Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Homer (təq. e. ə. IX əsr, bilinmir – təq. e. ə. VIII əsr, yun. Ὅμηρος Homeros) və ya şərqdə tanınan adı ilə Əbu əş-Şüəra Homer (ərəb. ابو الشعرا هومر‎ Şairlər A

Homer

  • Ana Səhifə
  • Vikipediya
  • Homer

Homer (təq. e. ə. IX əsr, bilinmir – təq. e. ə. VIII əsr, yun. Ὅμηρος Homeros) və ya şərqdə tanınan adı ilə Əbu əş-Şüəra Homer (ərəb. ابو الشعرا هومر‎ Şairlər Atası Homer) — Antik dövrdə yaşamış İoniyalı şair. Şəxsiyyəti haqqında məlumat azdır. E.ə. 12–7 əsrlərdə yaşadığı ehtimal edilir. Antik mənbələrdə gəzərgi kor şair Homerin real obrazı fantastik uydurmalarla çulğaşır ki, bu da onun haqqında dürüst məlumatın olmadığını göstərir. Homerin vətəni olmaq şərəfi uğrunda 7 şəhər (Smirna, Rodos, Xios, Kolofon, Salamin, Arqos, Afina) mübahisə aparmışlar. Antik dövrdə Homer adı bəzən ümumiləşdirilmiş şəkildə rapsodların ifa etdikləri epik nəğmələrin müəllifi mənasında da işlədilmişdir. Sonralar "İliada" və "Odisseya" epik poemalarının, habelə "Homer himnləri"nin və "Margit" komik poemasının müəllifliyi ona istinad edilmişdir. "İliada" və "Odisseya" Qədim Yunanıstanın sosial münasibətlərini, mənəvi mədəniyyətini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir. Homerin şəxsiyyəti və yaradıcılığı ilə bağlı problemlərlə əlaqədar geniş yayılmış və indiyədək həll olunmamış mübahisələr ədəbiyyatşünaslıqda "Homer məsələsi" adı almışdır.

Homer
q.yun. Ὅμηρος
Doğum adı Ὅμηρος
Doğum tarixi təq. e. ə. IX əsr
Doğum yeri
  • bilinmir
Vəfat tarixi təq. e. ə. VIII əsr
Fəaliyyəti şair, müəllif, yazıçı
Əsərlərinin dili qədim yunan dili
Janr epos
Tanınmış əsərləri
  • İliada,
  • Odisseya
Vikimənbənin loqosu Homer Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsərləri

  • Odisseya, Bakı, 1977;
  • İliada, Bakı, 1978

Hər iki əsər Homer tərəfindən e.ə. 8-ci əsrdə yaradılmış, e.ə. 6-cı əsrdə yazıya alınmışdır.

"İliada" da troya müharibəsi haqqında danışılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Homer haqqında məlumat. Homer nədir? Homer nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Havay

  • Fevral 24, 2026

    Vinça mədəniyyəti

  • Fevral 23, 2026

    Yavər Əliyev

  • Fevral 23, 2026

    Tropik

  • Fevral 24, 2026

    Apollon 11

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst