Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qəmər Hacıağa qızı Almaszadə (10 mart 1915, Bakı – 7 aprel 2006, Bakı) — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). O, 1953–1

Qəmər Almaszadə

  • Ana Səhifə
  • Vikipediya
  • Qəmər Almaszadə

Qəmər Hacıağa qızı Almaszadə (10 mart 1915, Bakı – 7 aprel 2006, Bakı) — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). O, 1953–1972-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş baletmeytser, 1972–1988-ci illərdə isə balet truppasının bədii rəhbəri olmuşdur.

Qəmər Almaszadə
Doğum tarixi 10 mart 1915
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 7 aprel 2006 (91 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Əfrasiyab Bədəlbəyli (1931–1940)
Atası Hacıağa Almaszadə
Fəaliyyəti balerina, baletmeyster, xoreoqraf, pedaqoq
Fəaliyyət illəri 1931-ci ildən
Mükafatları "SSRİ xalq artisti" fəxri adı — 19591959 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19431943 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940 2-ci dərəcəli "Stalin" mükafatı — 19521952
"Şöhrət" ordeni — 19951995
"Lenin" ordeni — 19851985 "Oktyabr inqilabı" ordeni — 19711971 "Qırmızı əmək bayrağı" ordeni — 19381938 "Qırmızı əmək bayrağı" ordeni — 19761976 "Xalqlar dostluğu" ordeni — 19811981
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Qəmər Almaszadə (Tamara ləqəbi ilə də tanınan) 10 mart 1915-ci ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyandırıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir). Atasını baletlə yox, idmanla məşğul olduğunu inandıra bilir. Lakin bir neçə ildən sonra sirrin üstü açılır. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlir və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünür.

Bəstəkar Əfrasiyab Bədəlbəyli ilə 1931-ci ildə qurduğu evlilik övladları olmadığından "Qız qalası" baletindən az sonra boşanma ilə nəticələnir. Sənət bağlılıqları isə illərlə davam edir.

Sənəti

1930-cu ildə Qəmər Almaszadə xoreoqrafiya məktəbini bitirib Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayır. Bu arada həmçinin ali pedaqoji məktəbinə də daxil olur. 1932-də Reynhold Qlierin "Şahsənəm" operasında ikinci dərəcəli rola seçilir. 1933-cü ildə indiki Sankt-Peterburqda Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olur və orada məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyur. 1936-cı ildə ali məktəbi bitirib Bakıya qayıdır. 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyur. Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edib ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplayır. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyir. Daha sonra həmin məktəbin direktoru olur. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk peşəkar çıxışını edir. Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış etmişdir. 1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün dəvət olunur. 1950-ci illərdə baleti tərk etsə də, 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışır.

  • Teatr rəssamı Ənvər Almaszadənin bacısıdır.
  • Bəstəkar Çingiz Almaszadənin bibisidir.

Quruluş verdiyi əsərlər

Qəmər Almaszadənin 1937–2006-cı illərdə yaşadığı evin fasadına vurulmuş xaritə lövhəsi
  • "Tərlan" baleti (1940) — xoreoqrafiya məktəbi
  • "Qız qalası" baleti (1940, 1958, 1977)
  • "Gülşən" baleti (1949, 1951, 1959)
  • "Doktor Aybolit" baleti (1949)
  • "Baxçasaray fontanı" baleti (1951)
  • "Yeddi gözəl" baleti (1952)
  • "Qırmızı lalə" baleti (1954)
  • "Yatmış gözəl" baleti (1955)
  • "Laurensiya" baleti (1956)
  • "Qızıl açar" baleti (1957)
  • "Arlekinada" baleti (1959)
  • "Qaraca qız" baleti (1965)
  • "Məhsul" suitası (1959)
  • "Jizal" baleti (1961)
  • "Qu gölü" baleti (1963)
  • "Şur" baleti (1968)
  • "Don Kixot" baleti (1973) — L. Minkusun əsəri
  • "Şənlik rəqsi" baleti (1973)

Təltif və mükafatları

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalinin tərəfindən Qəmər Almaszadəyə "Qırmızı əmək bayrağı" ordeninin təqdim olunması. Moskva, 1938-ci il.
  • "SSRİ xalq artisti" fəxri adı — 9 iyun 1959
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940
  • "Stalin" mükafatı (2-ci dərəcə) — 1952
  • "Lenin" ordeni — 7 mart 1985
  • "Oktyabr inqilabı" ordeni — 2 iyul 1971
  • 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni — 17 aprel 1938; 23 mart 1976
  • "Xalqlar Dostluğu" ordeni — 7 avqust 1981
  • "Üç Fil" ordeni (Laos)
  • "Şöhrət" ordeni — 27 mart 1995
  • Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 21 may 1970
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
  • "Teatr Xadimi" qızıl medalı — 2005

İfa etdiyi rollar

  • Tao Xoa — R. Qlierin "Qırmızı lalə" baletində (1931)
  • Medora — A. Adanın "Korsar" baletində (1936)
  • Mariya — B. Asafyevin "Baxçasaray fontanı" baletində (1939)
  • Gülyanaq — Ə. Bədəlbəylinin "Qız qalası" baletində (1940)
  • Raymonda — A. Qlazuovun "Raymonda" baletində (1943)
  • Odetta-Odilliya — R. Çaykovskinin "Qu gölü" baletində (1943)
  • Kitri — L. Minkusun "Don Kixot" baletində (1945)
  • Maşa — R. Çaykovskinin "Şelkunçik" baletində (1949)
  • Gülşən — S. Hacıbəyovun "Gülşən" baletində (1950)
  • Ayşə — Q. Qarayevin "Yeddi gözəl" baletində (1952)

Filmoqrafiya

  • Rəqs edən bağalar (film, 1935)
  • Axşam konserti (film, 1948)
  • Doğma xalqıma (film, 1954)
  • Əmək və qızılgül (film, 1962)
  • Əfsanələr aləmində (film, 1975)
  • Qəmər Almaszadə (film)
  • Qızıl fonddan seçmələr (film, 2001)
  • Odla təmasda (film, 1972)
  • Respublikam haqqında həqiqət (film, 1972)
  • Dünya bir pəncərədir. Qəmər Almaszadə. GünAzTv-də veriliş, 2008.

Kitablar

  • Qəmər Almaszadə. Azərbaycan xalq rəqsləri (metodik vəsait)[ölü keçid]. Bakı: "Birləşmiş nəşriyyat", 1959.

Qalereya

  • Qəmər Almaszadənin Fəxri Xiyabanda qəbirüstü abidəsi. 2013-cü il
    Qəmər Almaszadənin Fəxri Xiyabanda qəbirüstü abidəsi. 2013-cü il

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qəmər Almaszadə haqqında məlumat. Qəmər Almaszadə nədir? Qəmər Almaszadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tesla

  • Fevral 27, 2026

    To (hərf)

  • Fevral 27, 2026

    Plan

  • Fevral 27, 2026

    Lins

  • Fevral 27, 2026

    Qeyri-bədii

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst