Evhemerus (yun. Εΰήμερος, təxminən m. ö. 340 – 260) — qədim yunan filosofu, Kirena məktəbinin təmsilçisi.
| Evhemerus | |
|---|---|
| Doğum tarixi | e.ə. 340 (2364–2365 yaş) |
| Antik fəlsəfə |
![]() |
Yunan fəlsəfəöncəsi dövrü (e. ə. VII yüzilliyə qədər) Orfizm • Homer • Hesiod • Ferekid • Yeddi yunan müdriki • Epixarm |
Qədim yunan fəlsəfəsi (e. ə. VII–IV yüzilliklər) Sofistlər "Böyük" sofistlər → Protaqor • Prodikus • Qorqias • Hippias "Kiçik" sofistlər → Trasimaxus • Likofron • Kritius • AlkidamasKlassik yunan fəlsəfəsi 1. Sokrat və sokratçılar: 2. Platon və erkən platonçular: 3. Aristotel və erkən peripatetiklər: |
Ellinizm dövrünün fəlsəfəsi (e. ə. IV–I yüzilliklər) |
Qədim Roma dövrünün fəlsəfəsi I–V yüzilliklər Skeptisizm Sekst Empirik Stoaçılıq Seneka • Epiktet • Mark Avreli • Siseron Neoplatonizm Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius Antik dini təlimlər Qnostisizm • Hermetizm • Mitraizm Erkən Xristian fəlsəfəsi Klement • Origen • Avqustin Avrelius • Boesius • Saxta Dionisius Areopagit |
Fəlsəfəsi
O Messena şəhərindən idi. Bizim zamanımıza onun Panheya adasına səyahəti haqqında “Müqəddəs siyahı” (yun. Ίερά άναγραφή) adlı utopik hekayəsi çatmışdır. Bu əsərin fraqmentləri qədim yunan tarixçisi Siciliyalı Diodorusun (yun. Διόδωρος Σικελιώτης, m. ö. 90 – 30) kitabında verilmişdir. Orada Evhemerus bir məbədin yanındakı sütun üzərində həkk olunan bir yazını görmüşdür. O yazıda yunan tanrılarının siyahısı verilmiş və onların keçmişdə krallar olduqları haqqında məlumat verilmişdir.
Beləliklə, Evhemerus qədim tanrıları inkar edirdi. Onun fikrincə bütün tanrılar əslində ölümlərindən sonra tanrılaşdırılan krallar və qəhrəmanlar idilər. Məsələn, o, baş tanrı Zeusu Krit adasının kralı olduğunu, sonra isə tanrılaşdırıldığını iddia edirdi. Evhemerusun bu fikirləri “euhemerizm” adlanmışdır və buna görə onu ateizmdə suçlamışdılar. Sonralar "evhemerizm" dinşünaslıq elmində bir nəzəriyyə kimi istifadə edilmişdir.
Ədəbiyyat
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 109-110. ISBN 5-89968-061-X. 2016 tarixində (PDF). İstifadə tarixi: 16 avqust 2016.
- Brown, Truesdell S. "Euhemerus and the Historians" The Harvard Theological Review 39.4 (October 1946), pp. 259–274. Includes a comprehensive redaction of the existing fragments of Euhemerus' Sacred History.
- Smith, William. 1870. Dictionary of Greek and Roman Biography and Mythology. (London: C. Little and J. Brown) sub "Evemerus".
- G. Vallauri. Euemero di Messene. Turin, 1956.
- Круглов Е. А. 2000: К истокам «рационализма» эллинистического учения Эвгемера (культ Аполлона Тельмесского) // Политическая история и историография от античности до современности. Вып. 3. Петрозаводск, 21-33.
Həmçinin bax
Xarici bağlantılar
- Harry Thurston Peck, Harpers Dictionary of Classical Antiquities 1898: Euhemerus
- Ante-Nicene Fathers, vol V: Cyprian, "On the Vanity of Idols" e-text
- The Ancient Library 2005-10-26 at the Wayback Machine
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Evhemerus haqqında məlumat. Evhemerus nədir? Evhemerus nə deməkdir?
