Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndələrindən biri.
| Qorgi | |
|---|---|
| yun. Γοργίας | |
| |
| Doğum tarixi | təq. e.ə. 483 və ya e.ə. 485 |
| Vəfat tarixi | təq. e.ə. 375 (107–110 yaşında) |
| Vəfat yeri |
|
| İstiqaməti | Sokrataqədərki fəlsəfə, sofistlər məktəbi |
| Əsas maraqları | fəlsəfə |
| Antik fəlsəfə |
![]() |
Yunan fəlsəfəöncəsi dövrü (e. ə. VII yüzilliyə qədər) Orfizm • Homer • Hesiod • Ferekid • Yeddi yunan müdriki • Epixarm |
Qədim yunan fəlsəfəsi (e. ə. VII–IV yüzilliklər) Sofistlər "Böyük" sofistlər → Protaqor • Prodikus • Qorqias • Hippias "Kiçik" sofistlər → Trasimaxus • Likofron • Kritius • AlkidamasKlassik yunan fəlsəfəsi 1. Sokrat və sokratçılar: 2. Platon və erkən platonçular: 3. Aristotel və erkən peripatetiklər: |
Ellinizm dövrünün fəlsəfəsi (e. ə. IV–I yüzilliklər) |
Qədim Roma dövrünün fəlsəfəsi I–V yüzilliklər Skeptisizm Sekst Empirik Stoaçılıq Seneka • Epiktet • Mark Avreli • Siseron Neoplatonizm Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius Antik dini təlimlər Qnostisizm • Hermetizm • Mitraizm Erkən Xristian fəlsəfəsi Klement • Origen • Avqustin Avrelius • Boesius • Saxta Dionisius Areopagit |
Fəlsəfəsi
Böyük sofistlərin daha bir tanınmış nümayəndəsi Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) olmuşdur. O müdrikliyi deyil, natiqliyi öyrətdiyini iddia edirdi. Çünki, hamı üçün bir olan həqiqət yoxdur. İnsan hətta öz yaşadığı anları nisbi olaraq yada salır. Qorgias "Təbiət ya da mövcud olmayan şey haqqında" əsərində iddia etmişdir ki, "heç nə mövcud deyil; nəsə mövcud olsa belə, onu qavramaq (dərk etmək) olmaz; o şey qavranılsa belə, onu sözlə ifadə etmək olmaz. Bununla da Qorgias aşağıdakıları demək istəyirdi:
1. Əgər varlıq əbədidirsə, onda hüdudsuzdur; hüdudsuzdursa, onda o heç yerdə yoxdur. Əgər varlıq əbədi deyilsə, onda o mövcud olan bir şeydən yaranmalıdır. Bu isə imkansızdır, çünki bu halda varlıq özündən qabaq mövcud olardı. Ya da varlıq yoxluqdan yaranmışdır. Ancaq bu da imkansızdır, çünki yoxluqdan nəsə yarana bilməz. Onda deməli heç nə mövcud deyildir.
2. Varlıq mövcuddursa da, onun barəsində düşünmək olmaz, çünki düşünülənlə gerçəkliyin fərqi vardır. Belə olmasaydı, onda bizim düşüncəmizdə olan hər bir fikir gerçəkləşərdi.
3. Varlıq haqqında düşünülsə belə, onu başqasına anlatmaq olmaz. Çünki, anlatmaq üçün biz sözlərdən istifadə edirik. Söz isə o şeyə tam uyğun gəlmir. Əksinə, biz sözləri şeylərlə izah edirik.
Beləliklə, şeylər haqqında birmənalı heç nə demək olmaz. Onlar haqqında yalnız həqiqətə nisbətən uyğun fikir yürütmək mümkündür. Bu kimi müddəalar aqnostik dünyagörüşünün əsasında durur.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qorgias haqqında məlumat. Qorgias nədir? Qorgias nə deməkdir?

