Afinalı Plutarx (yun. Πλούταρχος ὁ Ἀθηναῖος, 350, Afina – 430-cu illər, Afina) — antik filosof, neoplatonçuluğun Afina məktəbinin yaradıcısı.
| Plutarx | |
|---|---|
| q.yun. Πλούταρχος ὁ Ἀθηναῖος | |
| |
| Doğum tarixi | 350 |
| Doğum yeri | |
| Vəfat tarixi | 430-cu illər |
| Vəfat yeri | |
| Fəaliyyəti | filosof |
| Antik fəlsəfə |
![]() |
Yunan fəlsəfəöncəsi dövrü (e. ə. VII yüzilliyə qədər) Orfizm • Homer • Hesiod • Ferekid • Yeddi yunan müdriki • Epixarm |
Qədim yunan fəlsəfəsi (e. ə. VII–IV yüzilliklər) Sofistlər "Böyük" sofistlər → Protaqor • Prodikus • Qorqias • Hippias "Kiçik" sofistlər → Trasimaxus • Likofron • Kritius • AlkidamasKlassik yunan fəlsəfəsi 1. Sokrat və sokratçılar: 2. Platon və erkən platonçular: 3. Aristotel və erkən peripatetiklər: |
Ellinizm dövrünün fəlsəfəsi (e. ə. IV–I yüzilliklər) |
Qədim Roma dövrünün fəlsəfəsi I–V yüzilliklər Skeptisizm Sekst Empirik Stoaçılıq Seneka • Epiktet • Mark Avreli • Siseron Neoplatonizm Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius Antik dini təlimlər Qnostisizm • Hermetizm • Mitraizm Erkən Xristian fəlsəfəsi Klement • Origen • Avqustin Avrelius • Boesius • Saxta Dionisius Areopagit |
Aristotelin və Platonun əsərlərinə şərhlər yazmış, ancaq oonlar dövrümüzə gəlib çatmamışdır. Onun yaradıcılığı haqqında yazan başqa yazarlara görə öz əsərlərində Plutarx Artistotel və Platonun fəlsəfələrini bir-birinə uyğunlaşdırmağa çalışmışdır.
Plutarx Plotinin və ümumiyyətlə yeni-platonizmin Vahid-Əql-Ruh üçlüyü haqqında təliminini təkmilləşdirmiş, onu Platonun “Parmenides” dialoqundakı hipotezlərinə ("Platon" məqaləsinə bax) uyğunlaşdırmışdır. Plotində bu üçlüyün maddə və dünya ilə necə bağlı olduğu dəqiq verilməmişdir. Buna görə də, Plutarx varlıq haqqında baxışlarında bu üçlüyü əsas götürərək ona maddənin eidosunu (yun. εἶδος – ideyasını) və özünü əlavə etmişdir. Bundan başqa Plutarx Platonun “Parmenides” dialoquna uyğun olaraq buraya başqa hipotezlər də əlavə etmişdir.
Plutapx həm də fantaziya haqqında fikirlər irəli sürmüşdür. O hesab edirdi ki, duyğularla duyulan şeylər bizim hisslərimizi, hisslər isə duyğulardan gələn təsəvvürlərimizi oyadır. Bu təsəvvürlərdə təkcə duyğularla hiss edilmiş şeylər deyil, həm də onların formaları və qəlibləri əks olunur. Duyğusal şeylər düşüncədə həkk olunan zaman orada fantaziya ortaya çıxır. Deməli, fantaziyalar tam mənada obrazlar deyil və onlar duyğu orqanları ilə də hiss edilmirlər.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Plutarx (Afinalı) haqqında məlumat. Plutarx (Afinalı) nədir? Plutarx (Afinalı) nə deməkdir?

