Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Valentin Lui Jorj Ejen Marsel Prust (fr. Valentin Louis Georges Eugène Marcel Proust; 10 iyul 1871[…], Parisin 16-cı dairəsi[d] – 18 noyabr 1922[…], Parisin 16-

Marsel Prust

  • Ana Səhifə
  • Vikipediya
  • Marsel Prust

Valentin Lui Jorj Ejen Marsel Prust (fr. Valentin Louis Georges Eugène Marcel Proust; 10 iyul 1871[…], Parisin 16-cı dairəsi[d] – 18 noyabr 1922[…], Parisin 16-cı dairəsi[d]) — Fransa romançısı, esseçisi və tənqidçisi. Onun ən məşhur əsəri 1913-1927-ci illər aralığında yazdığı, yeddi cilddən ibarət İtirilmiş zamanın axtarışında (fr. À la recherche du temps perdu) romanıdır. O, 20-ci əsrin ən nüfuzlu yazıçı və tənqidçilərindən biri kimi qəbul edilir.

Marsel Prust
fr. Marcel Proust
Doğum adı Valentin Louis Georges Eugène Marcel Proust
Doğum tarixi 10 iyul 1871(1871-07-10)[…]
Doğum yeri
  • Parisin 16-cı dairəsi[d], Paris
Vəfat tarixi 18 noyabr 1922(1922-11-18)[…] (51 yaşında)
Vəfat yeri
  • Parisin 16-cı dairəsi[d], Paris
Vəfat səbəbi güm. ağciyər iltihabı
Dəfn yeri
  • Per-Laşez qəbiristanlığı
Təhsili
  • Sorbonne Paris Universiteti
Fəaliyyəti romançı, esseist, yazıçı, ədəbi tənqidçi, şair, nasir
Əsərlərinin dili fransız dili
Janrlar esse
Tanınmış əsərləri
  • İtirilmiş zamanın axtarışında
Mükafatları "Fəxri legion" ordeninin cəngavər dərəcəsi — 1920
İmza
Vikimənbənin loqosu Marsel Prust Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Marsel Prust 1871-ci ildə, Fransa-Rusiya müharibəsinin "Frankfurt" müqaviləsi əsasında rəsmən bitdiyi gün Parisdə dünyaya gəlir. Atası əslən fransız olub, anası isə kübar yəhudi nəslindən idi. Asma xəstəliyi onu ömrünün sonuna qədər təsiri altında saxlayır. 11 yaşlı Prust liseyə yazılır, lakin təhsili də xəstəliyi üzündən yarımçıq qalır. Bunlara baxmayaraq, Prust ədəbiyyat bacarığı ilə önə çıxmağı bacarır və təhsilinin son ilində mükafat alır. Anasına son dərəcə bağlı olan bu zəif oğlan ana quzusu görünüşü ilə atasının əsəblərinə toxunur. Atasının karyera sahibi olması istəkləri səbəbiylə Prust işləməyə başlayır. Lakin ömürlük xəstəliyə məhkum adı aldıqdan sonra bu işi də buraxır. Əslində, Prust çox tənbəl və kifayət qədər səbirli insan olub. Günlərlə otağından bayıra çıxmayan yazıçı, anasının vəfatından sonra daxili mühacirətə gedir. Marsel dərin fəlsəfi düşüncəli insan idi. Onu sağlığında ədəbiyyat dünyasının yarısı parlaq bir yazar, digəri isə dərk edilməyəcək qədər dərin yazıçı hesab edirdi. Prust Avropada ən çox sitat gətirilən romançıdır. Çox fərqli bir həyat tərzi yaşayan Prust gündüzlər yatar, gecələr isə romanlarını tamamlayardı. Bəzən hər hansısa bir əsərinə görə aylarla evdən bayıra çıxmazmış. Onun əlyazması fransız dilində yazılmış "İtirilmiş zamanın axtarışında" adlı 7 cilddən ibarət romanı Prustun ölümünə qədər özü tərəfindən fasiləsiz olaraq dəyişdirilib. 4800 səhifəlik bu romanı oxumaq, həqiqətən də, səbir tələb edir. Ona görə də, britaniyalıların oxumadıqlarını etiraf etməyə utandıqları kitablar arasında "İtirilmiş zamanın axtarışında" kitabı da var. 1900-1905-ci illərdə ailəsi və bütün həyatı dəyişdi. 1903-cü ilin fevral ayında Prustun böyük qardaşı Robert evləndi. Həmin ilin noyabr ayında atası öldü. Amma bununla bitmədi. 1905-ci ilin sentyabr ayında anası da öldü. Anası ölümündən öncə ona miras qoymuşdu. (6 milyon dollar və aylıq 15.000 dollarlıq sabit gəlir.) Ancaq Prust bu illərdə xəstəliyi səbəbindən ciddi şəkildə zəifləmişdi.

Marsel Prustun məzarı

Ölümü

Prust son üç ilinin demək olar ki hər gününü yataq otağında keçirdi. Gündüzlər yatar, gecələr romanını tamamlamaq üçün çalışırdı.1922-ci ildə plevmaniya xəstəliyi tutan bu tənha insan elə ənənəsinə sadiq şəkildə - evdə tək yazı yazarkən dünyasını dəyişib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Marsel Prust haqqında məlumat. Marsel Prust nədir? Marsel Prust nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Biogenetik qanun

  • Fevral 27, 2026

    Qratz

  • Fevral 27, 2026

    Lazar Lagin

  • Fevral 28, 2026

    Şahi

  • Fevral 27, 2026

    İlqar Muxtarov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst