, astronom, musiqişünas, musiqi nəzəriyyəçisi, filosof |
| Antik fəlsəfə |
![]() |
Yunan fəlsəfəöncəsi dövrü (e. ə. VII yüzilliyə qədər) Orfizm • Homer • Hesiod • Ferekid • Yeddi yunan müdriki • Epixarm |
Qədim yunan fəlsəfəsi (e. ə. VII–IV yüzilliklər) Sofistlər "Böyük" sofistlər → Protaqor • Prodikus • Qorqias • Hippias "Kiçik" sofistlər → Trasimaxus • Likofron • Kritius • AlkidamasKlassik yunan fəlsəfəsi 1. Sokrat və sokratçılar: 2. Platon və erkən platonçular: 3. Aristotel və erkən peripatetiklər: |
Ellinizm dövrünün fəlsəfəsi (e. ə. IV–I yüzilliklər) |
Qədim Roma dövrünün fəlsəfəsi I–V yüzilliklər Skeptisizm Sekst Empirik Stoaçılıq Seneka • Epiktet • Mark Avreli • Siseron Neoplatonizm Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius Antik dini təlimlər Qnostisizm • Hermetizm • Mitraizm Erkən Xristian fəlsəfəsi Klement • Origen • Avqustin Avrelius • Boesius • Saxta Dionisius Areopagit |
Əsərin riyazi bölümündə Teon "bir" və "vahid" anlayışlarının fərqləndirilməsini zəruri bilirdi, çünki hər bir rəqəm "birlərin" cəmidir. "Vahid" isə hər bir çoxluq çeşidlərindən aralanmış təklikdə olan ideal başlanğıcdır ki, onu yalnız düşüncə ilə qavramaq mümkündür və onun bölünməsi imkansızdır. Daha sonra Teon tərəfindən rəqəmlərin tək və cüt, sadə və mürəkkəb və s. növləri araşdırılmışdır.
Əsərin musiqi bölümündə nəğmələrdə rəqəmlər ahənginə riayət edilməsinin vacibliyi vurğulanmış və bunun qaydaları açıqlanmışdır. Burada musiqi nəzəriyyəsinin əsas elementləri də araşdırılmışdır.
Astronomiya bölümündə Teon yerin kürə olmasına dair çoxlu dəlillər gətirmiş, planetlər və göy cisimləri haqqında öz zamanının təsəvvürlərini açıqlamışdır. Bu təsəvvürlər yuxarıda sözü keçən başqa yunan filosofların baxışlarına bənzər olmuşdur. Belə ki, Teon yerin kainatın mərkəzində olmasını iddia edirdi. Onun fikrincə planet və ulduzların çoxu hərəkət etmir. Bəziləri isə, günəş və ay kimi, yerin ətrafında fırlanır. Burada həm də günəşin və ayın tutulması kimi təbiət olaylarına da münasibət bildirilmişdir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Teon Smirnalı haqqında məlumat. Teon Smirnalı nədir? Teon Smirnalı nə deməkdir?

