Sekst Empirik (yun. Σέξτος Εμπειρικός, 160–210) — skeptisizmin Roma dövrünün ən tanınmış nümayəndəsi, bu məktəbin ənənələrinin davamçısı. İskəndəriyyə, Afina və Romada yaşamışdı. Sekst Empirik ixtisasca həkim idi. O, "Pirron müddəaları" (yun. Πυῤῥώνειοι ὑποτύπωσεις) və "Riyaziyyatçılara qarşı" (yun. Πρὸς μαθηματικούς) kimi bir neçə kitabın müəllifi idi. Bu kitablarda o şübhəçiliyin tarixi, əsasları və nəzəriyyəsini vermişdir.
| Sekst Empirik | |
|---|---|
| q.yun. Σέξτος ὁ Ἐμπειρικός | |
| |
| Doğum tarixi | təq. II əsr |
| Vəfat tarixi | təq. III əsr[…] |
| Dövr | Roma imperiyası |
| İstiqaməti | pyrrhonism |
| Əsas maraqları | fəlsəfə |
| Antik fəlsəfə |
![]() |
Yunan fəlsəfəöncəsi dövrü (e. ə. VII yüzilliyə qədər) Orfizm • Homer • Hesiod • Ferekid • Yeddi yunan müdriki • Epixarm |
Qədim yunan fəlsəfəsi (e. ə. VII–IV yüzilliklər) Sofistlər "Böyük" sofistlər → Protaqor • Prodikus • Qorqias • Hippias "Kiçik" sofistlər → Trasimaxus • Likofron • Kritius • AlkidamasKlassik yunan fəlsəfəsi 1. Sokrat və sokratçılar: 2. Platon və erkən platonçular: 3. Aristotel və erkən peripatetiklər: |
Ellinizm dövrünün fəlsəfəsi (e. ə. IV–I yüzilliklər) |
Qədim Roma dövrünün fəlsəfəsi I–V yüzilliklər Skeptisizm Sekst Empirik Stoaçılıq Seneka • Epiktet • Mark Avreli • Siseron Neoplatonizm Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius Antik dini təlimlər Qnostisizm • Hermetizm • Mitraizm Erkən Xristian fəlsəfəsi Klement • Origen • Avqustin Avrelius • Boesius • Saxta Dionisius Areopagit |
Fəlsəfəsi
Sekst Empirik skeptik baxışlarını tibb elmi ilə əlaqələndirirdi. O həm də, skeptisizmi başqa fəlsəfi məktəblərin təlimlərindən ayırır, onlarla qarışmağa qarşı çıxırdı. Onun əsərlərində skeptisizm ətraflı və dolğun bir təlim kimi təqdim edilmişdir. Sekst Empirik Enesidemusdan sonra skeptisizmin əsaslarını sübuta yetirən 10 troposda yetərincə dəyişikliklər etmiş, onları yenidən sistemləşdirmişdir.
Digər antik dövr mütəfəkkirləri biliyin əldə olunmasının mümkünlüyünü (qnostisizm) iddia edirdilər. Sekst Empirik isə şübhəçilərin ənənəsini davam etdirərək iddia edirdi ki, bilik nisbidir. Ona görə də, problemlərin həlli və şeylərin mahiyyətini açmaq cəhdlərindən çəkinmək lazımdır. Belə olarsa, insan kamilliyə çatmış olar. Onun fikrincə qanunlar, ənənələr, qaydalar və vərdişlərə riayət edilməlidir. Eyni zamanda sağlam düşüncəyə də xüsusi yer verilməlidir.
Qədim zamanlardan başlayaraq duyğular vasitəsilə əldə edilən biliyin nisbiliyini və ziddiyyətli olduğunu sübuta yetirmək istəyən mütəfəkkirlər öz dəlillərini Sekst Empirikin kitablarından gətirirdilər. Onun "problemlərin həllindən çəkinmə" prinsipi tibb, fiziologiya, zoologiya, fizika və digər elmlərdən alınmış faktlara əsaslanırdı.
Ədəbiyyat
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 132-133. ISBN 5-89968-061-X. 2016 tarixində (PDF). İstifadə tarixi: 16 avqust 2016.
- Bailey, Alan, Sextus Empiricus and Pyrrhonean scepticism, Oxford: Oxford University Press, 2002.
- Brennan, Tad, Ethics and Epistemology in Sextus Empiricus, London: Garland, 1999.
- Секст Эмпирик. Три книги Пирроновых положений. / Пер. Н. В. Брюлловой-Шаскольской, предисл. А. И. Малеина. СПб., 1913. 215 стр.
- Секст Эмпирик. Сочинения. В 2 т. / Пер. Н. В. Брюлловой-Шаскольской и А. Ф. Лосев. Общ. ред. и вступ. ст. А. Ф. Лосева. (Серия "Философское наследие"). М.: Мысль, 1976. 1250000 экз. Т. 1. 400 стр. Т. 2. 424 стр.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sekst Empirik haqqında məlumat. Sekst Empirik nədir? Sekst Empirik nə deməkdir?

