Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan baleti — baletin qollarından biri. Azərbaycan baletinin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildi

Azərbaycan baleti

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycan baleti

Azərbaycan baleti — baletin qollarından biri. Azərbaycan baletinin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub.

Azərbaycan musiqisi
Ümumi mövzular
  • Musiqi alətləri
  • Xanəndə
  • Muğam üçlüyü
  • Tar ifaçılıq sənəti
  • Rəqslər
  • Balet
Janrlar
  • Caz
  • Dini
  • Hərbi
  • Hip hop
  • Klassik
  • Opera
  • Pop
  • Rok
  • Xalq musiqisi
    • Layla
    • Nanay
    • Ağı
Xüsusi formalar
Milli musiqi
  • Aşıq musiqisi
  • Meyxana
  • Muğam
  • Təsnif
Alt janrlar
  • Caz-muğam
  • Muğam operası
  • Simfonik muğam
Media və təqdim etmə
Musiqi festivalları
  • Bakı Caz Festivalı
  • Bakı payızı
  • Xarı bülbül festivalı
  • Beynəlxalq muğam festivalı
  • Hacıbəyov musiqi festivalı
  • Qəbələ Musiqi Festivalı
  • Qızıl payız-69
Musiqi mediasıMədəniyyət TV
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar
Milli himnAzərbaycan himni
  • b
  • m
  • r

Mündəricat

Tarixi

XX əsrin erkən illəri

Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib. Məktəbin məzunlarının ilk çıxışları klassik rus və Avropa baletlərinin Azərbaycanda tamaşaya qoyulması ilə bağlı olurdu.

Azərbaycanın XKS-nın 1 iyul 1920-ci il tarixli qərarı ilə birləşmiş dövlət teatrı yaradıldı. 1924-cü ildə opera və balet truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrına (Azərbaycan və rus bölmələri ilə) çevrildi.

1930-cu illərin sonlarında Azərbaycanda artıq milli baletin yaradılması üçün möhkəm zəmin var idi. 1939-cu ildə ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan" baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası" baletini yazmışdır. "Qız qalası"nın yaranması bir sıra balet tamaşalarının yaranmasına səbəb oldu. Bu dövrdə teatrda "Sonalar gölü", "Don Kixot", "Baxçasaray fontanı", "Esmeralda", "Qırmızı lalə" və s. baletlər tamaşaya qoyulmuşdur. Balet truppasında V. Nejdanov, R. Potapova, O. Pokrovskaya, V. İ. Vronski və başqaları işləyirdilər.

1940-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet truppası Qəmər Almaszadə, İrina Mixayliçenko, Leyla Vəkilova, Konstantin Bataşov, Adilə Almaszadə, S. Mirəliyeva kimi istedadlı balerina və rəqqaslarla təmsil olunurdu.

1950-ci illər

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində 1950-ci ildə tamaşaya qoyulan ikinci balet — Soltan Hacıbəyovun "Gülşən" baleti oldu. Bu balet də Azərbaycanda balet incəsənətinin formalaşmasında mühüm rol oynamışdır.

1952-ci ildə isə Qara Qarayevin "Yeddi gözəl" baletinin səhnəyə qoyulması Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulmuşdur. Qara Qarayevin bu əsəri, və onun 1958-ci ildə "İldırımlı yollarla" baleti Azərbaycanın teatr sənətinin dünyada şöhrət tapması işinə xidmət etdi. Bəstəkar baş qəhrəmanların faciəli sevgisini kəskin münaqişəyə qədər yüksəldərək, mövzu etibarilə çağdaş, musiqi həllinə görə özgün tamaşa yaratmışdır. Əsər aydın musiqi konsepsiyası, parlaq xarakterləri, Cənubi Afrika musiqi folklorundan böyük sənətkarlıqla istifadə edilməsi ilə diqqəti cəlb edir. Həmin ildə Soltan Hacıbəyov müasir insanların həyatından bəhs edən "Gülşən" baletini yazdı.

Bu dövrdə sonralar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın həyatında mühüm rol oynamış Rəfiqə Axundova, Y. N. Kuznetsov, A. S. Urvantsev, Maqsud Məmmədov və başqa balet solistləri səhnəyə gəldilər.

1960-cı illər

Arif Məlikovun 1961-ci ildə yazdığı "Məhəbbət əfsanəsi" baleti nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox ölkələrinin opera teatrlarının repertuarında möhkəm yer tutmuşdur. 1968-ci ildə Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında yazılmış "Qaraca qız" baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Bu balet həm də uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir. 1969-cu ildə Parisdə "Şan Elize" teatrının səhnəsində keçirilən Beynəlxalq rəqs festivalında teatrın fəaliyyəti xüsusi qeyd edilmişdir. Bu festivalda Azərbaycan balet artistləri Paris Rəqs Akademiyasının diplomuna layiq görülmüşlər.

1970-ci illər

1970-ci illərin ən uğurlu səhnə əsəri isə Fikrət Əmirovun yaratdığı "Min bir gecə" baleti oldu.

1980-ci illər

"Leyli və Məcnun" baleti. Məcnun rolunda Gülağası Mirzəyev

1990-cı illər

2000-ci illər

2000-ci illərdə balet janrı Xəyyam Mirzəzadənin "Ağlar və qaralar", Aqşin Əlizadənin "Qafqaza səyahət" və Polad Bülbüloğlunun "Eşq və ölüm" və bir sıra yeni əsərlərlə zənginləşir.

2010-cu illər

Azərbaycan baletlərinin xronologiyası

Baletin adıPremyeraBəstəkarXoreoqrafMövzu və özəllikləri
Azərbaycan1920Üzeyir Hacıbəyovxoreoqrafik miniatür
Dağıstan1920Üzeyir Hacıbəyovxoreoqrafik miniatür
Dəli Muxtar19??Müslüm Maqomayevyarımçıq qalıb
Tərlan1939Əfrasiyab BədəlbəyliQəmər AlmaszadəXeyir və Şər qüvvələrinin savaşı haqqında uşaq baleti
Qız qalası1940Əfrasiyab BədəlbəyliSergey Kevorkov, Vaxtanq Vronskiy
Qəmər Almaszadə (II red.)
Qız Qalası əfsanəsi əsasında
Gülşən1950Soltan HacıbəyovQəmər Almaszadə (I, II red.)
Pyotr Abolimov (II red.)
insan əxlaqı və estetik mövzu haqqda
Yeddi gözəl1952Qara QarayevP. QusevNizami Gəncəvinin eyniadlı poeması əsasında
İldırımlı yollarla1958Qara QarayevM. Sergeyev (I red)
Rəfiqə Axundova, Maqsud Məmmədov (II red.)
Piter Abrahamsın eyniadlı romanının motivləri əsasında
Məhəbbət əfsanəsi1962Arif MəlikovYuri QriqoroviçNazim Hikmətin eyniadlı pyesi əsasında
Tülkü və Alabaş1964İbrahim Məmmədovuşaq opera-baleti
Qaraca qız1965Əşrəf AbbasovQəmər AlmaszadəSüleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında uşaq baleti
Ölümdən güclü1966Arif Məlikov
Xəzər balladası1967Tofiq BakıxanovRəfiqə Axundova, Maqsud Məmmədov (I red.)
Tamilla Şirəliyeva (II red.)
Xəzər neftçilərinin əməyinə həsr olunub
Şur1968Fikrət ƏmirovQəmər Almaszadəsevgi mövzusunda birpərdəli xoreoqrafik novella
Leyli və Məcnun1969Qara QarayevNelya NəzirovaNizami Gəncəvinin eyniadlı poeması əsasında birpərdəli xoreoqrafik poema
Yallı1969Rauf HacıyevRəfiqə Axundova
Maqsud Məmmədov
xoreoqrafik miniatür
Ləzgihəngi1969Rauf HacıyevR. Axundova
Maqsud Məmmədov
xoreoqrafik miniatür
Yer üzündə iki nəfər1969Arif MəlikovVinoqradov O. M.sevgi
Qobustan kölgələri1969Fərəc QarayevRəfiqə Axundova
Maqsud Məmmədov
Kaleydoskop1971Fərəc QarayevRəfiqə Axundova
Maqsud Məmmədov
süjetsiz
Muğam1972Nazim ƏliverdibəyovRəfiqə Axundova
Maqsud Məmmədov
Mirzə Şəfi Vazehin şeir və qəzəlləri əsasında
Azərbaycan süitası1972Rauf HacıyevR. Axundova
M. Məmmədov
birpərdəli xoreoqrafik miniatür
Çitra1972NiyaziNataliya DanilovaRabindranat Taqorun eyniadlı poeması əsasında
Əlibaba və qırx quldur1973Arif Məlikovnağıl
Nəsimi dastanı1973Fikrət ƏmirovNelya Nəzirovatarixi
Xəzəri fəth edənlər1975Fikrət ƏmirovNelya NəzirovaXəzər neftçilərinin əməyinə həsr olunmuş xoreoqrafik poema
Kosa-kosa1975Rəhilə Həsənovabalet-pantomima
İlham1977Leonid Vaynşteyn
Min bir gecə1979Fikrət ƏmirovNelya Nəzirovaeyniadlı ərəb nağılları əsasında
İki ürək dastanı1981Arif Məlikovİqor ÇernışovMirzə Əbdülqadir Bedilin "Komde və Modan" adlı poeması əsasında
Humay1981Nəriman MəmmədovA. AsatryanSəməd Vurğunun "Komsomol poeması" əsasında
Nizami1984Fikrət ƏmirovNelya Nəzirovatarixi
Babək1986Aqşin ƏlizadəRəfiqə Axundova
Maqsud Məmmədov
tarixi
Şərq poeması1989Tofiq BakıxanovRəşid ƏhmədovSergey Yeseninnin eyniadlı əsəri əsasında
Əlibaba və qırx quldur1990Oqtay Zülfüqaroveyniadlı ərəb nağılı əsasında
Xeyir və Şər1992Tofiq BakıxanovTamilla ŞirəliyevaNizami Gəncəvinin "Xəmsə"si əsasında uşaq baleti
Boş beşik1993Firəngiz ƏlizadəNicat Cüməlinin poeması əsasında
Don Kixot1993Qara QarayevRəşid Əhmədov (1993)
Georgi Kovtun (2000), Pulumb Agilliu
Servantesin eyniadlı romanı və rejissor Q. Kozintsevin eyniadlı film musiqisi əsasında birpərdəli balet-fantaziya
Yusif və Züleyxa1999Arif Məlikov
Ağlar və qaralar2000Xəyyam MirzəzadəPulumb Agilliu
Qafqaza səyahət2002A. ƏlizadəT. Şirəliyevatarixi
Rast2004NiyaziTamilla ŞirəliyevaNiyazinin eyniadlı simfonik muğamı əsasında ilk muğam-balet
Eşq və ölüm2005Polad BülbüloğluVakil Usmanov"Dədə Qorqud" dastanının motivləri əsasında
Oğuznamə2007Cavanşir Quliyeveyniadlı türk dastanı əsasında
Qarabağ harayı2008Tofiq Bakıxanov
Ümid valsı2008Aqşin ƏlizadəPulumb Agilliutarixi
Sayalı2012Elnarə DadaşovaPulumb AgilliuNovruz bayramında təbiətin oyanması, eşq, gənclik və rəqabət
Sehrli alma2012Oqtay Zülfüqarov"Məlikməmməd" xalq nağılı əsasında uşaq baleti
Şeyx Sənan2012Nəriman Məmmədov
Cavad xan2018Sərdar Fərəcov
tarixi
Dədə Qorqud2019İlahə İsrafilova
tarixi
Tac Mahal 2020 Ceyhun Allahverdiyev tarixi

Görkəmli sənətçilər

Şəxslər

Kişi

  • Əfrasiyab Bədəlbəyli
  • Əlirza Saçar Zərif
  • Gülağası Mirzəyev
  • Kamal Həsənov
  • Maqsud Məmmədov
  • Şəhriyar Cəfərov
  • Zakir Ağayev

Qadın

  • Roza Cəlilova
  • Çimnaz Babayeva
  • Leyla Vəkilova
  • Mədinə Əliyeva
  • Nelya Nəzirova
  • Qəmər Almaszadə
  • Rəfiqə Axundova
  • Xumar Zülfüqarova
  • Yulana Əlikişizadə
  • Tamilla Şirəliyeva

Həmçinin bax

  • Azərbaycanda opera
  • Azərbaycan cazı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan baleti haqqında məlumat. Azərbaycan baleti nədir? Azərbaycan baleti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Oqaden müharibəsi

  • Fevral 27, 2026

    ATOW1996

  • Fevral 27, 2026

    Aksaray ili

  • Fevral 27, 2026

    Şibuya

  • Fevral 27, 2026

    Tribosphenida

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst