Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aqşin Əliqulu oğlu Əlizadə (22 may 1937, Bakı – 3 may 2014, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1987), professor (1990), Azərbaycan SSR d

Aqşin Əlizadə

  • Ana Səhifə
  • Vikipediya
  • Aqşin Əlizadə

Aqşin Əliqulu oğlu Əlizadə (22 may 1937, Bakı – 3 may 2014, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1987), professor (1990), Azərbaycan SSR dövlət mükafatı laureatı (1978).

Aqşin Əlizadə
Azərbaycan Bəstəkarlar İttifaqının katibi
2007 – 2012
SədrFirəngiz Əlizadə
Azərbaycan Bəstəkarlar İttifaqının sədri
1985 – 1990
ƏvvəlkiQara Qarayev
SonrakıTofiq Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 22 may 1937(1937-05-22)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 3 may 2014(2014-05-03) (76 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Təhsili
  • Bakı Musiqi Akademiyası
Fəaliyyəti bəstəkar

Təltifləri "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19871987 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1982 Azərbaycan SSR Dövlət mükafatı — 19781978 Azərbaycan LKGİ mükafatı — 19671967
"Şərəf" ordeni — 20122012 "Şöhrət" ordeni — 19971997
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Aqşin Əliqulu oğlu Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib (1962).

Aqşin Əliqulu oğlu Əlizadə 3 may 2014-cü ildə vəfat etmişdir.

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur. Bəstəkar Əli Əlizadənin atasıdır.

Fəaliyyəti

Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.

Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qafqaza səyahət" baleti, "Ümid valsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s.

50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.

Fəxri ad və mükafatlar

  • Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 (2-ci simfoniyasına görə)
  • Azərbaycan SSR dövlət mükafatı — 1978
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 13 iyul 1982
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 30 yanvar 1987
  • "Şöhrət" ordeni — 22 may 1997
  • "Şərəf" ordeni — 21 may 2012

Əsərləri

Baletlər

  • "Babək" (1979)
  • "Qafqaza səyahət" (2002)
  • Ümid valsı (2008)

Simfonik orkestr üçün bəstələr

  • Simfoniya No. 1
  • Simfoniya No. 3
  • Simfoniya No. 4: Muğamvari (Alla Mugham)
  • Simfoniya No. 5
  • Skripka ilə orkestr üçün konsert
  • Violonçel ilə orkestr üçün poema

Kamera əsərləri

  • Simfoniya No. 2: Kamera simfoniyası
  • "Kənd süitası"
  • "Uşaq süitası"
  • "Pastoral"
  • "Aşıqsayağı"
  • "Cəngi"
  • "Abşeron lövhələri"
  • "Şirvan lövhələri"
  • Skripka və fortepiano üçün "Portret"
  • Fortepiano üçün "Dastan"
  • Fortepiano üçün "Köhnə oyunlar"
  • Skripka və orqan üçün "Dialoq"

Vokal-simfonik əsərlər

  • "Azərilər" və "Təntənə" kantatası
  • "Ana torpaq" odası
  • "Bayatılar" (xor tsikli a capella)
  • "Qədim laylay" (a capella xoru üçün)
  • "Yumoreska" (uşaq xoru üçün)

Filmoqrafiya

Bəstəkar kimi

  • Bu, Səttar Bəhlulzadədir (film, 1969) (qısametrajlı sənədli film)
  • Axtarış həvəsi (film, 1970) (qısametrajlı sənədli film)
  • Fitnə (film, 1970) (cizgi filmi)
  • Dəmir ağac (film, 1971) (qısametrajlı sənədli film)
  • Torpaq patriarxları (film, 1971) (qısametrajlı sənədli film)
  • Tülkü həccə gedir (film, 1971) (cizgi filmi)
  • Çaqqal oğlu çaqqal (film, 1972) (cizgi filmi)
  • Qızıl qaz (film, 1972) (tammetrajlı bədii film)
  • Odla təmasda (film, 1972) (qısametrajlı sənədli film)
  • Bulud niyə ağlayır? (film, 1973) (cizgi filmi)
  • Göyçək Fatma (film, 1973) (cizgi filmi)
  • Ceyrançöl (film, 1974) (qısametrajlı sənədli film)
  • Rəqiblər (film, 1974) (qısametrajlı bədii film)
  • Tütək səsi (film, 1975) (tammetrajlı bədii film)
  • Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976) (qısametrajlı sənədli film)
  • Üzü küləyə (film, 1977) (tammetrajlı bədii film)
  • Toral və Zəri (film, 1979) (cizgi filmi)
  • Gözlə məni (film, 1980) (tammetrajlı bədii film)
  • Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980) (tammetrajlı bədii film)
  • Ötən ilin son gecəsi (film, 1983) (tammetrajlı bədii film)
  • Avqust gələndə (film, 1984) (tammetrajlı bədii film)
  • Sizi dünyalar qədər sevirdim (film, 1985) (tammetrajlı bədii film)
  • Pirverdinin xoruzu (film, 1987) (qısammetrajlı bədii film)
  • Kölgədə 40 dərəcə isti (film, 1988) (tammetrajlı bədii film)
  • Kross (film, 1989) (qısametrajlı sənədli film)
  • Abşeron lövhələri (film, 1990) (qısametrajlı sənədli film)
  • Matəm (film, 1990) (qısametrajlı sənədli film)
  • Ləqəbi "İKA"dır (tammetrajlı bədii film)
  • Məhkumlar (film, 2006) (tammetrajlı bədii film)

Əsərlərindən istifadə olunan filmlər

  • Unudulmuş qəhrəman (film, 2005) (qısametrajlı sənədli film)
  • Qafqaz (film, 2007) (tammetrajlı bədii film)
  • 125 illik yol (qısametrajlı sənədli film)

Musiqi tərtibatçısı kimi

  • Təxəllüsü "Mixaylo" (film, 2008) (qısametrajlı sənədli film)

Haqqında çəkilən film

  • Aqşin Əlizadə (film, 2011) (qısametrajlı sənədli film)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aqşin Əlizadə haqqında məlumat. Aqşin Əlizadə nədir? Aqşin Əlizadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elxanlılar

  • Fevral 23, 2026

    11 oktyabr

  • Fevral 27, 2026

    Holosen

  • Fevral 27, 2026

    Embraer E-Jet

  • Fevral 24, 2026

    Baktriya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst