Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tofiq Bakıxanov (tam adı: Tofiq Əhmədağa oğlu Bakıxanov; 8 dekabr 1930, Bakı) — Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan SSR xalq artisti (1990), professor (

Tofiq Bakıxanov

  • Ana Səhifə
  • Vikipediya
  • Tofiq Bakıxanov

Tofiq Bakıxanov (tam adı: Tofiq Əhmədağa oğlu Bakıxanov; 8 dekabr 1930, Bakı) — Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan SSR xalq artisti (1990), professor (1983).

Tofiq Bakıxanov
Tofiq Əhmədağa oğlu Bakıxanov
Tofiq Bakıxanov 2010-cu ildə
Tofiq Bakıxanov 2010-cu ildə
Ümumi məlumatlar
Doğum tarixi 8 dekabr 1930(1930-12-08) (95 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Uşağı
  • Nigar Bakıxanova[d]
Atası Əhməd Bakıxanov
Musiqiçi məlumatları
Fəaliyyəti incəsənət xadimi, bəstəkar, musiqi müəllimi, musiqi pedaqoqu
Musiqi aləti skripka
Təhsili
  • Azərbaycan Dövlət Konservatoriyası (–1953, 1957)
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19901990 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1973 "Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20152015 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 20102010
"Şərəf" ordeni — 20212021 "Şöhrət" ordeni — 20002000 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı1-ci dərəcəli "Əmək" ordeni — 20252025 "Əmək veteranı" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb.

Tofiq Bakıxanov ilk musiqi təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) skripka aləti üzrə respublikanın Əməkdar müəllimi M. İ. Simberovdan almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə təhsil almış, buranı 1953-cü ildə skripka ixtisası (Aleksandr Amitonun sinfi), 1957-ci ildə isə bəstəkarlıq ixtisası üzrə (professor Q. Qarayevin sinfi) bitirmişdir.

Tələbəlik illərində T. Bakıxanov ifaçılıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan radiosunun simfonik orkestrində solist kimi çalışmışdır.

T. Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir.

Bəstəkar yarım əsrdən artıqdır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.

23 noyabr 1973-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. 1983-cü ildə professor adı almışdır. 31 dekabr 1990-cı ildə ona "Azərbaycan SSR xalq artisti" fəxri adı verilib. 1996-cı ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının İncəsənət Doktoru seçilmişdir. 1994–2000-ci illərdə Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatıdır. 7 dekabr 2000-ci ildə "Şöhrət" ordeni, 26 yanvar 2021-ci ildə isə "Şərəf" ordeni ilə təltif olunmuşdur. 1969-cu ildə Parisdə keçirilən VII beynalxalq rəqs festivalının; 1998, 2000, 2001-ci illərdə Quzey Kıbrıs Türk Cumhuriyyətində II, IV, V beynəlxalq "Bellapais" musiqi festivallarında, Moskvada, Tbilisidə, son illərdə İstanbul, İzmir, Tehran, Bolqarıstanda müəllif konsertləri ilə çıxış etmişdir. 2002-ci ildən prezident təqaüdçüsüdür.

8 dekabr 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

Haqqında resenziyalar, monoqrafiyalar, silsilə məqalələr yazılmış, "Tofiq Bakıxanov" adlı televiziya filmi çəkilmişdir.

Əsərləri

Musiqili komediyalar
  • "Altılardan biri"
  • "Məmmədəli kurorta gedir" — həmmüəllif N. Məmmədov
  • "Qız görüşə tələsir" — həmmüəllif N. Məmmədov
Baletlər
  • "Xəzər balladası" (1969)
  • "Şərq poeması" (1976)
  • "Xeyir və Şər" (1990)
Simfonik əsərlər
  • BSO üçün 5 simfoniya
  • Türk simfoniyası (6-cı simfoniya)
  • Şərq sonatalar silsiləsi: Türk sonatası, İran sonatası, Ərəb sonatası, Azərbaycan sonatası
  • Skripka və fortepiano üçün 5 konsert
  • Tar və simfonik orkestr üçün 4 konsert
  • Violonçel və simfonik orkestr üçün 2 konsert
  • Klarnet və simfonik orkestr üçün konsert
  • BSO üçün "Hümayun", "Rahab", "Şahnaz", "Dügah" simfonik muğamları
  • çoxlu sayda kamera-instrumental əsərlər, kamera-vokal əsərlər, mahnılar və romanslar.

Filmoqrafiya

  1. Aşıq Veysəl (film, 2001)
  2. İşgüzar səfər (film, 1982)
  3. Tofiq Bakıxanov (film, 2000)
  4. Əhməd Bakıxanov (film, 2003)

Ədəbiyyat

  1. Abdullayeva, S. Tofiq Bakıxanovun 85 illiyi ilə bağlı konsert keçirilib: [Bəstəkarlar İttifaqında] //525-ci qəzet.- 2015.- 11 dekabr.- S.7.
  2. Bakı Xoreoqrafiya Akademiyası tələbələrindən bəstəkarın yubileyinə töhfə: [Akademik Opera və Balet Teatrında qala-balet gecəsinin keçirilməsi haqqında] //Mədəniyyət.- 2015.- 16 dekabr.- S.3.
  3. Fərəcov, S. Musiqi festivalı çərçivəsində elmi konfrans: [Bəstəkarlar İttifaqında] //Mədəniyyət.- 2015.- 16 dekabr.- S.6.
  4. Hüseynov, F. Tofiq Bakıxanovun 85 illik yubileyi qeyd olundu: [Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında] //Mədəniyyət.- 2015.- 16 dekabr.- S.6.
  5. Təhmirazqızı, S. Böyük nəslin laiqli davamçısı: Tofiq Bakıxanov //Respublika.- 2015.- 15 dekabr.- S.6.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tofiq Bakıxanov haqqında məlumat. Tofiq Bakıxanov nədir? Tofiq Bakıxanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Amper çayı

  • Fevral 27, 2026

    Rəşid Şəfəq

  • Fevral 27, 2026

    Mixail Vorontsov

  • Fevral 27, 2026

    Rudolf Dassler

  • Fevral 23, 2026

    Ural dilləri

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst