Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sərdar Fərəculla oğlu Fərəcov (8 dekabr 1957, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycanın fəxri mədəniyyət işçisi

Sərdar Fərəcov

  • Ana Səhifə
  • Vikipediya
  • Sərdar Fərəcov

Sərdar Fərəculla oğlu Fərəcov (8 dekabr 1957, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycanın fəxri mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2025-ci ildən), Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru.

Sərdar Fərəcov
Sərdar Fərəculla oğlu Fərəcov
Ümumi məlumatlar
Doğum tarixi 8 dekabr 1957(1957-12-08) (68 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti opera bəstəkarı, bəstəkar
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20192019 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20072007

Mündəricat

Həyatı

Sərdar Fərəcov 1957-ci il dekabrın 8-də anadan olub. 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) prof. Xəyyam Mirzəzadənin sinfində bitirmişdir. Hazırda Üzeyir Hacıbəylinin Ev Muzeyi - nin direktoru vəzifəsində çalışır. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilmişdir.

Mükafatları

17 sentyabr 2019-cu ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.

8 may 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Əsərləri

Opera
  • "Şəngülüm, Məngülüm" (2000) - M. Müşfiqin nağılı əsasında uşaqlar üçün rok–opera
Operetta
  • "Müsyö Jordan və dərviş" (1998) - libretto müəllifindir
  • "Bankir adaxlı" musiqili komediyası (2000) - libretto T. Vəliyevanındır
  • "Səhnədə məhəbbət" (2000) - libretto Əli Əmirlinindir
Digər vokal əsərləri
  • T. Taisoğlunun sözlərinə səs, xor və simfonik orkestr üçün "Böyük vətəndaş haqqında" Oda (1996);
  • S. Şahbəylinin söz. xor və estrada-simfonik orkestri üçün "Teatr himni" /Milli teatrın 125 illiyinə həsr olunub/ (1998);
  • "Dədə Qorqud" Oratoriyası (1999);
  • A' capella xoru və klarnet üçün Triptix /V.Səmədoğlunun 60 illiyinə həsr olunub/ (1999);
  • M.Füzulinin söz. səs və simfonik orkestr üçün "Cəfadan qeyri" qəzəl-poeması (1994);
İnstrumental əsərlər
  • Orqan üçün "Qəsidə" (1991) - N. Gəncəvinin xatirəsinə
  • Simli kvartet üçün 3 pyes (1991);
  • Skripka və piano üçün pyeslər (2001).
Orkestr üçün
  • Kiçik simfonik orkestr üçün "Yumoreska" (1995);
  • Simfonik süita (1990)
  • Balet süitası (1991)
  • Simli orkestr üçün Süita (1995);
  • Kamera orkestri üçün "Oxunmamış lay-lay" poeması (1995);
  • "Matəm harayları" simfonik lövhəsi (2000);

Teatr tamaşalarına musiqi

  • "Ölüləri qəbirstanlıqda basdırın" /müəllif – İ.Şıxlı/,rejissor-R.Almuradlı/ (2005)
  • "Onun iki qabırğası var" /müəllif – Əli Əmirli/ ,
  • "Sənsiz yaşaya bilmərəm" /müəllif – M.Haqverdiyev/ (1996);
  • "Yeddi məhbusə" /müəllif – Əli Əmirli/,
  • "Sevirəm səni, Türkiyə" /müəllif – Kamal Abdulla/ (1997);
  • "İtkin ər" /müəllif – Əli Əmirli/,
  • "Yaxşı padşahın nağılı" /müəllif – Anar/,
  • "Molyer" /müəllif – M.Bulqakov/ (1998);
  • "Səhra yuxuları" /müəllif – Anar/,
  • "Şübhəli əhvalat" /müəllif – Qabil/,
  • "Anamın gəlinlik paltarı" /müəllif – Ə.Qasımov/,
  • "Yekəburun Cırtdan" /müəllif – V.Qauf/ (2001).
  • S.Vurğun, R.Rza, T.Taisoğlu, Kamal Abdulla, Q.P.Elsevər və b. şairlərin söz. mahnı və romanslar(1990 – 2001).

Məqalələr

  • Bir daha himn haqqında. "Mədəniyyət" qəzeti, 07.03.1991;
  • Ü.Hacıbəyovun unudulmuş "Bahar nəğməsi". "Mədəniyyət", 21.03.1991;
  • "Ü.Hacıbəyov Ensiklopediyası"nda 25 məqalə. B., "Azərbaycan", 1996;
  • Əgər onlar da tamamlansaydı, yaşasaydı. "Musiqi dünyası" jurnalı, №1, 1999;
  • Ü.Hacıbəyov və erməni sənətçilərinin mədəni təcavüzü. "Musiqi dünyası", №3-4, 2000;
  • Belə bir məktəb var. "Musiqi dünyası", №1-2, 2001.
  • Respublika elmi konfranslarında mə'ruzə və çıxışlar (1990 – 2001).
  • Dövri mətbuatda məqalələr (1990 – 2001).

Filmoqrafiya

  1. Əbədi iftixarımız
  2. Cavad xan (film, 2009)
  3. Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sərdar Fərəcov haqqında məlumat. Sərdar Fərəcov nədir? Sərdar Fərəcov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Roka burnu

  • Fevral 27, 2026

    Diş

  • Fevral 27, 2026

    Raqnar Lodbrok

  • Fevral 27, 2026

    Albert Sent-Dördi

  • Fevral 27, 2026

    Subekvatorial iqlim

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst