Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İskəndəriyyəli Hipatiya (yun, Ὑπᾰτία ἡ Ἀλεξάνδρεῖα; d. 370 – ö. 415) — yunan soylu filosof, riyaziyyatçı və astronom. İskəndəriyyə kitabxanasında fəlsəfə, riyaz

Hipatiya

  • Ana Səhifə
  • Vikipediya
  • Hipatiya

İskəndəriyyəli Hipatiya (yun, Ὑπᾰτία ἡ Ἀλεξάνδρεῖα; d. 370 – ö. 415) — yunan soylu filosof, riyaziyyatçı və astronom. İskəndəriyyə kitabxanasında fəlsəfə, riyaziyyat və astronomiya üzərinə dərslər vermişdir. Yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ardıcılı idi.

İskəndəriyyəli Hipatiya
Ὑπᾰτία ἡ Ἀλεξάνδρεῖα
Doğum tarixi təq. 360(0360)
Doğum yeri
  • İsgəndəriyyə, Şərqi Dioçez[d], Qədim Roma
Vəfat tarixi mart 415(0415-03) (54–55 yaşında)
Vəfat yeri
  • İsgəndəriyyə, Bizans imperiyası, Roma imperiyası
İstiqaməti Neoplatonizm
Əsas maraqları astronomiya, riyaziyyat, mexanika, fəlsəfə
Təsirlənib Platon, Plotin, Aristotel, İskəndəriyyəli Diofant, Ptolemey
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Milet məktəbi
Fales  • Anaksimandr  • Anaksimen
Elea məktəbi
Ksenofan  • Parmenid  • Eleyalı Zenon  • Melissus
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Pifaqorçular
Pifaqor  • Filolaus  • Hippas  • Arxitas  • Alkmeon
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlər → Protaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlər → Trasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Klassik yunan fəlsəfəsi

1. Sokrat və sokratçılar:
Kiniklər → Antisfen  • Diogen  • Bion Boristenes  • Kerkidas  • Kratet və Hipparxia
Kirenaçılar → Aristipp  • Hegesias  • Annikeris  • Teodorus  • Evhemerus
Meqaraçılar → Evklides  • Stilpon  • Evbulides  • Diodorus Kronus
Eretriyaçılar → Elidalı Fedon  • Eretriyalı Menedem

2. Platon və erkən platonçular:
Spevsippus  • Ksenokrates  • Polemon  • Krates  • Heraklides  • Eudoksus  • Arkesilaus

3. Aristotel və erkən peripatetiklər:
Teofrastus  • Evdemus  • Straton  • Dikearxus  • Aristarxus  • Demetri  • Aristoksenus

Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Skeptisizm
Pirron  • Enesidemus  • Aqrippa
Epikürçülük
Epikür  • Lukretius
Peripatetizm

Rodoslu Andronikus

Platonizm

Karneades  • Kliptomaxus  • Filon Larissalı

'Stoaçılıq'

Erkən dövr → Kitiyalı Zenon  • Xrisippus  • Kleantes

Orta dövr → Panetius  • Posidonius
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Skeptisizm
Sekst Empirik
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Peripatetizm
Afrodisialı Aleksandr
Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
Neopifaqorçuluq → Apollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Mündəricat

Həyatı və elmi

Hipatiyanın atası Teon (yun. Θέων, 335 – 405) məşhur İskəndəriyyə kitabxanasının sonuncu başçısı olmuşdur. Onun zamanında bu kitabxananın fəaliyyətinə imperator fərmanı ilə son qoyulmuşdur. Teon Evklidin "Başlanğıclarını" redaktə edib dərc etmiş və Ptolemeyin "Almagets" əsərinə şərhlər yazmışdır.

Hipatiya riyaziyyatçı, astronom və filosof idi. O, alimliyi ilə tanınmış və müəllimlik etmişdir. Çox ağıllı və bilikli, hamı üçün ünsiyyətə açıq və sadə qadın olmuşdur. Fəlsəfəni öyrənmək istəyənlər onun dərslərinə gəlirdilər.

O dövrdə Xristianlıq Romada hakim dinə çevrilmişdir. Dini fanatizm bütün imperiyanı bürümüş, xristianlar bütpərəst saydıqları antik mədəniyyəti və elmi darmadağın edir, alimləri və filosofları təqiblərə məruz qoyurdular. Antik mədəniyyətin mərkəzlərindən biri olan İskəndəriyyədə də bu proseslər gedirdi. Xristian fanatları Museyona hücum çəkmiş, onu dağıtmış və qədim kitabxananı yandırmışdılar.

Hipatiya isə o zaman dini fanatizmə qarşı çıxış etmişdir. O, İskəndəriyyənin siyasi həyatına fəal qatıldığına və şəhər başçısı Orestə yaxın olduğuna görə yerli xristian icmasının ona qarşı nifrəti ilə üzləşmişdir. Xristianlar onu bütpərəstlik, dinsizlik və əxlaqsızlıqda günahlandırmışdırlar. Hipatiyanın alimliyi, dini ehkamlara şübhələrlə yanaşması, dini fanatizmə qarşı çıxması, sərbəst davranışı xristianları qıcıqlandırırdı. Buna görə İskəndəriyyə yepiskopu, sonralar kilsə müqəddəsi elan olunmuş Kiril ona qarşı çıxış etmiş, onu çoxlu günahlarda ittiham etmişdir.

Sonda Kirilin fanatik tərəfdarları Hipatiyaya hücum çəkmiş, onu kilsəyə gətirərək orada diri-diri parçalayaraq edam etmişdilər. Güman edilir ki, bunu edənlər "parabalani" təriqətinin ardıcılları olmuşdurlar. Bununla da Hipatiya sonralar formalaşan Avropa ictimai fikrində dini fanatizmin qurbanı və dini mövhumat və elmsizliyə qarşı mübarizənin simvoluna çevrilmişdir. Kirili təmizə çıxarmaq üçün kilsə xadimləri onun bu cinayətdə əli olmadığını iddia edirlər. Ancaq, o özü edamda iştirak etməsə belə, qatillərə mənəvi dəstək vermişdir.

Hipatiyanın ölümü haqqında antik yazar Sokrat Sxolastikus xəbər vermişdir. "Historia Ecclesiastica" adlı əsərində o belə yazmışdır:

"Hipatiyanın qətli". Rəssam Louis Figuier, 1866 il
" ... Hipatiyanın tez-tez prefekt Orest ilə görüşməsi Xristianların xoşuna gəlmirdi. Onlar Hipatiyanı Orestlə yepiskop Kirilin arasını pozmağa cəhd etdiyini zənn edirdilər. Belə düşünən bir qrup fanatik, Peter adındakı şəbəkə liderləri ilə birlikdə Hipatiyanın evinin qarşısında pusqu quraraq onu gözləməyə başladılar. Hipatiya evə gələn kimi isə onu qaçırıb Sezareum adındakı bir kilsəyə apardıqdan, orada sonra tamamilə soyundurdular. Ardından onu daş-qalaq edərək öldürdülər. Daha sonra Hypatia'nın parçalanmış bədənini götürüb Kinaron adındakı bir yerdə yandırdılar. Bu da Kirilə və İskəndəriyyə kilsəsinə çox rüsvayçılıq gətirdi, çünki bu əməl İsanın ruhundan ilhamlananlar üçün yolverilməzdir. Bu olay Kirilin yepiskopluğunun dördüncü ilində baş vermişdir. "

Hipatiyadan sonra neoplatonizmin İskəndəriyyə məktəbi xristian ilahiyyatı mərkəzinə çevrilərək fəaliyyətini davam etdirmişdir.

Hipatiya düşüncənin, elmin və məntiqin dindən üstün olmasını iddia etmişdir. Hesab olunur ki, o areometr və astrolabiya (astronomik baxış keçirmək üçün cihazdır) cihazlarını daha da təkmilləşdirmişdir. Bəzi tədqiqatçılar hesab edirlər ki, Hipatiyanın müəllifliyi ilə tanınan əsərlərini o əslində atası Teonla birlikdə yazmışdır.

Əsərləri

Güman edilir ki, Hipatiyanın adına yazılar əsərlərin çoxusunu o atası Teonla birlikdə yazmışdır. Onlar bizim zamanımıza gəlib çatmamışdır. Bu əsərlərin bəziləri:

  • Riyaziyyatçı Diofantusun "Arifmetika" əsərinin 13-cü kitabına şərhlər;
  • Riyaziyyatçı Perqalı Apolloninin "Koniklər" əsərinə şərhlər;
  • Ptolemeyin "Almagesti" əsərinə atası Teon tərəfindən edilən şərhlərin redaktəsi;
  • Evklidin "Elementlər" əsərinə atası Teon tərəfindən edilən şərhlərin redaktəsi;
  • "Astronomik qanun" adlı kitabı.

