Aqrippa (yun. Ἀγρίππας) — Qədim Roma dövrünün filosofu, skeptisizmin təmsilmisi, Enesidemusun ardıcıllarından bir. O, təxminən m. I yüzillikdə yaşamışdır. Diogenes Laertiusa görə Aqrippa Enesidemusun 10 troposuna daha beşini əlavə etmişdir.
| Aqrippa | |
|---|---|
| Doğum tarixi | I əsr |
| Vəfat tarixi | I əsr |
| Fəaliyyəti | filosof |
| Antik fəlsəfə |
![]() |
Yunan fəlsəfəöncəsi dövrü (e. ə. VII yüzilliyə qədər) Orfizm • Homer • Hesiod • Ferekid • Yeddi yunan müdriki • Epixarm |
Qədim yunan fəlsəfəsi (e. ə. VII–IV yüzilliklər) Sofistlər "Böyük" sofistlər → Protaqor • Prodikus • Qorqias • Hippias "Kiçik" sofistlər → Trasimaxus • Likofron • Kritius • AlkidamasKlassik yunan fəlsəfəsi 1. Sokrat və sokratçılar: 2. Platon və erkən platonçular: 3. Aristotel və erkən peripatetiklər: |
Ellinizm dövrünün fəlsəfəsi (e. ə. IV–I yüzilliklər) |
Qədim Roma dövrünün fəlsəfəsi I–V yüzilliklər Skeptisizm Sekst Empirik Stoaçılıq Seneka • Epiktet • Mark Avreli • Siseron Neoplatonizm Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius Antik dini təlimlər Qnostisizm • Hermetizm • Mitraizm Erkən Xristian fəlsəfəsi Klement • Origen • Avqustin Avrelius • Boesius • Saxta Dionisius Areopagit |
Troposlar
- Hər hansı bir şey haqqında ziddiyyətli fikirlər irəli sürülür. Buna görə də, onlar haqqında qəti bir fikir söyləməkdən çəkinmək lazımdır.
- Sübutlar silsiləsi sonsuzluğa qədər davam edir. Deməli, hansısa fikri əsaslandırmaq üçün gətirilən sübutun özü də sübut edilməlidir. Sonra bu yeni sübut başqası ilə isbatlanmalıdır. Bu silsilə də sonsuzluğa qədər sürəcəkdir.
- Hər şey nisbidir. İnsana şeylərin mahiyyəti deyil, onun duyğuları daxilində onların görsəntiləri (təzahürləri) açılır. Ona görə də onların əsl təbiətinin nə olduğu haqqında fikir yürütməkdən çəkinmək lazımdır.
- Hər bir həqiqət kimi iddia edilən şey əslində fərziyyədir (hipotez). Bu kimi fərziyyələr nəyinsə barəsində nəticə çıxartmaq üçün kifayət etmir.
- Sübutlar bir-birini sübuta yetirməlidir. Bu da o deməkdir ki, hansısa iddianı sübut etmək üçün irəli sürülmüş sübutu da qarşılıqlı olaraq həmin iddia ilə sübut etmək lazımdır. Onda belə nəticəyə gəlinir ki, onlardan heç biri başqasını sübut etmək üçün yetərli deyildir. Buna görə də, hər hansı iddiadan çəkinmək lazımdır.
Ədəbiyyat
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 127-128. ISBN 5-89968-061-X. 2016 tarixində (PDF). İstifadə tarixi: 16 avqust 2016.
- Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
- Агриппа // Античная философия: Энциклопедический словарь. — М.: Прогресс-Традиция. П. П. Гайденко, М. А. Солопова, С. В. Месяц, А. В. Серегин, А. А. Столяров, Ю. А. Шичалин. 2008.
- Секст Эмпирик. Три книги Пирроновых положений / Перевод Н. В. Брюлловой-Шаскольской // Секст Эмпирик. Сочинения в двух томах. Том 2. М.: Мысль, 1976.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aqrippa haqqında məlumat. Aqrippa nədir? Aqrippa nə deməkdir?
