Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Leyla Məhəd qızı Vəkilova (29 yanvar 1927, Bakı – 20 fevral 1999, Bakı) — Azərbaycan balerinası, xoreoqraf, baletmeyster, SSRİ xalq artisti (1967), professor, A

Leyla Vəkilova

  • Ana Səhifə
  • Vikipediya
  • Leyla Vəkilova

Leyla Məhəd qızı Vəkilova (29 yanvar 1927, Bakı – 20 fevral 1999, Bakı) — Azərbaycan balerinası, xoreoqraf, baletmeyster, SSRİ xalq artisti (1967), professor, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri (1976–1982), Bakı Xoreoqrafiya Məktəbinin bədii rəhbəri.

Leyla Vəkilova
Doğum tarixi 29 yanvar 1927(1927-01-29)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 20 fevral 1999(1999-02-20) (72 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Fəaliyyəti balerina, baletmeyster, xoreoqraf, balerina, balet pedaqoqu[d]
Fəaliyyət illəri 1943–1999
Mükafatları "Şöhrət" ordeni — 19971997 "Lenin" ordeni — 19591959
"SSRİ xalq artisti" fəxri adı — 19671967 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19581958 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1955

Mündəricat

Həyatı

Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvar ayının 29-da Bakıda doğulub. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb.

1945–1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. Tezliklə o, repertuarın ən sanballı balet tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə başlayıb. Onun yaradıcılığının ən parlaq yaradıcılıq qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını təşkil edir.

Yaradıcılığı

"Qız qalası" baletindən səhnə

Leyla Vəkilova müxtəlif illərdə teatrın səhnəsində Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Odetta-Odilliya, Avrora, Mulla ("Qu gölü", "Yatmış gözəl" və "Şelkunçik", Pyotr Çaykovski), Pao Xoa ("Qırmızı lalə", Reynqard Qlier), Kitri ("Don Kixot" Lüdviq Minkus), Laurensiya ("Laurensiya", Aleksandr Kreyn), Zarema ("Bağçasaray fəvvarəsi", Boris Asafyev), Gülşən ("Gülşən", Soltan Hacıbəyov), Aişə, Sari ("Yeddi gözəl" və "İldırımlı yollarla", Qara Qarayev), Şirin ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Jizel ("Jizel", Adolf Adan), Malvina ("Qızıl açar", Boris Zeydman), Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov) partiyalarını ifa edib.

Leyla Vəkilova Polşada (1956, 1962, 1968), Suriyada (1960), Çexoslovakiyada (1964), Hindistanda (1965), Bolqarıstanda (1966), Fransada (1969, 1974), Macarıstanda (1973), İtaliyada (1976), Türkiyədə (1977, 1982), Tiflisdə və Almaniyada (1979), Nepalda (1981) ifaçı və baletmeyster kimi uzunmüddətli qastrol səfərlərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında iştirak edib.

1976-cı ildən 1982-ci ilə kimi Azərbaycan Dövlət Rəqs Ansamblına bədii rəhbərlik edib.

Balet ustası 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs deyib və 1992-ci ildən həm də bu təhsil ocağına bədii rəhbərlik edib. Leyla Vəkilovanın yetirmələri nəinki Azərbaycanda, hətta Moskvanın Böyük Teatrında, Almaniyada milli balet sənətinin çiçəklənməsində səmərəli xidmətlər göstəriblər. O, 1996-cı il sentyabr ayının 6-dan Bakı Xoreoqrafiya Məktəbinin professoru idi. Onun layiqli yetirmələri bu gün də sənət fəaliyyətlərini davam etdirirlər.

Görkəmli balet ustası, milli səhnə mədəniyyətimizin nadir incilərindən olan Leyla Məhəd qızı Vəkilova 20 fevral 1999-cu ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Mükafatları

  • "SSRİ xalq artisti" fəxri adı — 20 oktyabr 1967
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 26 aprel 1958
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 30 aprel 1955
  • "Lenin" ordeni — 9 iyun 1959
  • "Şöhrət" ordeni — 29 yanvar 1997
  • Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 28 yanvar 1977
  • Varşavada keçirilən Beşinci Dünya Gəncləri Festivalının xüsusi mükafatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Leyla Vəkilova haqqında məlumat. Leyla Vəkilova nədir? Leyla Vəkilova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Don Keefer

  • Fevral 27, 2026

    Hərbi xidmət

  • Fevral 27, 2026

    Məhəmməd Şah

  • Fevral 27, 2026

    Orta Avropa

  • Fevral 27, 2026

    Ziyadlı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst