Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dikearxus (yun. Δικαίαρχος, təxminən m. ö. 365 – 300) — yunan filosofu, peripatetik məktəbin ən görkəmli nümayəndələrindən biri. Aristotelin və Teofrastusun öyr

Dikearxus

  • Ana Səhifə
  • Vikipediya
  • Dikearxus

Dikearxus (yun. Δικαίαρχος, təxminən m. ö. 365 – 300) — yunan filosofu, peripatetik məktəbin ən görkəmli nümayəndələrindən biri. Aristotelin və Teofrastusun öyrəncisi idi. O, psixologiya, tarix, mədəniyyət, dilçilik və siyasət elmlərini əhatə edən bir çox elmi kitablar yazmışdır.

Dikearxus
Doğum tarixi ən tezi e.ə. 375 və ən geci e.ə. 347
Vəfat tarixi ən tezi e.ə. 285 və ən geci e.ə. 280
Fəaliyyəti riyaziyyatçı, filosof, tarixçi, coğrafiyaşünas
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Milet məktəbi
Fales  • Anaksimandr  • Anaksimen
Elea məktəbi
Ksenofan  • Parmenid  • Eleyalı Zenon  • Melissus
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Pifaqorçular
Pifaqor  • Filolaus  • Hippas  • Arxitas  • Alkmeon
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlər → Protaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlər → Trasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Klassik yunan fəlsəfəsi

1. Sokrat və sokratçılar:
Kiniklər → Antisfen  • Diogen  • Bion Boristenes  • Kerkidas  • Kratet və Hipparxia
Kirenaçılar → Aristipp  • Hegesias  • Annikeris  • Teodorus  • Evhemerus
Meqaraçılar → Evklides  • Stilpon  • Evbulides  • Diodorus Kronus
Eretriyaçılar → Elidalı Fedon  • Eretriyalı Menedem

2. Platon və erkən platonçular:
Spevsippus  • Ksenokrates  • Polemon  • Krates  • Heraklides  • Eudoksus  • Arkesilaus

3. Aristotel və erkən peripatetiklər:
Teofrastus  • Evdemus  • Straton  • Dikearxus  • Aristarxus  • Demetri  • Aristoksenus

Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Skeptisizm
Pirron  • Enesidemus  • Aqrippa
Epikürçülük
Epikür  • Lukretius
Peripatetizm

Rodoslu Andronikus

Platonizm

Karneades  • Kliptomaxus  • Filon Larissalı

'Stoaçılıq'

Erkən dövr → Kitiyalı Zenon  • Xrisippus  • Kleantes

Orta dövr → Panetius  • Posidonius
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Skeptisizm
Sekst Empirik
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Peripatetizm
Afrodisialı Aleksandr
Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
Neopifaqorçuluq → Apollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Mündəricat

Həyatı

Dikearxus ruhun varlığını və ölməzliyini inkar edirdi. "Ruh haqqında" (yun. Περὶ ψυχῆς) kitabında o yazırdı ki, ruh materiyanın formalarından biridir, cisimdir. Dünyada bütün varlıqlar dörd ünsürdən əmələ gəldiyi kimi ruh da onlardan biridir, sadəcə onun vəzifəsi bədəni canlandırmaqdır.

"Trifoniusun məbədinə eniş" (yun. Εἰς Τροφωνίου κατάβασις) əsərində Dikearxus din xadimlərini tənqid etmişdir. Həmin bu əsərdə o, falçılığı rədd edərək yalnız ilham və röyaları inkar etməmişdir.

Dikearxus mədəniyyət tarixi elminin yaradıcısı hesab edilir. O, "Yunanıstan həyatı" (yun. Βίος Ἑλλάδος) kitabında yunan mədəniyyətinin icmalını vermiş, yunanların inkişafını Şərqin mədəni həyatı ilə bağlamışdır. Onun fikrincə insanlar təbii yaşamdan heyvandarlığa, sonra isə əkinçiliyə keçmişdilər.

Dikearxus siyasi məsələləri də araşdırmışdır. "Tripolitikus" (yun. Τριπολιτικός) adlı yazısında o hesab edirdi ki, dövlətin idarəçilik metodu demokratiya, monarxiya və aristokratiyanın qarışığından ibarət olmalıdır.

Dikearxus həm də təbiətşünas olmuş, xəritələr çəkmişdir. "Yeri dolaşmaq" (yun. Γῆς περίοδος) kitabında o, yerin kürə formasında olmasını iddia etmiş, bəzi dağların hündürlüyünü ölçməyə çalışmışdır.

Həmçinin bax

  • Peripatetiklər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dikearxus haqqında məlumat. Dikearxus nədir? Dikearxus nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Könül

  • Fevral 27, 2026

    Siena Universiteti

  • Fevral 27, 2026

    Orta Salahlı

  • Fevral 11, 2026

    Su

  • Fevral 25, 2026

    Qotlar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst