Kalkedonlu Ksenokrates (yun. Ξενοκράτης,E.ə. 395 – E.ə. 314) — qədim yunan filosofu, Platonun öyrəncisi, Spevsippusdan sonra Akademiyaya başçılıq etmişdir.
| Ksenokrates | |
|---|---|
| Ξενοκράτης | |
| |
| Doğum tarixi | e.ə. 396 |
| Vəfat tarixi | e.ə. 314 (81–82 yaşında) |
| Vəfat yeri | |
| Dövr | Ellinizm |
| İstiqaməti | Platonizm |
| Əsas maraqları | fəlsəfə |
| Antik fəlsəfə |
![]() |
Yunan fəlsəfəöncəsi dövrü (e. ə. VII yüzilliyə qədər) Orfizm • Homer • Hesiod • Ferekid • Yeddi yunan müdriki • Epixarm |
Qədim yunan fəlsəfəsi (e. ə. VII–IV yüzilliklər) Sofistlər "Böyük" sofistlər → Protaqor • Prodikus • Qorqias • Hippias "Kiçik" sofistlər → Trasimaxus • Likofron • Kritius • AlkidamasKlassik yunan fəlsəfəsi 1. Sokrat və sokratçılar: 2. Platon və erkən platonçular: 3. Aristotel və erkən peripatetiklər: |
Ellinizm dövrünün fəlsəfəsi (e. ə. IV–I yüzilliklər) |
Qədim Roma dövrünün fəlsəfəsi I–V yüzilliklər Skeptisizm Sekst Empirik Stoaçılıq Seneka • Epiktet • Mark Avreli • Siseron Neoplatonizm Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius Antik dini təlimlər Qnostisizm • Hermetizm • Mitraizm Erkən Xristian fəlsəfəsi Klement • Origen • Avqustin Avrelius • Boesius • Saxta Dionisius Areopagit |
Fəlsəfəsi
Ksenokrates, fəlsəfəni sistemləşdirmiş, onu üç hissəyə bölmüşdür:
- Dialektika (idrak nəzəriyyəsi və məntiqlə birlikdə);
- Fizika;
- Etika.
Onun fikrincə üç növ ilk varlıq və ya başlanğıc (substansiya) vardır: ağılla dərk edilən, hissi və onların üzərində qurulmuş mürəkkəb. Ağılla dərk edilən göy qatından yüksəklərdə olanların, hissi yerin və göyaltı sahələrin, mürəkkəb isə göyün özünün substansiyasıdır. Buna görə də ağılla dərk ediləni elmin, hissi substansiyanı duyğuların vasitəsilə qavramaq olar. Mürəkkəb substansiya isə rəylə dərk edilə bilər. Elm vasitəsilə qavranılarlar dayanıqlı və həqiqi olur. Duyğularla qavranılanlar da həqiqi olur, ancaq dərəcəsi elmlə qavranılarlar qədər olmur. Mürəkkəbdə isə həqiqət və yanlışlıq vardır. Çünki, hər bir rəydə həm həqiqət, həm də yanlışlıq mövcuddur.
Dünyanın əsasında Vahid və Diada (İkilik) durur. Vahidi Ksenokrates yunanların baş tanrısı Zeusla eyniləşdirib "Ata" adlandırırdı. Vahid həm də dünya Əqlidir. Diadanı isə o, "tanrıların anası" adlandırırdı və onu dünya "Ruhu" ilə eyniləşdirirdi.
Ksenokratesə görə dünya Ruhu rəqəmlər (ideyalar) və dəyişikliklərə məruz qalan maddi dünya arasında bir keçid mərhələsidir. Beləliklə o, Vahid başlanğıc və dünya Əqli anlayışlarına dünya Ruhu anlayışını da əlavə etmişdir. Bu fikir sonralar yeni-platonçular tərəfindən daha da inkişaf etdirilmişdir.
Ksenokratesə görə dünyanı ilahi qüvvələr bürüyüb və onlar dünya Ruhunda təcəssüm olunur. O kamildir, ancaq tədricən maddi aləmin təsiri ilə kamilliyini itirir. Ksenokrates göyü, ulduzları, hətta ünsürləri tanrılaşdırırdı. Onun təlimində ilk ünsürlər beşdir: efir, od, hava, su və yer.
Ksenokrates demonların varlığına da inanırdı. Onların yeri insanlarla tanrıların arasındadır, vəzifəsi isə onların arasında rabitə yaratmaqdır. Şərin mövcudluğu da demonlarla əlaqəlidir.
Ksenokratesə görə insan həyatının məqsədi ruhun düyğular aləmindən azad olunmasındadır. Müdriklik isə özünü təkcə nəzəriyyədə deyil, həm də praktik həyatda göstərməlidir.
Ədəbiyyat
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 200-201. ISBN 5-89968-061-X. 2016 tarixində (PDF). İstifadə tarixi: 16 avqust 2016.
- Диллон Дж. Наследники Платона: Исследование истории Древней Академии (347–274 гг. до н. э.). Пер. с англ. Е. В. Афонасина. СПб., 2005. С.108–181.
- Мочалова И. Н. Ксенократ Халкедонский как интерпретатор диалогов Платона // Универсум платоновской мысли: Вопросы познания. Процедуры правильного мышления. Докса и ноэсис. СПб., 1997. С.86–94.
- Мочалова И. Н. Философия ранней Академии. СПб., 2007.
- Мочалова И. Н. От Ксенократа к Аристотелю: формирование физики как теоретической науки в Академии Платона // Вестник Ленинградского государственного университета имени А. С. Пушкина. СПб., 2012. — № 3. Том 2. Философия. — С. 19–30. — ISSN 1818–6653.
Xarici bağlantılar
- Dancy, Russell. "Xenocrates". Stanford Encyclopedia of Philosophy.
- University of St Andrews, Scotland, Biography of Xenocrates
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ksenokrates (Kalkedonlu) haqqında məlumat. Ksenokrates (Kalkedonlu) nədir? Ksenokrates (Kalkedonlu) nə deməkdir?

