Apameyalı Numenius (yun. Νουμήνιος ὁ ἐξ Ἀπαμείας, m. II yüzilliyin ikinci yarısı) — Roma filosofu, yeni-pifaqorçular məktəbinin təmsilçisi.
| Numenius | |
|---|---|
| q.yun. Νουμήνιος ὁ ἐξ Ἀπαμείας | |
| Doğum tarixi | II əsr |
| Doğum yeri | |
| Vəfat tarixi | II əsr |
| Vəfat yeri | |
| Fəaliyyəti | filosof |
| Antik fəlsəfə |
![]() |
Yunan fəlsəfəöncəsi dövrü (e. ə. VII yüzilliyə qədər) Orfizm • Homer • Hesiod • Ferekid • Yeddi yunan müdriki • Epixarm |
Qədim yunan fəlsəfəsi (e. ə. VII–IV yüzilliklər) Sofistlər "Böyük" sofistlər → Protaqor • Prodikus • Qorqias • Hippias "Kiçik" sofistlər → Trasimaxus • Likofron • Kritius • AlkidamasKlassik yunan fəlsəfəsi 1. Sokrat və sokratçılar: 2. Platon və erkən platonçular: 3. Aristotel və erkən peripatetiklər: |
Ellinizm dövrünün fəlsəfəsi (e. ə. IV–I yüzilliklər) |
Qədim Roma dövrünün fəlsəfəsi I–V yüzilliklər Skeptisizm Sekst Empirik Stoaçılıq Seneka • Epiktet • Mark Avreli • Siseron Neoplatonizm Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius Antik dini təlimlər Qnostisizm • Hermetizm • Mitraizm Erkən Xristian fəlsəfəsi Klement • Origen • Avqustin Avrelius • Boesius • Saxta Dionisius Areopagit |
Təlimi
Onun fikrincə tam olan varlığın üç əsası vardır. Birincisi İlk Tanrıdır. O özünə qapanmış halda mövcuddur. İkincisi İkinci Tanrıdır. O maddə ilə münasibətdə olan Demiurqosdur; bir tərəfdən İlk Tanrıya, digər tərəfdən isə əbədi olan maddəyə yönəlir. Varlığın üçüncü əsasını isə kosmos təşkil edir.
Başqa məlumatlara görə, o varlığın üçüncü əsasını kosmosda deyil, Dünya Ruhunda görürdü. Ondan insan ruhunun ölən hissəsi yaranmışdır. İnsan ruhunun əqli hissəsi isə ölməzdir və dünya Əqlinə yönəlir.
Numenius platonçuluğu Müqəddəs kitabın (Bibliyanın) dünyagörüşünə, eləcə də Hind, Misir və digər dini təlimlərlə yaxınlaşdırmaq və uyğunlaşdırmaq istəmişdir. Hətta o, Platonu Musaya bənzədirdi. Bunun da zərurəti ondan doğmuşdur ki, o zaman Romada ənənəvi yunan-roman dini böhranda idi və eyni zamanda imperiyada çoxlu dinlər ortaya çıxmışdır. Onlardan biri də sonralar dövlət dininə çevrilmiş Xristianlıq idi. Buna görə də, o dövrün filosofları bu həqiqətləri nəzərə alıb antik təlimləri başqa inanclarla, xüsusən də Xristianlıqla qarışdırmağa çalışırdılar. Numeniusun varlıq haqqında nəzəriyyəsi də bu qəbildən idi. Sonralar bu ideya yeni-platonçular tərəfindən daha da inkişaf etdirilərək Xristian inancına uyğunlaşdırıldı.
Ədəbiyyat
- Aydın Əlizadə. (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 242-243. ISBN 5-87459-013-7. 22 avqust 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2016.
- Guthrie, Kenneth S., Numenius of Apamea, The Father Of Neo-Platonism — Works, Biography, Message, Sources, And Influence, Moran Press, 2008, 228 p.
- The Miscellanies; or, Stromata // Ante-Nicene. Christian Library. The Writings of the Fathers Down to A. D. 325. Vol. IV. Clement of Alexandria. Vol I. Edinburgh: T. and T. Clarc, 1867, p. 449.
- Евсевий Памфил. Евангельское приготовление. Книга XI / Перевод А. Ястребова // Богословский сборник. М.: Православный Свято-Тихоновский богословский институт, 2001, c. 158–162.
- Лосев А. Ф. История античной эстетики: Поздний эллинизм. — М.: Искусство, 1980. — С. 132–134.
- Нумений // Философский энциклопедический словарь / Гл. ред. Ильичев Л. Ф., Федосеев П. Н. и др. М.: Советская энциклопедия, 1983.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Numenius (Apameyalı) haqqında məlumat. Numenius (Apameyalı) nədir? Numenius (Apameyalı) nə deməkdir?
