Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Orta platonizm — Platon Akademiyasının dürdünçü tarixi mərhələsidir. Bu mərhələ m.ö. 87 ildə Qədim Akademiyanın bağlanmasından sonra başlamış və yeni-platonçulu

Orta platonizm

  • Ana Səhifə
  • Vikipediya
  • Orta platonizm

Orta platonizm — Platon Akademiyasının dürdünçü tarixi mərhələsidir. Bu mərhələ m.ö. 87 ildə Qədim Akademiyanın bağlanmasından sonra başlamış və yeni-platonçuluğun yaranmasına qədər sürmüşdür.

Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Milet məktəbi
Fales  • Anaksimandr  • Anaksimen
Elea məktəbi
Ksenofan  • Parmenid  • Eleyalı Zenon  • Melissus
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Pifaqorçular
Pifaqor  • Filolaus  • Hippas  • Arxitas  • Alkmeon
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlər → Protaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlər → Trasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Klassik yunan fəlsəfəsi

1. Sokrat və sokratçılar:
Kiniklər → Antisfen  • Diogen  • Bion Boristenes  • Kerkidas  • Kratet və Hipparxia
Kirenaçılar → Aristipp  • Hegesias  • Annikeris  • Teodorus  • Evhemerus
Meqaraçılar → Evklides  • Stilpon  • Evbulides  • Diodorus Kronus
Eretriyaçılar → Elidalı Fedon  • Eretriyalı Menedem

2. Platon və erkən platonçular:
Spevsippus  • Ksenokrates  • Polemon  • Krates  • Heraklides  • Eudoksus  • Arkesilaus

3. Aristotel və erkən peripatetiklər:
Teofrastus  • Evdemus  • Straton  • Dikearxus  • Aristarxus  • Demetri  • Aristoksenus

Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Skeptisizm
Pirron  • Enesidemus  • Aqrippa
Epikürçülük
Epikür  • Lukretius
Peripatetizm

Rodoslu Andronikus

Platonizm

Karneades  • Kliptomaxus  • Filon Larissalı

'Stoaçılıq'

Erkən dövr → Kitiyalı Zenon  • Xrisippus  • Kleantes

Orta dövr → Panetius  • Posidonius
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Skeptisizm
Sekst Empirik
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Peripatetizm
Afrodisialı Aleksandr
Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
Neopifaqorçuluq → Apollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Mündəricat

Tarixi və təmimin əsasları

Arkesilausdan sonra akademiklər Platon təlimindən tədricən aralanmışdırlar. Karneadesdən sonra isə bu proses daha da dərinləşmişdir. M. ö. I yüzillikdə Qədim Akademiya eniş dövrünü yaşamışdır. Ancaq, sonra Platonun təliminə qayıdış və şübhəçilikdən aralanma dövrü başlanmışdır. Onu Akademiyanın Orta dövrü (m. ö. 80 – m. 200) adlandırırlar. Bununla da, platonizmin dördüncü mərhələsi başlamışdır.

Orta Akademiyanın filosoflarının təlimləri daha çox eklektik xarakter daşımışdır. Onlar Platon məktəbinin təlimini Aristotelin, Pifaqorun, stoaçıların və başqalarının təlimləri ilə qarışıq şəkildə sərgiləyirdilər.

Əxlaq sahəsində akademiklər “Tanrıya bənzəmək” məqsədini güdmüşdürlər, bu da “ən yüksək ərdəm (xeyrə doğru yönəlmə)” kimi dəyərləndirilirdi. Fizika sahəsində təbiət və “İlk başlanğıc” münasibətləri problemi dualizm (ikilik)  və monizm (varlığın birliyi) çərçivəsində çözülürdü. Platon təliminə uyğun olaraq Orta Akademiya məktəbi “iki tanrı” konsepsiyasını irəli sürmüşdür. Onlardan biri Haqq və ya Xeyir olandır, ancaq o uzaqlardadır və insanın məqsədi onu tapmaq və ona doğru yönəlməkdir. İkincisi isə Demiurqosdur. O dünyanın yaradıcısıdır.

Bundan başqa, m. ö. I yüzillikdən başlayaraq orta platonçuluq fəlsəfəsinə monoteist dinlər olan Yəhudiliyin və Xristianlığın da təsiri olmuş, orada antik irslə monoteist ənənənin uzlaşdırılması cəhdləri müşahidə edilmişdir. Eyni zamanda, Akademik məktəbin nümayəndələri m. I – II yüzilliklərindən başlayaraq tədricən güclənən Xristianlığa qarşı da çıxış etmişdirlər. Müasir dini tənqidin əsasları məhz o zaman qoyulmuşdur.

Qeyd etmək lazımdır ki, Orta Akademiyanın coğrafiyası da genişlənmişdir. Onun dərnəkləri təkcə Afinada deyil, həm də Apameya, Smirna və başqa şəhərlərdə fəaliyyət göstərmişdir.

Orta Akademiyanın birinci başçısı (skolarxı) Askalonlu Antioxus (yun. Άντίοχος ὁ Ἀσκαλώνιος, m. ö. 130 – 68) sayılır. Orta dövrün Akademiyasında yeni fikirlərlə çıxış edənlərdən biri İskəndəriyyəli Eudorus (yun. Εὔδωρος, m. ö. I yüzillik) olmuşdur. O, ilk dəfə mümkün qədər “Tanrıya bənzəyərək” həyat sürmək və bunu məqsəd kimi qarşıya qoymaq ideyası ilə çıxış etmişdir. Evdorusun əsərləri zamanımıza çatmamışdır deyə, onun haqqında bilgilər azdır. daha sonra bu məktəbdənçoxlu tanınmış düşünürlər çıxmışdırlar.

Əsas nümayəndələri:

  • Alkinous
  • Apuleyus
  • Qalen 
  • Maksim Tirli
  • Plutarx
  • Filon İskəndəriyyəli
  • Selsus
  • Teon Smirnalı  

Ədəbiyyat

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 202-204. ISBN 5-89968-061-X. 2016 tarixində (PDF). İstifadə tarixi: 16 avqust 2016..
  • Dillon, John, M. (1977), The Middle Platonists, Ithaca: Cornell University Press.
  • Шичалин Ю. А. История античного платонизма. — М., 2000. — 448 с.

Xarici bağlantılar

  • Middle Platonism in Internet Encyclopedia of Philosophy
  • Петров А. В. Магия в идеологии среднего платонизма

Həmçinin bax

  • Platon
  • Platonizm
  • Platonun Akademiyası
  • Neoplatonizm
  • Antik fəlsəfə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Orta platonizm haqqında məlumat. Orta platonizm nədir? Orta platonizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Porfirius

  • Fevral 27, 2026

    Namyur

  • Fevral 27, 2026

    Cəbrail

  • Fevral 27, 2026

    Adi reyhan

  • Fevral 27, 2026

    İsmayıl Qarayev

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst