Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tirimüjgan Sultan (Osmanlı türkcəsi: موغان سلطان) (16 avqust 1819, Çərkəzistan – 2 noyabr 1853) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 34-cü

Tirimüjgan Sultan

  • Ana Səhifə
  • Vikipediya
  • Tirimüjgan Sultan

Tirimüjgan Sultan (Osmanlı türkcəsi: موغان سلطان) (16 avqust 1819, Çərkəzistan – 2 noyabr 1853) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 34-cü Osmanlı sultanı II Əbdülhəmidin anası.

Tirimüjgan Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 16 avqust 1819(1819-08-16)
Doğum yeri
  • Çərkəzistan
Vəfat tarixi 2 noyabr 1853(1853-11-02) (34 yaşında)
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Yeni Məscid
Atası Bəyxan bəy
Anası Almas xanım
Həyat yoldaşı
  • I Əbdülməcid
Uşaqları Naimə Sultan
II Əbdülhəmid
Mehmed Abid Əfəndi
Ailəsi Osmanlı xanədanı
Dini İslam

Mündəricat

Həyatı

Tirimüjgan Sultan 1822-ci ildə Şimali Qafqazda Beyxan bəy və Almas xanımın qızı olaraq dünyaya gəlmişdir. Ailəsi əslən çərkəz olub, Şapsuqlar ailəsinə mənsubdu. Ancaq oğlu Sultan Əbdülhəmidin səltənətində anasının erməni əsilli olması barədə şaiyələr də yayılmışdı. Saraya necə alındığı bilinməsə də, sarayda mükəmməl tərbiyə almış və adı dəyişdirilək Tirimüjgan qoyulmuşdur.

Tirimüjgan Sultanın Bəylərbəyi sarayındakı yataq otağı

Sultan Əbdülhəmidin qızı Ayşə Sultanın öz xatiratında yazdığına görə, nənəsinin uzun incə belli, yaşıl gözləri və tünd sarı rəngli uzun saçları vardı. Yenə Ayşə Sultanın xatiratında qeyd olunur ki, bir gün Sultan Əbdülhəmid saraydakı bir qrup xidmətçi qıza baxaraq "Bunlar da çərkəz əsillidir, bizim validəmiz kimi" demişdir.

Tirimüjgan Sultan Sultan Əbdülməcidlə taxta çıxdığı 1839-cu ildə Bəylərbəyi sarayında evləndi. Bu evlilikdən 1 qızı və 2 oğlu dünyaya gəlsə də, övladlarından ikisi uşaq yaşlarında vəfat etmişdi. İlk övladı olan Naimə Sultan 2 yaşı olanda çiçək xəstəliyindən, kiçik övladı Mehmed Abid Əfəndi isə 1 aylıq ikən bilinməyən səbəblə vəfat etmişdi. Həyatda qalan yeganə övladı Əbdülhəmid Əfəndi isə gələcəkdə taxta çıxmışdır.

Uzun müddət vərəmdən əziyyət çəkdikdən sonra Tirimüjgan Sultan 34 yaşında müalicə aldığı Fəriyə sarayında vəfat etdi. Həyatda qalan yeganə övladı Əbdülhəmid Əfəndi Sultan Əbdülməcidin digər xanımı Rahimə Piristü Sultanın himayəsinə verildi. Tirimüjgan Sultanın vəfatından 23 il sonra oğlu taxta çıxmış, onu böyüdən mənəvi anası Rahimə Sultan isə validə sultan ünvanı almışdır.

Vəfat edən Tirimüjgan Sultan Validə Turhan Sultan türbəsinə dəfn olundu. Gələcəkdə isə oğlu Sultan Əbdülhəmid 1887-ci ildə anasının xatirəsinə Rodosda məscid inşa etdirdi.

Həmçinin baxın

  • Əbdülməcid
  • II Əbdülhəmid
  • Validə Turhan Sultan türbəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tirimüjgan Sultan haqqında məlumat. Tirimüjgan Sultan nədir? Tirimüjgan Sultan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xoy şəhristanı

  • Fevral 27, 2026

    Fəsiləüstü

  • Fevral 27, 2026

    Qaralar (Sabirabad)

  • Fevral 27, 2026

    Anuştəkinlilər sülaləsi

  • Fevral 27, 2026

    Bielefeld

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst