Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kolofonlu Ksenofanes (yunanca Ξενοφάνης ὁ Κολοφώνιος; e.ə. 570, Kolofon[d] – təq. e.ə. 478, Sirakuza) – qədim yunan şairi və filosofu. Elea məktəbinin ilk filos

Ksenofan

  • Ana Səhifə
  • Vikipediya
  • Ksenofan

Kolofonlu Ksenofanes (yunanca Ξενοφάνης ὁ Κολοφώνιος; e.ə. 570, Kolofon[d] – təq. e.ə. 478, Sirakuza) – qədim yunan şairi və filosofu. Elea məktəbinin ilk filosofu hesab edilir.

Kolofonlu Ksenofan
Ξενοφάνης ὁ Κολοφώνιος
Doğum tarixi e.ə. 570(-570)
Doğum yeri
  • Kolofon[d]
Vəfat tarixi təq. e.ə. 478(-478) (91–92 yaşında)
Vəfat yeri
  • Sirakuza, Qədim Roma
Dövr Sokrataqədərki fəlsəfə
İstiqaməti Sokrataqədərki fəlsəfə, antik fəlsəfə
Əsas maraqları fəlsəfə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Milet məktəbi
Fales  • Anaksimandr  • Anaksimen
Elea məktəbi
Ksenofan  • Parmenid  • Eleyalı Zenon  • Melissus
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Pifaqorçular
Pifaqor  • Filolaus  • Hippas  • Arxitas  • Alkmeon
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlər → Protaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlər → Trasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Klassik yunan fəlsəfəsi

1. Sokrat və sokratçılar:
Kiniklər → Antisfen  • Diogen  • Bion Boristenes  • Kerkidas  • Kratet və Hipparxia
Kirenaçılar → Aristipp  • Hegesias  • Annikeris  • Teodorus  • Evhemerus
Meqaraçılar → Evklides  • Stilpon  • Evbulides  • Diodorus Kronus
Eretriyaçılar → Elidalı Fedon  • Eretriyalı Menedem

2. Platon və erkən platonçular:
Spevsippus  • Ksenokrates  • Polemon  • Krates  • Heraklides  • Eudoksus  • Arkesilaus

3. Aristotel və erkən peripatetiklər:
Teofrastus  • Evdemus  • Straton  • Dikearxus  • Aristarxus  • Demetri  • Aristoksenus

Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Skeptisizm
Pirron  • Enesidemus  • Aqrippa
Epikürçülük
Epikür  • Lukretius
Peripatetizm

Rodoslu Andronikus

Platonizm

Karneades  • Kliptomaxus  • Filon Larissalı

'Stoaçılıq'

Erkən dövr → Kitiyalı Zenon  • Xrisippus  • Kleantes

Orta dövr → Panetius  • Posidonius
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Skeptisizm
Sekst Empirik
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Peripatetizm
Afrodisialı Aleksandr
Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
Neopifaqorçuluq → Apollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

O, indiki Türkiyənin Qərbində yerləşən Kolofon (yun. Κολοφών) şəhərindən idi. Sonra Cənubi İtaliyaya səfərlər etmiş və sonradan Eleaya köçmüşdür.

Mündəricat

Fəlsəfəsi

Ksenofanes çoxtanrılı yunan panteonunu şiddətli tənqid etmişdir. O hesab edirdi ki, Olimpus dağında yaşayan yunan tanrıları əslində şairlərin uydurduqları və xalq təxəyyülündə formalaşan mifik obrazlardan başqa bir şey deyildir. Ksenofanesə görə insanlar özlərinə bənzər tanrılar yaratmışdılar. Bu baxımdan hər bir xalqın tanrılar haqqındakı təsəvvürləri məhz öz dünyagörüşləri əsasında formalaşmışdır. Yenə Ksenofanesə görə əgər öküzlər, atlar və başqa heyvanların düşüncəsi olsaydı, onlar tanrılarını elə özlərinə bənzər təsvir edərdilər.

Tanrıların təbiəti və başqa xüsusiyyətləri haqqında doğru biliyi əldə etmək olmaz, bu barədə ancaq ehtimal edilə bilər. Buna görə də, Ksenofanes qədim yunan şairləri Hesiodos və Homeri tanrılara insan xüsusiyyətlərini aid etməkdə (antpopomorfizm) günahlandırmışdır.

Eyni zamanda, Ksenofanes ateist də olmamışdır. O, dini və tanrını özünəməxsus tərzdə təsəvvür edirdi. Onun fikrincə yunan toplumunda olan baxışlar ibtidai səviyyədə olmuşdur. Buna görə də Ksenofanes yunanların dini dünyagörüşləri ilə razılaşmayaraq öz fikirlərini açıqlamışdır. Onun fikrincə Tanrı bir və bölünməzdir; eyni zamanda, o dünyadan ayrı bir şey də deyildir. Beləliklə, Ksenofanes Tanrını dünya ilə eyniləşdirmiş, onu təbiətdən ayırmamışdır. Buna görə də, dünya yaradılmamış, həmişə var olmuş və hər zaman da olacaqdır. Bu baxımdan Ksenofanes panteizmin əsasını qoyan filosoflardan biri olmuşdur. O güman edirdi ki, dünya əbədi, məhv olunmaz və vahiddir. Ona görə vahidlik elə Tanrının özüdür.

Ksenofanes ay, günəş və ulduzları tanrılaşdırmamış, onları fiziki cisimlər kimi təsəvvür etmişdir. Onun fikrincə dünyaların sayı sonsuzdur. Yağışlar isə yerdən günəş şüalarının təsiri altında baş verən buxarlanmanın nəticəsidir. Buxar göyə qalxır və yenidən su olub yerə yağır. Onun fikrincə insanlar və başqa canlılar su və torpağın qarışığından yaranmışdırlar. Qədim Misir dinində də insanları qoyunbaşlı tanrı Xnum torpaqdan (gildən) yaratmışdır. İnsanın torpaqdan yaradılması haqqında rəvayətlər Yəhudilik, Xristianlıq və İslamda da vardır.

Ədəbiyyat

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 27-28. ISBN 5-89968-061-X. 2016 tarixində (PDF). İstifadə tarixi: 16 avqust 2016.
  • Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
  • Xenophanes. Fragments and Commentary // The First Philosophers of Greece. London: K. Paul, Trench, Trubner, 1898.
  • R. Kattel, "The Political Philosophy of Xenophanes of Colophon", Trames 1(51/46) (1997), 125–142
  • Richard D. McKirahan, Xenophanes of Colophon. Philosophy Before Socrates. Indianapolis: Hackett Publishing Company, 1994
  • Вольф М. Н. Становление философского поиска и дискуссия об идее прогресса: Ксенофан В 18 DK // Вестник НГУ. Серия: Философия. — 2011. — Т. 9. — Вып. 3.

Həmçinin bax

  • Elea məktəbi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ksenofan haqqında məlumat. Ksenofan nədir? Ksenofan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Vəqf

  • Fevral 24, 2026

    Pifaqor

  • Fevral 23, 2026

    Hind-Avropa dilləri

  • Fevral 24, 2026

    BFƏ

  • Fevral 25, 2026

    Mixail Kutuzov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst