Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sa

Nanay (nəğmə)

  • Ana Səhifə
  • Vikipediya
  • Nanay (nəğmə)

Nanay — mərasim nəğməsi. Ağızla çalınan oyun havası.

Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır.

Xalq nəğməsi olan nanaylar yallıların müşayiəti ilə oxunurdu. Hər bir nanay iki, ya da üç vəsfi-hal və bir nanayarasından formalaşırdı. Bir-birindən ritminə görə fərqlənirdi. Yavaş, orta və sürətli oynanılan yallılarla müşayiət olunurdu. Hər bir nanayarası bir hava, motiv sayılırdı. Bu xalq nəğmələrinin çoxsaylı motivləri, eləcə də hər bir nanayın bir neçə variantı da məlumdur. Bu gün də bu xalq nəğmələri Çıldırda, Ərdahanda, Qarsın kəndlərində, eləcə də ağbabalılar arasında yaşamaqdadır.

Mündəricat

Nanaylar Ağbaba mahalında

Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır.

Nanaylar – İrəvanda ən çox yayılan ağız ədəbiyyatı nümunələrindəndir. Nanaylar İrəvanda yayılsa da, çox az çap olunmuşdur. Bu ərazidə demək olar ki, hər mahalın özünün yüzlərlə nanayı vardır. Bu folklor materialları vaxtında toplanmadığından onların çoxu itib-batmışdır. Nanayların əsas xüsusiyyəti odur ki, avazla oxunur və iki hissədən (nanayarası, vəsfi-hallar) ibarət olur. Nanayların hər biri yallı ilə müşayiət olunur. Adətən, nanayın motivinə uyğun olaraq yallı yavaş-yavaş sürətlənir. Nanay öncələr Novruz mərasimlərində (nanayoxuma və ya çağırma, “küflən getmə”də) özünü göstərsə də, daha sonralar toy mərasimlərində mağarlara yol tapmış, oradan da məclislərə, onu oxuyanların dəyişdirilməsinə (burada gənc qızları orta yaşlı kişilər əvəz edirdi), musiqisiz oxumaların musiqi (zurna-balabanla oxuma) ilə əvəz olunmasına gətirib çıxartmışdır. Nanaylar toy mərasimlərinə daxil olandan sonra nanay oxumaların dəyişdirilməsi, yəni qızların orta yaşlı kişilərlə əvəz olunması da təbii sayılmalıdır. Çünki bu ucqar yerlərdəki adət-ənənələrdən irəli gəlir. Toylarda adamların gözü qabağında ərgən qızın oxuması qəbahət sayıldığından nanay oxuyan qızları orta yaşlı kişilər əvəz etmişdir.

Nanaylar aşıq məclislərinə yol tapandan sonra bir neçə havahavacatın (“Gəlin nanayı”, “Ota nanayı”) yaranmasına imkan yaratmışdır. Nanay saz havaları həm də qara zurnada çalınır, oyun havası kimi cavanların daha çox üstünlük verdikləri havalardandır. İrəvanda aşıq havalarının içində həm sazda, həm də qara zurnada çalınan havalar daha çox nanaylarla bağlıdır. Belə havalardan “Xoşdamağı”, “Sarı yaylığı”, “Otalı qız”, “Çalpapağı”, “Ağrı dağından endim”, Çıldır havası “Zinnə” və s. göstərmək olar. Nanaylar, eləcə də nanayı saz havaları İrəvan ərazisində yaşayan əhalinin dədə-baba adət-ənənələriylə sıx bağlıdır. Çox təəssüf ki, bu materiallar vaxtında toplanmadığından onların çoxu itib-batmışdır. Araşdırmalar nəticəsində tırınqıların üç, nanayların dörd əlamətini müəyyən etmişik. Tədqiqat zamanı nanayların təsiri ilə yaranan hava-havacatın ikili xarakterini (həm sazda, həm qara zurnada ifa olunduğunu) dəqiqləşdirdik. Daha çox nanayların yallılarla bağlılığından irəli gəldiyini öyrəndik. Bu araşdırmaların elmi yeniliyin özünəməxsusluğu, bu mühitə xas olan əlaməti burada regional və etnoqrafik qatların (layların) zənginliyi bir-birini tamamlamasıdır. Ümumiyyətlə, Nanayların musiqi formasının təhlilləri isə sübut edir ki, bu havaların həm aşıq musiqi havalarının, həm də bəstəkar yaradıcılığı üçün örnək olduğunu ortaya çıxardı. Nanayların məişət mərasimləri üçün xarakterik olması musiqi forma xüsusiyyətlərinin təhlilləri əsasında da müəyyən olur. Bu faktlar onu göstərir ki, bu havalar qədim folklor nümunələri kimi öyrənilməli və nəzəri təhlillərə cəlb olunmalıdırr. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır. Dədə-babalar suya artım, bərəkət, ana kimi yanaşıblar. Təsadüfi deyil ki, nanay sözünün etmologiyası da ana, nənə sözündədir. Nanaylar mərasim nəğmələri kimi yadda qalandır. Bu mərasim də daha çox Novruz bayramında ifa olunurdu, oxunurdu, deyilirdi, yayılırdı. Təbii ki, nanay oxumaları Ağbaba mahalında bulaq başından başlanırdı. Bu mahnı adətən qız-gəlin məclislərində olurdu. Qız-gəlin məclisləri gərək idi ki, qapalı olsun. Kənd yerlərində mühafizəkarlıq güclü olur. Kişi cinsi orada iştirak eləməli deyil. Bulaq başından sonra küləkgetmə deyilən bir adət var idi ki, onu yerinə yetirirdilər. Yəni yellənirdilər. Təbii ki, bu hərəkəti yerinə yetirməklə yanaşı mahnı da oxuyurdular. Bu mahnıya yelləmə, yaxud nanayarası deyirdilər. Qeyd edək ki, toy-düyünlərdə oxunan tırınqılarda onun əsas bəndindən sonra gələn iki misralı nanayı əksər hallarda toya yığışmış kütlə xor şəklində oxuyardı. Ucqar kəndlərdə isə həmin nanayı bir və ya bir neçə adam oxumaqla məclisi yola verərdilər .

Nanaylar Lənkəranda

Lənkəranın Şərəfə kəndində yaşayan və başqa bir üslubu təmsil edən Həsənova Həcərin solo oxumasında «Nanay» adlı mahnının özünəməxsus melodiyası sırf vokal ifa formasına görə məşhur «Darçını» instrumental rəqs havasının daha əksi bir variantıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nanay (nəğmə) haqqında məlumat. Nanay (nəğmə) nədir? Nanay (nəğmə) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Səncəq döyüşü

  • Fevral 24, 2026

    Əhali

  • Fevral 27, 2026

    Salarilər dövləti

  • Fevral 27, 2026

    Saparmurad Niyazov

  • Fevral 27, 2026

    Dövlət hakimiyyəti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst