Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tatyana Aristova (rus. Татьяна Аристова; 16 avqust 1926, Moskva – 28 fevral 2003, Moskva) — sovet-rus şərqşünası, etnoloqu, kürdoloqu, tarix elmləri doktoru. SS

Tatyana Aristova

  • Ana Səhifə
  • Vikipediya
  • Tatyana Aristova

Tatyana Aristova (rus. Татьяна Аристова; 16 avqust 1926, Moskva – 28 fevral 2003, Moskva) — sovet-rus şərqşünası, etnoloqu, kürdoloqu, tarix elmləri doktoru. SSRİ Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunun elmi işçisi, Yaxın Şərq və Zaqafqaziya xalqlarının etnoqrafiyası, kürdlərin etnoqrafiyası üzrə mütəxəssis kimi çalışmışdır.

Tatyana Aristova
Doğum tarixi 16 avqust 1926(1926-08-16)
Doğum yeri
  • Moskva, Moskva quberniyası[d], RSFSR, SSRİ
Vəfat tarixi 28 fevral 2003(2003-02-28) (76 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Elm sahələri etnologiya, şərqşünaslıq, Kürdşünaslıq[d]
Elmi dərəcəsi
  • tarix elmləri doktoru
İş yerləri
  • N.N. Mikluxo-Maklay Etnologiya və Antropologiya İnstitutu[d]
Təhsili
  • Moskva Şərqşünaslıq İnstitutu

Həyatı

Tatyana Aristova 1926-cı il avqustun 16-da Moskvada ailəsində anadan olub. Atası Fyodor Aristovun ölümündən sonra ana uşaqları uşaq evinə verməyə məcbur olub. Anasının ölümündən sonra o, böyük bacısının himayəsində böyüdü. Məktəbi bitirdikdən sonra Bauman adına Moskva Dövlət Texniki Universitetinə daxil olub lakin daha sonra fikrini Moskva Şərqşünaslıq İnstitutuna dəyişib. 1949-cu ildə Moskva Şərqşünaslıq İnstitutunun Yaxın Şərq fakültəsinin İran şöbəsini bitirmiş və SSRİ Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. Aspiranturada oxuduğu müddətdə Zaqafqaziyaya, kürdlərin məskunlaşdığı ərazilərə etnoqrafik ekspedisiyalarda iştirak edib.

1953-cü ildə SSRİ Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunda "İran Kürdləri (Tarixi-Etnoqrafik Oçerk)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1953–1979-cu illərdə SSRİ Elmlər Akademiyası Etnoqrafiya İnstitutunun Xarici Asiya şöbəsinin kiçik elmi işçisi, 1979–1984-cü illərdə baş elmi işçi olmuşdur. 1984-cü ildə təqaüdə çıxmışdır.

1993-cü ildə Moskva Dövlət Universitetində "XIX əsr – XX əsrin birinci yarısı kürdlərinin maddi mədəniyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1996–1997-ci illərdə Rusiya Xalqlar Dostluğu Universitetində kürd tələbələri üçün kürdlərin tarixi və etnoqrafiyası mövzusunda mühazirə oxuyub.

O, "Azad Kürdüstan" qəzetinin redaksiya heyətinin üzvü olub. İraq-Sovet Dostluq Cəmiyyətinin üzvü idi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tatyana Aristova haqqında məlumat. Tatyana Aristova nədir? Tatyana Aristova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ölülər (opera)

  • Fevral 27, 2026

    Mərcanı

  • Fevral 23, 2026

    6 dekabr

  • Fevral 27, 2026

    Məşşailik

  • Fevral 27, 2026

    Əlicançay

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst