"Nəsimi dastanı" (en. A Tale of Nasimi; ru. Легенда о Насими, yaxud Сказание о Насими) — Fikrət Əmirovun 1973-cü yazdığı balet. Libretto yazıçı Anara məxsusdur. Baletmeyster Nailə Nəzirovanın quruluş verdiyi bu tamaşa ilk dəfə 23 sentyabr 1973-cü il tarixdə nümayiş etdirilərək, tamaşacıların böyük rəğbətini qazanmış, 1974-cü ildə isə Respublika Dövlət mükafatına layiq görülmüşdür.
| Nəsimi dastanı | |
|---|---|
| Tipi | Klassik |
| Bəstəkar | Fikrət Əmirov |
| Librettist | Anar |
| Xoreoqraf | Nailə Nəzirova |
| Premyera |
|
| Personajlar | Nəsimi, sevgilisi, cəlladlar |
Məzmun
Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyatından bəhs edir.
- I səhnə: Cəlladların rəqsi
- II səhnə: Nəsiminin monoloqu
- III səhnə: Nəsimi və sevgilisinin birinci dueti
- IV səhnə: Qızların Nəsimi və sevgilisi ilə rəqsi
- V səhnə: Hücum
- VI səhnə: Qızların kədəri
- VII səhnə: Nəsimi və sevgilisinin ikinci dueti
- VIII səhnə: Nəsiminin üsyanı
- IX səhnə: Savaş
- X səhnə: Əbədilik
Baletdə Lütfiyar İmanovun ifasında Nəsiminin ariyası və dünyanı lənətləyən kiçik şeiri səslənmişdi.
Həmçinin bax
- Min bir gecə (balet)
- Şur (balet)
- Nizami (balet)
- Xəzəri fəth edənlər (balet)
- Azərbaycanda balet
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəsimi dastanı haqqında məlumat. Nəsimi dastanı nədir? Nəsimi dastanı nə deməkdir?