Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Konstantin Nikolayeviç Bataşov (18 (31) yanvar 1918, Tiflis, Zaqafqaziya Komissarlığı – 19 dekabr 1991, Moskva) — Azərbaycan-sovet balet artisti, pedaqoq, Azərb

Konstantin Bataşov

  • Ana Səhifə
  • Vikipediya
  • Konstantin Bataşov

Konstantin Nikolayeviç Bataşov (18 (31) yanvar 1918, Tiflis, Zaqafqaziya Komissarlığı – 19 dekabr 1991, Moskva) — Azərbaycan-sovet balet artisti, pedaqoq, Azərbaycan SSR xalq artisti (1958), "Stalin" mükafatı laureatı (1952).

Konstantin Bataşov
Konstantin Bataşov 1950-ci illərin əvvəllərində
Konstantin Bataşov 1950-ci illərin əvvəllərində
Doğum tarixi 31 yanvar 1918
Doğum yeri Tiflis, Tiflis qəzası
Vəfat tarixi 19 dekabr 1991 (73 yaşında)
Vəfat yeri Moskva, Moskva vilayəti, RSFSR
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti balet artisti, pedaqoq
Fəaliyyət illəri 1935–1989
Təhsili Bakı Xoreoqrafiya Məktəbi (1939)
Teatr Azərbaycan Dövlət Opera və Balet Teatrı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19581958 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1955 "Stalin" mükafatı — 19521952
"Şərəf nişanı" ordeni — 19591959
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Konstantin Bataşov 18 yanvar (31 yanvar) 1918-ci ildə Tiflis şəhərində doğulub. Rəqs sənətinə marağı Gürcüstanda göstərib. İbtidai siniflərdə oxuyarkən ailəsi ilə Bakıya köçüb və 1939-cu ildə buradakı Xoreoqrafiya məktəbini bitirib. 1935-ci ildən 1989-cu ilədək Azərbaycan Dövlət Opera və Balet Teatrı işləyib.

Konstantin Bataşov pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1939-cu ildən Bakı Xoreoqrafiya Məktəbində dərs demişdir. O, Vladimir Pletnyovun, Çimnaz Babayevanın, Tamilla Şirəliyevanın müəllimi olub.

Azərbaycanın ilk peşəkar balet artistlərindən biri hesab olunan Konstantin Bataşov 1990-cı ildə Moskvaya köçüb və 19 dekabr 1991-ci ildə orada vəfat edib.

Yaradıcılığı

Leo Delibin "Lakme", Cahangir Cahangirovun "Azad", Müslüm Maqomayevin "Şah İsmayıl" operalarında rəqslərin quruluşçusu olub. Nikolay Rimski-Korsakovun "İspan kapriççiosu" xoreoqrafik süitasının, "Şəhrizad" simfonik poemasının, Həsən Rzayevin "Elementlər" əsərinin əsasında birpərdəli balet tamaşalarını hazırlamışdır. O, "Odissey" (Qolubov), "Şəhrizad" və "Humay" (Nəriman Məmmədov) baletlərinin libretto müəllifi olmuşdur.

Konstantin Bataşov ilk Azərbaycan baletlərində əsas partiyaların ifaçısı olmuşdur. Onun ifa etdiyi əsas partiyalar:

  • Polad və Cahangir xan ("Qız qalası", Əfrasiyab Bədəlbəyli)
  • Mənzər və Bəhram ("Yeddi gözəl", Qara Qarayev)
  • Mako ("İldırımlı yollarla", Qara Qarayev)
  • Azad ("Gülşən", Soltan Hacıbəyov)
  • Piri baba ("Qaraca qız", Əşrəf Abbasov)
  • Vəzir ("Məhəbbət əfsanəsi", Arif Məlikov)
  • Vatslav və Girey ("Bağçasaray fəvvarəsi", Boris Asafyev)
  • Bazil ("Don Kixot", Lüdviq Minkus)
  • Karabas-Barabas ("Qızıl açar", Boris Zeydman)
  • Ma Mi Çen ("Qırmızı lalə", Reynhold Qlier)
  • Ziqfred ("Sonalar gölü", Pyotr Çaykovski)
  • Dezire ("Yatmış gözəl", Pyotr Çaykovski)
  • Şelkunçik-şahzadə ("Şelkunçik", Pyotr Çaykovski)
  • Jan de Briyen ("Raymonda", Aleksandr Qlazunov)
  • Frondoso ("Laurensiya", Aleksandr Kreyn)
  • Pyer ("Arlekinada", Rikkardo Driqo)

Təltif və mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 26 aprel 1958 (M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının 50 illiyi ilə əlaqədar olaraq və musiqili səhnə incəsənətinin inkişaf etdirilməsindəki xidmətlərinə görə)
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 30 aprel 1955 (Azərbaycan sovet incəsənətinin inkişaf etdirilməsindəki görkəmli xidmətlərinə görə)
  • "Stalin" mükafatı (2-ci dərəcə) — 1952 (M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında Soltan Hacıbəyovun "Gülşən" baletindəki Azadın partiyasına görə)
  • "Şərəf nişanı" ordeni — 9 iyun 1959 (Azərbaycan incəsənətinin inkişaf etdirilməsindəki görkəmli xidmətlərinə görə və Moskva şəhərində Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü münasibətilə)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Konstantin Bataşov haqqında məlumat. Konstantin Bataşov nədir? Konstantin Bataşov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Adi şaftalı

  • Fevral 24, 2026

    15 sentyabr

  • Fevral 27, 2026

    Timişoara

  • Fevral 27, 2026

    Şencen

  • Fevral 27, 2026

    II Səlim

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst