Metapontalı Hippas (yun. Ἵππασος ὁ Μεταποντῖνος, E.ə. V əsr – E.ə. IV əsr) — qədim yunan filosofu, pifaqorçular məktəbinin təmsilçisi. Pifaqorun şagirdi olmuş, ancaq sonra ona qarşı çıxış etmişdir. Hippasus ilk dəfə olaraq öncə gizli saxlanılan pifaqorçular təlimini cəmiyyətdə açıqlamış və bununla da ixtilaflara yol açmışdır. Elm tarixində bildirilir ki, Hippasus ilk dəfə olaraq pifaqorçular təlimində gizli saxlanılan İrrasional ədədləri cəmiyyətdə açıqlamış və buna görə dənizdə boğularaq öldürülmüşdür.
| Metapontalı Hippas | |
|---|---|
| q.yun. Ἵππασος ὁ Μεταποντῖνος | |
![]() Metapontumlu Hippasus | |
| Doğum tarixi | |
| Vəfat tarixi | |
| Vəfat yeri | |
| Vəfat səbəbi | boğulma |
| Elm sahəsi | fəlsəfə |
| Antik fəlsəfə |
![]() |
Yunan fəlsəfəöncəsi dövrü (e. ə. VII yüzilliyə qədər) Orfizm • Homer • Hesiod • Ferekid • Yeddi yunan müdriki • Epixarm |
Qədim yunan fəlsəfəsi (e. ə. VII–IV yüzilliklər) Sofistlər "Böyük" sofistlər → Protaqor • Prodikus • Qorqias • Hippias "Kiçik" sofistlər → Trasimaxus • Likofron • Kritius • AlkidamasKlassik yunan fəlsəfəsi 1. Sokrat və sokratçılar: 2. Platon və erkən platonçular: 3. Aristotel və erkən peripatetiklər: |
Ellinizm dövrünün fəlsəfəsi (e. ə. IV–I yüzilliklər) |
Qədim Roma dövrünün fəlsəfəsi I–V yüzilliklər Skeptisizm Sekst Empirik Stoaçılıq Seneka • Epiktet • Mark Avreli • Siseron Neoplatonizm Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius Antik dini təlimlər Qnostisizm • Hermetizm • Mitraizm Erkən Xristian fəlsəfəsi Klement • Origen • Avqustin Avrelius • Boesius • Saxta Dionisius Areopagit |
Fəlsəfəsi
Hippasus da, başqa pifaqorçular kimi, əsasən həndəsi və riyazi problemlərlə məşğul olmuş və bu sahədə ixtiralar etmişdir. Onun fəlsəfi fikirləri haqqında isə bilgilər çox azdır. Heraklit kimi o da hesab edirdi ki, hər şeyin başlanğıcında od durur. Bu fikirlər odu dünyanın mərkəzinə qoyan Filolausun dünyagörüşü ilə eynilik təşkil edirdi.
Həm də Hippasus kainatı bir canlı orqanizm kimi təsəvvür etmiş, var olan şeyləri onun hissəcikləri olaraq qəbul etmişdir. Başqa pifaqorçular isə hər şeyi nəm-quru, isti-söyuq kimi bir-biri ilə mübarizə aparan ikiliklərdə görürdülər. Hippasus həm də kainatın sonlu olduğunu iddia etmişdir.
Ədəbiyyat
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 50. ISBN 5-89968-061-X. 2016 tarixində (PDF). İstifadə tarixi: 16 avqust 2016.
- Iamblichus. Life of Pyhhagoras or Pithagoric life / Translated by Taylor T. London: J. M. Watkins, 1818, p. 104.
- Aristotle. Metaphysics / Translated by T. Taylor. : Printed for the author by Davis, Wilks, and Taylor, 1801.
- Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hippasus (Mesapontumlu) haqqında məlumat. Hippasus (Mesapontumlu) nədir? Hippasus (Mesapontumlu) nə deməkdir?

