Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağ ayı (lat. Ursus maritimus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növ

Ağ ayı

  • Ana Səhifə
  • Vikipediya
  • Ağ ayı

Ağ ayı (lat. Ursus maritimus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü.

Ağ ayı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Lavrazioterilər
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Ferae
Klad:
Pan-Carnivora
Klad:
Carnivoramorpha
Klad:
Yırtıcıkimilər
Dəstə:
Yırtıcılar
Yarımdəstə:
İtkimilər
İnfradəstə:
Arctoidea
Fəsilə:
Ayıkimilər
Yarımfəsilə:
Ayılar
Triba:
Ursini
Cins:
Ayı
Növ:
Ağ ayı
Beynəlxalq elmi adı
  • Ursus maritimus Phipps, 1774[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  180542
NCBI  29073
EOL  46559143
FW  
Ağ ayı

Şimal Buzlu okeanın sahillərində və üzən buzlar sahələrində yaşayır. Rəngi sarımtıl-ağdır. Bədəninin uzunluğu 2-2.5 m. Qonur ayı ilə yaxından əlaqəlidir və iki növ hibrid birləşə bilər. Ağ ayı quruda yaşayan yırtıcı heyvanların içində ən böyüyüdür, onun orta kütləsi 400 kq-a yaxındır. Lakin əgər ayı yaşlıdırsa və qışa piy toplayıbsa, onun kütləsi 800 kq-dan çox ola bilər. O yuvasını sahildəki qar çöküntüləri içində qazır. Yuvasına 2-3 metr uzunluqda girişi qarla tutulmuş boru aparır. Dekabr-yanvar aylarında ayının övladları dünyaya gəlir. Ayı balaları çox kiçik doğulur, uzunluğu 30 santimetr olur. Yazda təhlükəsizlik üçün dişi ayı balaları ilə sahildə yaşayır və ya buzun üstündə üzürlər. Yayda onlar hətta Şimal qütbə çatırlar. Əsasən suitilərlə qidalanırlar. Ağ ayılar yaxşı üzürlər, suda isə balıq tuturlar.

Qlobal istiləşmə ağ ayıların yarıdan çoxunu məhv edə bilər. Ümumdünya Vəhşi Təbiət Fondunun mütəxəssisləri xəbərdarlıq edirlər: Arktik buzların əriməsi ağ ayılar üçün o qədər öldürücü olacaq ki, 2050-ci ildə Rusiyanın şimal sahillərində və Alyaskadakı ağ ayılar məhv olacaqlar.

İndi dünyada 20-25 min arası ağ ayı var. Alimlərin proqnozlarına görə, 40 il müddətində onların üçdə ikisi yox olacaq.

Ağ ayılar əsasən Rusiya, Qrenlandiya, Norveç, ABŞ, Kanada və Alyaskada yaşayırlar.

Onların müxtəlif ölkələrdə vəziyyətləri də fərqlidir. Rusiyada ağ ayılar 1956-cı ildən "Qırmızı kitab"a düşüb. Elə ən yaxşı vəziyyətdə olanlar da Rusiyadakı ağ ayılar sayılır. Bütövlükdə hər il dünyada 1000-ə yaxın ağ ayı məhv olur.

Ümumdünya Təbii Mühit Fondunun Berinq dənizi üzrə proqram direktoru Marqaret Ulyams deyir ki, iqlim dəyişikliyi özü bir çox şeylərin dəyişməsində də böyük rol oynayır. Məsələn, ağ ayılar quruya çıxmağa, quruda daha çox vaxt keçirməyə başlayırlar. Həmin vaxtsa ayıların ovlanmasına daha çox şərait yaranır.

Ağ ayılar bütün dünyada nəsilləri kəsilmək təhlükəsi qarşısında olduqlarından onların qorunması üçün 1973-cü ildə ağ ayılar haqqında beynəlxalq saziş imzalanıb.

Sinonimləri

  • Ursus eogroenlandicus
  • Ursus groenlandicus
  • Ursus jenaensis
  • Ursus labradorensis
  • Ursus marinus
  • Ursus polaris
  • Ursus spitzbergensis
  • Ursus ungavensis
  • Thalarctos maritimus

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağ ayı haqqında məlumat. Ağ ayı nədir? Ağ ayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Türkmənçay (İran)

  • Fevral 27, 2026

    Yanar şist

  • Fevral 27, 2026

    Studio Ghibli

  • Fevral 24, 2026

    26 noyabr

  • Fevral 27, 2026

    Jan-Fransua Şampolyon

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst