Yeni pifaqorçulúq, Neopifaqorçulúq — yunan fəlsəfəsində pifaqorçuluğu Platon, Aristotel və stoaçıların təlimi ilə birləşdirən dini-fəlsəfi təlim təlim.
| Antik fəlsəfə |
![]() |
Yunan fəlsəfəöncəsi dövrü (e. ə. VII yüzilliyə qədər) Orfizm • Homer • Hesiod • Ferekid • Yeddi yunan müdriki • Epixarm |
Qədim yunan fəlsəfəsi (e. ə. VII–IV yüzilliklər) Sofistlər "Böyük" sofistlər → Protaqor • Prodikus • Qorqias • Hippias "Kiçik" sofistlər → Trasimaxus • Likofron • Kritius • AlkidamasKlassik yunan fəlsəfəsi 1. Sokrat və sokratçılar: 2. Platon və erkən platonçular: 3. Aristotel və erkən peripatetiklər: |
Ellinizm dövrünün fəlsəfəsi (e. ə. IV–I yüzilliklər) |
Qədim Roma dövrünün fəlsəfəsi I–V yüzilliklər Skeptisizm Sekst Empirik Stoaçılıq Seneka • Epiktet • Mark Avreli • Siseron Neoplatonizm Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius Antik dini təlimlər Qnostisizm • Hermetizm • Mitraizm Erkən Xristian fəlsəfəsi Klement • Origen • Avqustin Avrelius • Boesius • Saxta Dionisius Areopagit |
Yaranması
Yeni pifaqorçuluq miladdan öncə I yüzillikdə İskəndəriyyədə yaranmış mistik dini-fəlsəfi təlimdir. M. ö. IV yüzillikdən sonra qədim pifaqorçuların fəaliyyətinə son qoyulmuşdur. Roma imperiyası dövründə isə bu təlim yenidən dirçəlsə də, onun qədim məktəbinin təlimi ilə çox az bağlılığı olmuşdur. Sadəcə bu məktəbin filosofları hansısa tanınmış ənənəyə bağlı olmasını sərgiləmək üçün öz təlimlərini qədim pifaqorçuluqla bağlayırdılar. Bu səbəbdən də, o zaman pifaqorçuluğa aid edilən çoxlu sayda saxta ədəbiyyat yazılmışdır.
Yeni pifaqorçuluğun ilk nümayəndəsi kimi araşdırmaçılar Publius Nigidius Fiqulus’un (lat. Publius Nigidius Figulus, təxminən m. ö. 98 – 45) adını çəkirlər. O, filosof Siseronun yaxın dostu idi. O, bir çox elmlər haqqında kitablar yazmışdır. Siserona görə, o qədim pifaqorçuluğu yenidən dirçəltmək istəmişdir. Publius Fiqulus mistikaya çox meylli idi. Sisero xəbər vermişdir ki, o öncədəngörənlik edərək Oktavianus Avqustusun doğum günündə onun imperator olacağını bəyan etmişdir. Fiqulusun ən tanınmış əsərlərindən biri dilçiliyə aid olan “Qrammatikaya aid şərhlər” (lat. Commentarii grammatici) kitabı idi. Bundan başqa o tanrılara tapınma və onlara ehtiram etmə haqqında “Tanrılar haqqında” (lat. “De diis”), eləcə də münəccimlik, öncədəngörənlik və yuxu yozumları sahəsində də əsərlər yazmışdır. Onların yalnız bəzi fraqmentləri günümüzə gəlib çatmışdır.
Təlimi
Yeni pifaqorçuluq bir çox əlamətlərinə görə fəlsəfi cərəyandan daha çox dini təlim idi. Onun hətta Pifaqora aid edilən vəhy kitabları da mövcud olmuşdur. Bu təlimin əsasında kəskin dualizm dururdu. Maddi aləm şərlə, ruhi və səmavi başlanğıclar isə xeyirlə əlaqələndirilirdi. Bu baxımdan onlar düşünürdülər ki, Tanrı dünyanı rəqəmlərlə eyniləşdirilən ideyaların əsasında qurmuşdur.
Yeni pifaqorçular Bir rəqəmini xeyir olan və hər şeyin başlanğıcında duran Tanrı ilə eyniləşdirirdilər. Şərin təcəssümü olan İki rəqəmindən isə artıq çoxluq, dəyişkənlik, xaos başlayır. Bütün rəqəmlər ideyalarla eyniləşdirilir və onların nisbətinə görə dünyada hər şey var olur. Ancaq, rəqəmlərin sərbəst varlığı yoxdur, onlar Birdən çıxırlar.
Yeni pifaqorçular həm də dünyanın əbədiliyinə inanırdılar. İnsana isə “mikrokosm” kimi baxırdılar. Yeni pifaqorçuluqda tək tanrılığın əlamətləri olsa da, onunla maddi dünya arasında vasitəçi olan kiçik tanrıların və şər qüvvələrin varlığı da inkar edilmirdi. Həqiqi Tanrı ən yüksək mənəvi təbəqələrdə sonsuz uzaqlardadır. Vasitəçi kiçik tanrılar isə kamil olmadıqlarına görə, insanlara özlərinə tapınmağı buyururlar. Əbədiyyətə çatmaq üçün isə onlara deyil, həqiqi Tanrıya doğru mənəvi cəhətdən yönəlmək lazımdır. Bunun üçün əxlaqlı abid həyatı yaşanmalı, qidalanma, and içmə, qüsul və dəstəmaz alma qaydalarına riayət edilməli idi.
Əsas nümayəndələri
Ədəbiyyat
- Aydın Əlizadə. (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 235-237. ISBN 5-87459-013-7. 22 avqust 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2016.
- Encyclopædia Britannica/Neopythagoreanism
- Publius Nigidius Figulus // Encyclopædia Britanica, 1911.
- Thesleff H. An introduction to the Pythagorean writings of the hellenistic period. Abo, 1961; O'MearaD. Pythagoras Revived. Mathematics and Philosophy in Late Antiquity. Oxf, 1989.
- Неопифагореизм // Малый энциклопедический словарь Брокгауза и Ефрона: В 4 томах. СПб., 1907-1909.
- Новопифагореизм // Энциклопедический словарь Брокгауза и Ефрона. СПб, 1890-1907.
Həmçinin bax
- Pifaqor
- Pifaqorçular məktəbi
- Filolaus (Krotonalı)
- Hippasus (Mesapontumlu)
- Arxitas (Tarentli)
- Alkmeon (Krotonalı)
- Qnostisizm
- Hermetizm
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Neopifaqorçuluq haqqında məlumat. Neopifaqorçuluq nədir? Neopifaqorçuluq nə deməkdir?
