Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan roku — rok musiqisinin qollarından biri. Azərbaycanda rok janrı 1960-cı illərdən yaranmağa başlayıb. 1970-ci illərdə Azərbaycanda rokunun yaranmasınd

Azərbaycan roku

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycan roku

Azərbaycan roku — rok musiqisinin qollarından biri. Azərbaycanda rok janrı 1960-cı illərdən yaranmağa başlayıb. 1970-ci illərdə Azərbaycanda rokunun yaranmasında "Üç alov" qrupu ilə rəqabət aparan iki qrup — "Eksperiment OK" və "Aşıqlar" qrupu oynayıb.

Azərbaycan musiqisi
Ümumi mövzular
  • Musiqi alətləri
  • Xanəndə
  • Muğam üçlüyü
  • Tar ifaçılıq sənəti
  • Rəqslər
  • Balet
Janrlar
  • Caz
  • Dini
  • Hərbi
  • Hip hop
  • Klassik
  • Opera
  • Pop
  • Rok
  • Xalq musiqisi
    • Layla
    • Nanay
    • Ağı
Xüsusi formalar
Milli musiqi
  • Aşıq musiqisi
  • Meyxana
  • Muğam
  • Təsnif
Alt janrlar
  • Caz-muğam
  • Muğam operası
  • Simfonik muğam
Media və təqdim etmə
Musiqi festivalları
  • Bakı Caz Festivalı
  • Bakı payızı
  • Xarı bülbül festivalı
  • Beynəlxalq muğam festivalı
  • Hacıbəyov musiqi festivalı
  • Qəbələ Musiqi Festivalı
  • Qızıl payız-69
Musiqi mediasıMədəniyyət TV
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar
Milli himnAzərbaycan himni
  • b
  • m
  • r

Mündəricat

Tarixi

1960-cı illər

Azərbaycanda rok janrı 1960-cı illərdən yaranmağa başlayıb. Bu dövrdə Azərbaycan SSR komsomolunun rəhbərliyinin aktivliyi nəticəsində şərti olaraq ideoloji xarakter daşıyan, məğzinə görə isə gənclərin əsl musiqi baxışını əks edən müxtəlif festival və müsabiqələr keçirilirdi. Bunların arasında ən genişmiqyaslısı isə müxtəlif janrları (cazdan xalq musiqisinədək) özündə birləşdirən və ajiotajla müşahidə olunan "Qızıl Payız” festivalı idi.

Xarici qruplardan təsirlənən gənclər məktəblərdə, universitetlərdə, mədəniyyət evlərində müxtəlif özfəaliyyət qrupları yaradıb, geyim tərzi və mahnılarında onları təkrarlayırdılar. 1970-ci illərin əvvəllərinədək əsasən soft-rok, ritm və blyuz (R&B) çalan "Eskulap”, "Xürrəmilər”, "Ekspress-118”, "Pəzəvəng”, "Üvet” ansamblları yarandı və gənclər tərəfindən çox böyük rəğbətlə qarşılandı.

1968-ci ildə Azərbaycanda ilk rok festivalı Bakının Əl Oyunları sarayında, 1970-ci ildə isə Bakı Dövlət Universitetində keçirilmişdi.

1970-ci illər

1970-ci illərdə nisbətən Qərb musiqisinin təsirindən uzaqlaşıb öz musiqi stilini yaradan qruplar meydana çıxır. Bu qruplar daha xarici mahnılarla kifayətlənmir, yeni fikir və hisslər ifadə edən əsərlər yaratmağa başlayır. Daha çox caz-roka üstünlük verən "Cürbəcür”, "Brevis”, "Üç alov” bu qruplara aid edilə bilər. Həmin dövrdə "Üç alov” ilə Azərbaycanda rok-musiqisinin yaranmasında ən əsas rolu peşəkar qruplarla rəqabət aparan, çox vaxt onları musiqi tərzlərinə görə üstələyən iki qrup - "Eksperiment OK" və "Aşıqlar" qrupu oynayıb.

1980-cı illər

1970-ci illərdən sonra "yuxarıdan gələn göstərişlər"in təsiri ilə festivalların mahiyyəti dəyişməyə başlayır. Rok musiqisinin gizli fəaliyyətə keçdiyi Moskva və Leninqraddan fərqli olaraq, Bakıda dağılan qrupların yerinə etibarlı repertuarı olan itaətkar ansambllar yaranır. 1980-ci illərin əvvəllərində rok musiqisini bəzi peşəkar kollektivlərdə eşitmək mümkün olur. Onların arasında ən yaddaqalanı isə "Qaya” orkestri nəzdində yaranmış "Talisman” qrupu idi. Qrup heyətinin və istiqamətinin sürətlə dəyişməsinə baxmayaraq, "Talisman” Moskvadakı 12-ci beynəlxalq gənclər və tələbələr festivalı çərçivəsində müvəffəqiyyətlə çıxış edir. Bu dövrdə soft-roka yönəldilən Rafael Axundovun "Günel” qrupu bir neçə uğurlu konsert verir.

1980-ci illərin sonuna yaxın rok musiqisinin qayıdışı 1987-ci ildə Bakı şəhər komsomol komitəsinin nəzdində Şəhər Gənclər Müasir Musiqi Mərkəzinin yaradılması ilə bağlı olur. Bu mərkəzin fəaliyyət strukturuna müxtəlif musiqi klubları, həmçinin çoxsaylı rok klubları daxil idi. Nəhayət, 1988-ci ilin may ayında 1-ci Bakı rok-panorama keçirilir. Festival böyük rezonans doğurur və respublika mətbuatında geniş işıqlandırılır. "Aşıqlar" qrupu festivalda birinci yerə layiq görülür. 1989-cı ildə Sumqayıt rok qrupu olan Coldünya "Qızıl payız" festivalında qalib oldu.

1989-cu ilin aprel ayında daha böyük iştirakçı sayı ilə 2-ci rok-panoram keçirilir. Bu festivalda təxminən 30 qrup iştirak edir: "Qrimsiz", "Faust", "Neysan", "İz", "Terminal", "Reportaj", "Charley ATL", "Minarə" və s. Peşəkarlar arasında "Aşıqlar" nəzərə çarpacaq dərəcədə seçilir. Növbəti heyət dəyişikliyindən sonra "Talisman” öz işini daha da yaxşılaşdırır. "Günel” isə yeni heyət və keçmiş rəhbərliklə "Aksiya” qrupuna çevrilir.

Müstəqil Azərbaycan dövrü

1992-ci ildə “Coldünya” rok qrupu yaradıldı. 1996-cı ildə qrupun “Sehrbaz” mahnısı BBC radiosundan ən yaxşı xarici hitlər onluğuna düşdü və iki həftə ərzində yeddinci yerdə durdu. 1998-ci ildə Təbriz şəhərində yaranan "Zeytoon" rok qrupu, Azərbaycanın xaricində yaradılan ilk rok qrupu oldu. İran hökuməti tərəfindən daim dağıdılma təhlükəsi olan qrup 2007-ci ilə qədər fəaliyyətini davam etdirə bilir.

2000-ci illərdə "Unformal" və "Ozan" ilə Azərbaycan roku təkamülünün zirvəsinə çatdı. Bundan əlavə, həmin dövrdə “Qara Dərviş” qəzəl ədəbiyyatı və proqressiv metal janrını şərq musiqisi elementləri ilə sintez edərək "Dərviş Metal" janrının əsasını qoydu. 2003-cü ilin dekabr ayında Coldünya Alim Qasımovla yeni musiqi istiqaməti – rok – muğamın əsasını qoyan əfsanəvi “Oyanış” albomunu yaratdı.

2011-ci ildə fəlsəfə doktoru Əbülfəz Süleymanlının rəhbərlik etdiyi "Aktual" elmi-sosioloji tədqiqatlar mərkəzi tərəfindən azərbaycanlı rok musiqiçi həvəskarları arasında sosioloji sorğu keçirilib. Tədqiqatın nəticələrinə əsasən "Rok musiqisinə sizdə həvəs necə meydana gəldi?" sualına respondentlərin 22,5%-i “dostlarımın təsiri ilə”, 20,5%-i "izlədiyimin filmlərin təsiri il", 13%-i "ailə üzvlərimin təsiri ilə", 44%-i "tamamilə təsadüfən" cavabını vermişlər. Sorğu zamanı Azərbaycanda inkişaf səviyyəsini məmnunluq dərəcəsini ölçmək məqsədi ilə “Sizcə hal hazırda ölkəmizdə bu musiqi sahəsində inkişaf varmı?” sualı verilib. Bu suala respondentlərin 74% "bəli, var", 19,5% "xeyr, yoxdur", 6,5% isə "çox yavaş bir inkişaf var" deyə cavablandırıblar. Həmin ildə Azərbaycanda ilk rok musiqi radiosu olan "RockOut FM" yaradılmışdır.

2017-ci ildə Azərbaycanın musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq rok-opera yazılıb. İki il müddətində ərsəyə gələn "Səyyah Sindibad" adlı əsərin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur.

Azərbaycan rokunun janrları

Metal musiqi

Azərbaycanda metal musiqi 2000-ci illərdən fəaliyyət göstərməyə başlamışdır. 2002-ci ildə yaranan 3,14..., Azərbaycan rok arenasında ilk death metal və doom metal janrlarında ifa edən qrupdur.

Görkəmli sənətçilər

Şəxslər

Kişi

  • İbrahim Emin
  • Qara Dərviş
  • Mübariz Tağıyev
  • Oqtay Kazımov
  • Rafiq Rəsulov
  • Rasim Müzəffərli
  • Teymur Nadir

Qadın

  • Dilarə Kazımova

Qruplar

3,14... · Unformal · Yuxu
  • 3,14...
  • 5:59
  • Bəndə
  • Charley ATL
  • Coldünya
  • Debüt
  • Eksperiment OK
  • Eskulap
  • Industry
  • Fatal Nation
  • Ferrum
  • Xürrəmilər
  • Les Gardiens du Silence
  • Minimorum
  • Miraj
  • Mozalan
  • Ozan (1981)
  • Ozan (2007)
  • Pro'n'Con
  • Pyraweed
  • Red Sky
  • Qara Dərviş
  • Silence Lies Fear
  • Sirr
  • Spark
  • The Half
  • The Nails
  • Mikope
  • The Ranchers
  • Unformal
  • Üç alov
  • Üör
  • Yuxu

Həmçinin bax

  • Azərbaycan hip-hopu
  • Azərbaycan pop musiqisi
  • Azərbaycan aşıq sənəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan roku haqqında məlumat. Azərbaycan roku nədir? Azərbaycan roku nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Anuştəkinlilər sülaləsi

  • Fevral 27, 2026

    Torpaq Kadastrı

  • Fevral 27, 2026

    Səfərəli Babayev

  • Fevral 27, 2026

    S-300

  • Fevral 24, 2026

    Əsilzadəlik

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst