Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Oqaden müharibəsi və ya Efiopiya-Somali müharibəsi — 1977–1978 illərdə mübahisəli Oqaden ərazisi üstündə Efiopiya və Somali arasında baş vermiş müharibə.

Oqaden müharibəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Oqaden müharibəsi

Oqaden müharibəsi və ya Efiopiya-Somali müharibəsi — 1977–1978 illərdə mübahisəli Oqaden ərazisi üstündə Efiopiya və Somali arasında baş vermiş müharibə.

Oqaden müharibəsi
Tarix iyul 1977 — mart 1978
Yeri Oqaden, Efiopiya Somalisi
Səbəbi mübahisəli ərazi
Nəticəsi Efiopiyanın qalibiyyəti
Münaqişə tərəfləri

Efiopiya
Kuba Kuba
SSRİ SSRİ
Cənubi Yəmən

Somali Somali
Qərbi Somali Azadlıq Cəbhəsi

Komandan(lar)

Menqistu Hayle Mariam
Kuba Fidel Kastro
Kuba Arnaldo Oçoa
SSRİ Vasili Petrov

Somali Məhəmməd Siad Barre
Somali Məhəmməd Əli Samantar

Tərəflərin qüvvəsi

müharibənin əvvəlində:
47 000 Efiopiya əsgəri
müharibənin sonuna doğru:
75 000 Efiopiya əsgəri
18 000 Kuba əsgəri
1 500 Sovet müşahidəçisi
2 000 Cənubi Yəmənli

müharibənin əvvəlində:
35 000 Somali əsgəri
20 000 QSAC döyüşçüsü
müharibənin sonuna doğru:
63 000 Somali Əsgəri

İtkilər

Efiopiya:
6 133 ölü
10 563 yaralı
3 867 əsir və itkin düşən (o cümlədən, 1 362 fərari)
Kuba:
400 ölü
Cənubi Yəmən:
100 ölü
SSRİ:
33 ölü
Hərbi texnika itkisi:
23 təyyarə
139 tank
1 399 nəqliyyat vasitəsi

6 453 ölü
2 409 yaralı
275 əsir və itkin düşən
Hərbi texnika itkisi:
28 təyyarə
72 tank
90 nəqliyyat vasitəsi

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Müharibənin başlanması

    1960-cı ildə Somali müstəqillik qazandıqdan sonra qonşu dövlətlərlə ərazi mübahisəsinə başladı. Hökumət somalilərin kompakt yaşadığı Cibuti, Efiopiya və Keniya ərazilərini əhatə etməli olan "Böyük Somali"nin bərpası haqqında manifest çıxardı. Mübahisəli ərazilərdən biri Efiopiyada yerləşən Oqaden bölgəsi idi. 1964-cü ildə Somali və Efiopiya arasında qısamüddətli sərhədyanı münaqişə baş verdi.

    1969-cu il "Oktyabr inqilabı" nəticəsində Somalidə hakimiyyətə Məhəmməd Siad Barre gəldi. O, ölkədə sosializm elan etdi. Bu isə öz növbəsində Somalinin SSRİ ilə yaxınlaşmasına səbəb oldu, lakin Məhəmməd Siad Barre qonşu dövlətlərlə ərazi mübahisələrini davam etdirdi. 1970-ci ildən etibarən Qərbi Somalinin Azadlığı Cəhbəsi (QSAC) Oqadenin Somalidən ayrılması üçün silahlı mübarizəyə başladı.

    1974-cü ildə Efiopiyada baş verən hərbi çevriliş nəticəsində imperator Hayle Selassie I devrildi və hərbi xunta hakimiyyətə gəldi. Mövcud vəziyyəti öz xeyrinə dəyərləndirən Məhəmməd Siad Barre müharibəyə başlamağı qərarlaşdırdı.

    Müharibənin gedişi

    1977-ci ilin iyul ayında Somali ordusu Oqadenə daxil oldu. 13 sentyabrda somalilər Ciciqanı, ayın sonunadək isə Xararını tutdular. Buradan irəliləyə bilməyən Somali ordusu efiopiyalılarla döyüşlərə başladı.

    Somali döyüşlərdə qalib gəlsə də, beynəlxalq münasibətlərdə uduzurdu. Belə ki, Məhəmməd Siad Barrenin gözlədiyinin əksinə SSRİ Somalini dəstəkləmədi. Efiopiya isə ABŞ-la əlaqələrini kəsib SSRİ ilə yaxınlaşmağa başladı.

    Payızda bir-birinin ardınca Somali və Efiopiya prezidentləri Moskvada səfərdə oldular. Burada soyuq qarşılanan Məhəmməd Siad Barre 13 noyabrda dostluq və əməkdaşlıq barədə Somali-SSRİ müqaviləsini ləğv etdi və Somalidə yaşayan bütün Sovet vətəndaşlarına bir həftə ərzində Somalini tərk etməyi təklif etdi. Buna cavab olaraq, SSRİ Efiopiyaya "Hava körpüsü" açdı və Daşkənddən bura çoxlu sayda zirehli texnika köçürdü.

    İlin sonunda "beynəlmiləl borcu" yerinə yetirmək üçün Arnaldo Oçoanın başçılığı altında 18 minlik Kuba qoşun kontingenti Efiopiyaya gəldi. 1978-ci ilin yanvarında cəbhədə aktiv döyüşlər başladı. Somali əsgərləri Xarerdən çıxarıldı. 3 martda Ciciqanın boşaldılması əməliyyatı başladı. Əməliyyatda əsasən kubalıların zirehli texnikası işlənirdi, əmaliyyat planını isə SSRİ Müdafiə Nazirliyinin operativ qrupunun rəhbəri ordu generalı Vasili Petrov hazırlamışdı. 5 martda Ciciqa boşaldıldı. Davam edən döyüşlərdən sonra 15 mart 1978-ci ildə Somali ordusunun son bölməsi Efiopiyanı tərk etdi.

    Müharibənin sonu

    Somali ordusu Efiopiyanı tərk etdikdən sora Oqaden uğrunda müharibə bitmədi. QSAC partizanları 1980-ci illədək intensiv döyüşlər keçirirdi, 1980-ci ildən sonra isə döyüşlər get-gedə səngiməyə başladı.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Oqaden müharibəsi haqqında məlumat. Oqaden müharibəsi nədir? Oqaden müharibəsi nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Mahmızçiçək

    • Fevral 27, 2026

      Qalaçay

    • Fevral 27, 2026

      Riçard Dokinz

    • Fevral 27, 2026

      Batbayan xan

    • Fevral 25, 2026

      Təbii peyk

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 24, 2026

      Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst