Anaksimandr (yun. Ἀναξίμανδρος, təq. e.ə. 610, Milet – təq. e.ə. 546, Milet, Qədim Yunanıstan) — Milet məktəbinin ikinci tanınmış filosofu. O, dünyanın yaranması və quruluşu haqqında fikirlərini "Təbiət haqqında" (yun. Περί φύσεως) adlı kitabında açıqlamışdır. Bu kitab yunanların ilk elmi kitabı hesab edilir. Ancaq günümüzə onun yalnız bəzi fraqmentləri gəlib çatmışdır.
| Anaksimandr | |
|---|---|
| Ἀναξίμανδρος | |
| |
| Doğum tarixi | təq. e.ə. 610 |
| Doğum yeri | |
| Vəfat tarixi | təq. e.ə. 546 (63–64 yaşında) |
| Vəfat yeri | |
| İstiqaməti | Sokrataqədərki fəlsəfə, Milet məktəbi |
| Əsas maraqları | fəlsəfə |
| Təsirlənib | Miletli Fales |
| Antik fəlsəfə |
![]() |
Yunan fəlsəfəöncəsi dövrü (e. ə. VII yüzilliyə qədər) Orfizm • Homer • Hesiod • Ferekid • Yeddi yunan müdriki • Epixarm |
Qədim yunan fəlsəfəsi (e. ə. VII–IV yüzilliklər) Sofistlər "Böyük" sofistlər → Protaqor • Prodikus • Qorqias • Hippias "Kiçik" sofistlər → Trasimaxus • Likofron • Kritius • AlkidamasKlassik yunan fəlsəfəsi 1. Sokrat və sokratçılar: 2. Platon və erkən platonçular: 3. Aristotel və erkən peripatetiklər: |
Ellinizm dövrünün fəlsəfəsi (e. ə. IV–I yüzilliklər) |
Qədim Roma dövrünün fəlsəfəsi I–V yüzilliklər Skeptisizm Sekst Empirik Stoaçılıq Seneka • Epiktet • Mark Avreli • Siseron Neoplatonizm Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius Antik dini təlimlər Qnostisizm • Hermetizm • Mitraizm Erkən Xristian fəlsəfəsi Klement • Origen • Avqustin Avrelius • Boesius • Saxta Dionisius Areopagit |
Həyatı
Antik dövrün tarixçisi Apollodora göre 42-ci olimpiadanın 3-cü ilində- e.ə. 610-cu ildə Miletdə doğulmuç, 58-ci olimpiadanın 2-ci ilində- e.ə. 546-cı ildə 64 yaşında vəfat etmişdir.
Anaksimandr Milet məktəbinin qurucusu Falesin şagirdi idi.
Fəlsəfəsi
Anaksimander də öz dönəminin ən bilikli adamlarımdan biri olmuşdur. O ilk dəfə "qanun" anlayışını cəmiyyətə deyil, həm də elmə və təbiətə aid etmişdir. O, Yunanıstanda ilk dəfə olaraq günəş saatını kəşf etmiş, həm də günümüzə çatmayan dünya xəritəsini çəkmişdir.
Anaksimanderə görə yer kainatın mərkəzində yerləşir, silindr formasındadır və bir sütuna bənzəyir. Onu hər tərəfdən od bürüyür. Hər şey "apeyron" (yun. απειρον) adlanan ilk maddədən yaranmışdır. O da özündə bütün varlığın əsaslarını birləşdirir. Bu baxımdan, kainat canlıya bənzər varlıqdır. O yaranır, yaşayır, sonra yenidən yaranmaq üçün məhv olur. Sonda isə hər şey yenidən "apeyrona" qayıdır.
Onun fikrincə həyat dənizdən başlamışdır. Sonra təkamül nəticəsində bütün canlılar yaranmışdır. İlk olaraq sudan iynə dərili heyvanlar əmələ gəlmiş, sonra onlar lildən çıxaraq iynələrini itirmişdir. İnsan isə çox zəif olduğundan başqa cür yaranmışdır. O, öncə balıqların içində olmuş, sonra oradan çıxaraq müstəqil həyat sürməyə başlamışdır.
Ədəbiyyat
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 33-34. ISBN 5-89968-061-X. 2016 tarixində (PDF). İstifadə tarixi: 16 avqust 2016.
- Асмус В. Ф. Античная философия. — М.: Высшая школа, 1998.
- Каринский М. И. Бесконечное Анаксимандра. — СПб., 1890.
- Couprie D. L., Hahn R., Naddaf G. Anaximander in Context: New Studies in the Origins of Greek Philosophy. — Albany: State University of New York Press, 2003.
Xarici bağlantılar
- Philoctete – Anaximandre: Fragments ((Grk icon)) (French) (English)
- The Internet Encyclopedia of Philosophy – Anaximander
- Диоген Лаэртский. О жизни, учениях и изречениях знаменитых философов 2008-02-05 at the Wayback Machine. Кн.2.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anaksimandr haqqında məlumat. Anaksimandr nədir? Anaksimandr nə deməkdir?

