Qobind Sinqh (22 dekabr 1666, Patna, Böyük Moğol imperiyası – 7 oktyabr 1708) — Siqhlərin onuncu və son qurusudur. (ਗੁਰੂ ਗੋਬਿੰਦ ਸਿੰਘ. 1666–1708). Quru Teqh Bahadurun oğludur.
| Qobind Sinqh | |
|---|---|
| pənc. ਗੁਰੂ ਗੋਬਿੰਦ ਸਿੰਘ | |
| |
| 11 noyabr 1675 – 7 oktyabr 1708 | |
| Əvvəlki | Teqh Bahadur |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 22 dekabr 1666 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 7 oktyabr 1708 (41 yaşında) |
| Fəaliyyəti | Quru, şair, filosof |
| Atası | Teqh Bahadur |
Həyatı
Qobind Sinqh 1675–1708-ci illərdə sikhlərin gurusu olmuşdur. Guru Qobind təkcə bacarıqlı döyüşçü (oxdan məharətlə istifadə edir və əla oxatan idi) deyil, həm də bir çox dilləri — o cümlədən fars, sanskrit, brac bhasha, ərəb və pəncab dillərini hələ gənclik illərində öyrənmiş dahi şair idi. O, sikhlər üçün müqəddəs sayılan çoxsaylı ilahiləri brac dilində, Markandeya-Puranadan götürülmüş xeyirlə şərin döyüşünü təsvir edən “Çandi di Var” poemasını isə pəncab dilində yazmışdır. Fars və sanskrit dillərində klassik ədəbiyyatı, eləcə də astronomiya, coğrafiya və digər elmləri dərindən bilirdi. Qobind Sinqh sikhlərin “Adi Qrant” kitabını yaddaşına əsaslanaraq yenidən tərtib etmişdir.
Qobind doqquzuncu guru Teqx Bahadurun yeganə oğlu idi. Atasının — islamı qəbul etməkdən imtina etdiyi üçün Böyük Moğol Övrəngzib əmri ilə edam edilməsindən sonra, Qobind cəmi 9 yaşında ikən onun yerinə guru oldu. Atasının şəhidliyindən sonra Qobind Sinqh bəyan etdi ki, tiranların qorxuda bilməyəcəyi, həyatın bütün sahələrində zülmə qarşı duracaq və ədaləti, sülhü, ümumbəşəri bərabərliyi bərpa etməyə çalışan bir xalq yaradacaq.
Başlanğıc, “sülh” dövründə — Moğollarla açıq toqquşmaların baş vermədiyi müddətdə — Qobind Himalaylarda yerləşən Sirmur knyazlığında yaşayırdı. Burada o, zorakılıqsızlıq (ahimsa) anlayışına yeni yanaşmanın teoloji əsaslarını və sikh əxlaq kodeksini formalaşdırdı. Şəhərin müdafiəsi üçün böyük bir qala tikdirdi və orada hərbi qarnizon yerləşdirdi. Sikh icmasının artan gücü yerli racaları narahat etdi və onlar şəhərə hücum etdilər, lakin bu hücumlar dəf edildi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qobind Sinqh haqqında məlumat. Qobind Sinqh nədir? Qobind Sinqh nə deməkdir?