Xatirəsi

Aktrisa (ola bilsin Marry Anderson) Hipatiya rolunda. 1900 il
  • Marsel Prust Within a Budding Grove (İtirilmiş zamanın axtarışında romanının 2-ci cildi) romanının ilk fəslinin son hissəsində: Hipatiya gələcəkdə formalaşan Avropa ictimai şüurunda dini təəssübkeşliyə, fanatizmə, barbarlığa və qaraguruhçuluğa qarşı mübarizə rəmzinə çevrilmişdir.
  • 1853-cü ildə İngilis yazar Çarlz Kinqsli Hypatiaya ithaf olunan, "Hypatia və ya köhnə xislətli yeni düşmənlər" adlı romanını nəşr etdi. Kinqsli romanında Hypatianı "özünü bəyənmiş və erotik bir qəhrəman" olaraq təsvir etmişdi.
  • 1884-cü ildə kəşf edilən bir asteroidə "238 Hypatia" adı verildi.
  • 2 yanvar, 1893-də "Hypatia" adlı bir tamaşa səhnəyə qoyuldu. Haymarket Teatrı, London.
  • 2009-cu ildə Hypatia'nın həyatını əks etdirən "Aqora" adlı film çəkildi. Bu filmi türk dilinə tərcümə edilmişdir.

Ədəbiyyat

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 280-282. ISBN 5-89968-061-X. 2016 tarixində (PDF). İstifadə tarixi: 16 avqust 2016.
  • Parsons, Reuben (1892), "St. Cyril of Alexandria and the Murder of Hypatia" in Some Lies and Errors of History, Notre Dame, IND.: Office of the "Ave Maria", pp. 44–53.
  • Richeson, A. W. (1940), "Hypatia of Alexandria", National Mathematics Magazine, Vol. XV, No. 2, pp. 74–82.
  • Schaefer, Francis (1902), "St. Cyril of Alexandria and the Murder of Hypatia", https://www.ilkfilm.com/The 2019-01-27 at the Wayback Machine Catholic University Bulletin 8, pp. 441–453.
  • Cain, Kathleen (1986), "Hypatia, the Alexandrian Library, and M. L. S. (Martyr-Librarian Syndrome)", Community & Junior College Libraries, Vol. 4(3) (Spring 1986), pp. 35–39.Film izle 2019-01-27 at the Wayback Machine
  • Еремеева А. И. Гипатия — дочь Теона: Земля и Вселенная, 1970, № 1.
  • Кингсли Ч., Маутнер Ф. Ипатия // Вступ. ст. П. Ф. Преображенского.
  • Колчинский И.Г., Корсунь А.А., Родригес М.Г. Астрономы: Биографический справочник. — 2-е изд., перераб. и доп.. — Киев: Наукова думка, 1986. — 512 с.
  • Лосев А. Ф. История античной эстетики, т. VII. — М., 1988.
  • Полисфен. Под звёздами Александрии. — Киев: Содружество "Сердце", 1990. — 40 с. [1] https://www.ilkfilm.com/(недоступная ссылка с 12–05-2013 (1186 дней)).

Xarici bağlantılar

  • International Society for Neoplatonic Studies 2011-09-15 at the Wayback Machine
  • Hypatia, Alexandria's Great Female Scholar 2014-01-04 at the Wayback Machine: from Smithsonian magazine
  • HYPATIA, THE DAUGHTER OF THEON paper by Giovanni Costa
  • Daşqalaq edilən qadın filosof — Hipatia

Həmçinin bax

  • Neoplatonizm
  • Selsus
  • Porfirius
  • İmperator Yulian

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hipatiya haqqında məlumat. Hipatiya nədir? Hipatiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sindhi dili

  • Fevral 28, 2026

    İşsizlik dərəcəsi

  • Fevral 24, 2026

    Mistika

  • Fevral 27, 2026

    Savoyya hersoqluğu

  • Fevral 27, 2026

    Habomai arxipelaqı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst