Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arif Cahangir oğlu Məlikov (13 sentyabr 1933, Bakı – 9 may 2019, Bakı) — Azərbaycan bəstəkarı və rəssamı, SSRİ xalq artisti (1986), Azərbaycan SSR xalq artisti

Arif Məlikov

  • Ana Səhifə
  • Vikipediya
  • Arif Məlikov

Arif Cahangir oğlu Məlikov (13 sentyabr 1933, Bakı – 9 may 2019, Bakı) — Azərbaycan bəstəkarı və rəssamı, SSRİ xalq artisti (1986), Azərbaycan SSR xalq artisti (1978), professor (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001), həqiqi üzvü (akademik) (2014). Avrasiya Akademiyasının qurucu üzvlərinin biri

Arif Məlikov
Ümumi məlumatlar
Doğum tarixi 13 sentyabr 1933(1933-09-13)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 9 may 2019(2019-05-09) (85 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, rəssam, film bəstəkarı, musiqi pedaqoqu
Fəaliyyət illəri 1958–2019
Janrlar opera, simfoniya, balet
Musiqi alətləri piano, tar
Təhsili
  • Bakı Musiqi Akademiyası
Üzvlüyü
  • SSRİ Bəstəkarlar İttifaqı,
  • Azərbaycan Milli Elmlər Akademiyası
Mükafatları "SSRİ xalq artisti" fəxri adı — 19861986 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19781978 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1965 Azərbaycan SSR Dövlət mükafatı — 19861986 Nizami Gəncəvi adına Qızıl medal — 20152015
"Heydər Əliyev" ordeni — 20132013 "İstiqlal" ordeni — 19981998 "Şöhrət" ordeni — 20182018 "Heydər Əliyev" mükafatı — 20092009 "Şərəf nişanı" ordeni — 19711971
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamış, ömrünün sonuna kimi orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışmışdır.

Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsusluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış etmişdir.

Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri — "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. 1961-ci ildə S. M. Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D. Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.

Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş. Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti olmuşdur. Rəqqasə Komde və müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq sənətin əbədiliyinin, qüdrətinin rəmzinə çevrilmişdir.

Arif Məlikov öz yaradıcılığının təbiətinə görə simfonistdir. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirmişdir.

Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində — Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunmuşdur.

2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub.

Arif Məlikov 1979-cu ildə professor adına layiq görülmüşdür. 1982-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyib. 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2012-ci ildən Xəzər universitetinin fəxri doktoru olub.

Bəstəkar Arif Məlikov 9 may 2019-cu ildə 86 yaşında vəfat etmişdir. Məlikov ilə Bakı Musiqi Akademiyasında vida mərasimi təşkil olunmuş və I Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 28 may 1965
  • "Şərəf nişanı" ordeni — 1971
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 iyun 1978
  • Azərbaycan SSR Dövlət mükafatı — 1986
  • "SSRİ xalq artisti" fəxri adı — 17 oktyabr 1986
  • "İstiqlal" ordeni — 12 sentyabr 1998
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
  • Heydər Əliyev Mükafatı — 5 may 2009
  • "Heydər Əliyev" ordeni — 13 sentyabr 2013
  • Nizami Gəncəvi adına Qızıl medal — 2015
  • "Şöhrət" ordeni — 13 sentyabr 2018

Musiqi əsərləri

Baletlər — "Məhəbbət əfsanəsi" istisna olmaqla, heç biri Azərbaycan səhnəsində qoyulmayıb
  • "Məhəbbət əfsanəsi" (1961)
  • "Ölümdən güclü (balet)" (1966)
  • "Yer üzündə iki nəfər (balet)" (1969)
  • "Əlibaba və qırx quldur (balet, A. Məlikov)" (1973)
  • "İki ürək dastanı (balet)" (1981)
  • "Yusif və Züleyxa" (1999)
Simfonik əsərlər
  • Səkkiz simfoniya (1958–2000) — BSO üçün
  • Simfonik poemalar: "Nağıl", "Füzuli", "Metamorfozlar", "Axırıncı aşırım", "Qəhrəmani" — BSO üçün
  • Xalq Çalğı alətləri Orkestri üçün əsərlər
  • "Azərbaycan" balladası (1995) — Almas İldırımın söz. səs və simfonik orkestr üçün
Kamera instrumental əsərlər (prelüdlər, süitalar)
Nazim Hikmətin sözlərinə 3 vokal silsilə;
Operetta
"Dalğalar" (1967)
Teatr tamaşalarına və kinofilmlərə musiqi (1990–2001).

Filmoqrafiya

  1. Sehrli xalat (film, 1964)
  2. İyirmialtılar (film, 1966)
  3. Məhəbbət əfsanəsi (film, 1969)
  4. Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — bəstəkar, dirijor
  5. Ulduzlar sönmür (film, 1971)
  6. Rüstəm və Söhrab (film, 1971)
  7. Ürək məsələləri (film, 1971)
  8. Qərib cinlər diyarında (film, 1977)
  9. Qız qalası əfsanəsi (film, 1978)
  10. İşarəni dənizdən gözləyin (film, 1986)
  11. Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987)
  12. Doğma sahillər (film, 1989)
  13. Gecə qatarında qətl (film, 1990)
  14. Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990)
  15. Kamil (film, 1997)
  16. Tənha ruh (film, 1998)
  17. Tanrıya tapınan Kiş (film, 2001)
  18. Hacı Qara (film, 2002)
  19. Maestro (film, 2002)
  20. Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)
  21. Nəfəs alətləri (film, 2004)
  22. Oqtay Ağayev. Ötən günlər (film, 2004)
  23. Rəssam ömrünün palitrası. Xalq rəssamı Böyükağa Mirzəzadə (film, 2006)
  24. Dağlı çörəyi (film, 2007)
  25. Hədiyyələr, həyəcanlar… (film, 2007)
  26. Maestro Niyazi (film, 2007)

Həmçinin bax

Vikianbarda Arif Məlikov ilə əlaqəli mediafayllar var.
  • Məhəbbətim mənim, kədərim mənim (film, 1978)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arif Məlikov haqqında məlumat. Arif Məlikov nədir? Arif Məlikov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Trochilidae

  • Fevral 27, 2026

    Yuzef Pilsudski

  • Fevral 27, 2026

    Homalium

  • Fevral 27, 2026

    I Rocer

  • Fevral 25, 2026

    Xətai rayonu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst