Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Apameya (Oront üzərində) və ya Suriya Apameyası (lat. Apamea, ərəb. ‏أفاميا/‏آفاميا‎, Afāmya, q.yun. Ἀπάμεια τῆς Συρίας, ərəbcə müasir adı Qal’at al-Mudik) şima

Apameya (Suriya)

  • Ana Səhifə
  • Vikipediya
  • Apameya (Suriya)

Apameya (Oront üzərində) və ya Suriya Apameyası (lat. Apamea, ərəb. ‏أفاميا/‏آفاميا‎, Afāmya, q.yun. Ἀπάμεια τῆς Συρίας, ərəbcə müasir adı Qal’at al-Mudik) şimali Suriyada, Oront çayı üzərində antik şəhərdir. Apamene bölgəsinin əsas şəhəri idi, daha sonra Romanın İkinci Suriya əyalətinin (lat. Syria Secunda) tərkibinə daxil idi.

Qədim şəhər
Apameya
Ἀπάμεια
35°25′ şm. e. 36°24′ ş. u.HGYO
Ölkə
  •  Suriya
Apameya xəritədə
Qırmızı nöqtə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Əvvəlcə Farnakes (qədim yunan mənbələrində Φαρνάκης) adlanırdı. Makedoniyalı İsgəndərin fəthindən sonra şəhər Pella (Πέλλα, Makedoniyanın əsas şəhərinin şərəfinə) adlandırıldı. Şəhərə yeni ad I Selevk Nikator (312–281) tərəfindən e.ə. 324-cü ildə evləndiyi arvadı Apamanın adını verilmişdir. O, İsgəndərə qarşı müharibədə soqdların başçısı Spitamenin qızı idi. Burada Selevkilərin sikkələri kəsilirdi.

Böyük Pompey eramızdan əvvəl I əsrdə şəhəri dağıtmışdır. Eramızın 1-ci əsrində Claudia Apamea adı ilə şəhərin yenidən əsası qoyulmuşdur. 6–7 illər ərzində Suriya hökmdarı (lat. Publius Sulpicius Quirinius) tərəfindən aparılan siyahıyaalma zamanı, Apameyada 117.000 azad insan yaşayırdı, bu o deməkdir ki, şəhərin ümumi əhalisi təxminən yarım milyon sakin idi və Qədim Şərqin ən böyük şəhərlərindən biri idi. Orta Platonçuların (Numenius) və Stoiklərin (Posidoni) məşhur fəlsəfi məktəbi burada idi.

I Yustinianın dövründə şəhər ətrafında yeni istehkam divarları tikildi. Müqəddəs Pavsikaki Sinadski şəhər sakinlərindən idi. 540-cı ildə şəhər farslar tərəfindən yağmalanmış, 7-ci əsrdə (636–638) isə müsəlmanlar tərəfindən dağıdılmışdı. Qədim şəhərdən möhtəşəm sütunlar qorunub saxlanılmışdır.

Ədəbiyyat

  • Janine Balty (ed.): Apamée de Syrie : bilan des recherches archéologiques, 1965–1968 ; actes du colloque tenu à Bruxelles les 29 et 30 Avril 1969. Bruxelles 1969
  • Jean Ch. Balty: Guide d'Ápamée. Bruxelles 1981
  • Janine Balty (ed.): Apamée de Syrie : bilan des recherches archéologiques 1973–1979 ; aspects de l’architecture domestique d’Apamée; actes du colloque tenu à Bruxelles les 29, 30 et 31 mai 1980. Bruxelles 1984

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Apameya (Suriya) haqqında məlumat. Apameya (Suriya) nədir? Apameya (Suriya) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Böyükağa Talıblı

  • Fevral 27, 2026

    Dərbənd dairəsi

  • Fevral 27, 2026

    Salyan sultanlığı

  • Fevral 27, 2026

    Fariz Səfərov

  • Fevral 27, 2026

    Coğrafiya İnstitutu

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst