Levkipp, Leukippus (yun. Λεύκιππος, e. ə. V əsr, güm. Milet – e. ə. V əsr, ehtimal ki, , Makedoniya və Frakiya) — qədim yunan filosofu.
| Levkipp | |
|---|---|
| Λεύκιππος | |
| |
| Doğum tarixi | e. ə. V əsr |
| Doğum yeri |
|
| Vəfat tarixi | e. ə. V əsr |
| Vəfat yeri |
|
| İstiqaməti | Atomistika, Materializm, Sokrataqədərki fəlsəfə |
| Əsas maraqları | fəlsəfə, Kosmologiya |
| Antik fəlsəfə |
![]() |
Yunan fəlsəfəöncəsi dövrü (e. ə. VII yüzilliyə qədər) Orfizm • Homer • Hesiod • Ferekid • Yeddi yunan müdriki • Epixarm |
Qədim yunan fəlsəfəsi (e. ə. VII–IV yüzilliklər) Sofistlər "Böyük" sofistlər → Protaqor • Prodikus • Qorqias • Hippias "Kiçik" sofistlər → Trasimaxus • Likofron • Kritius • AlkidamasKlassik yunan fəlsəfəsi 1. Sokrat və sokratçılar: 2. Platon və erkən platonçular: 3. Aristotel və erkən peripatetiklər: |
Ellinizm dövrünün fəlsəfəsi (e. ə. IV–I yüzilliklər) |
Qədim Roma dövrünün fəlsəfəsi I–V yüzilliklər Skeptisizm Sekst Empirik Stoaçılıq Seneka • Epiktet • Mark Avreli • Siseron Neoplatonizm Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius Antik dini təlimlər Qnostisizm • Hermetizm • Mitraizm Erkən Xristian fəlsəfəsi Klement • Origen • Avqustin Avrelius • Boesius • Saxta Dionisius Areopagit |
Həyatı
Qədim yunan filosoflarından olan, Atomçuluq məktəbin nümayəndəsi Levkipp Miletdə doğulub. Bəziləri belə hesab edir ki, o, Abderdə və ya Eleada dünyaya gəlib. Epikür isə deyirdi ki, yunan fəlsəfi fikir tarixində Levkipp adında filosof olmamışdır. Belə fikir də vardır ki, Levkipp gənc Demokritin təxəllüsüdür, lakin son illərin tədqiqatları və xüsusən keçən əsrdə Dilsin, Zellerin, görkəmli fılosof və tarixçi Makovelskinin araşdırmaları sübut edir ki, Levkippin fılosof kimi mövcudluğu tarixi həqiqətdir. O, Miletdə yaşayıb, sonra Elea şəhərinə köçüb, orada Parmenidin, Ksenofanın və Zenonun tələbəsi olub. Dils Levkippin iki kitabını müəyyən edib. Onun başqa əsərləri və fikirləri haqqında məlumatı müxtəlif mənbələrdən almaq mümkündür.
Atomlar haqqında fikirləri
Levkipp belə hesab edirdi ki, gerçəkliyin əsasında atomlar və boşluq durur. "Atomlar boşluqda hərəkət edən varlıqdır". O, boşluğu varlıq saymır, lakin qeyd edirdi ki, boşluq heç də varlıqdan kiçik bir şey deyildir. Atom haqqında təlimi birinci dəfə Levkipp irəli sürmüşdür. O göstərirdi ki, "vahid mövcud olan atomlar boşluqdur". Levkipp atomları öz böyüklüyü, forması, düzülüşü və vəziyyəti ilə xarakterizə edirdi. O sübuta çalışırdı ki, hadisələr səbəbiyyət əlaqələri ilə bağlıdır. Atomlar şeylərin səbəbidir, onların birləşməsi və ayrılması nəticəsində şeylər yaranır və məhv olur. Levkipp bu barədə "Əql haqqında" əsərində yazırdı: "Heç bir şey səbəbsiz meydana gəlmir, ancaq hər şey bir əsas üzərində zərurətdən yaranır". Levkippin bir xidməti də ondan ibarətdir ki, o, eleylilərin "dəyişməz varlığı" ilə Heraklitin "daim dəyişən" varlığını dialektikcəsinə birləşdirdi.
Ədəbiyyat
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 55-56. ISBN 5-89968-061-X. 2016 tarixində (PDF). İstifadə tarixi: 16 avqust 2016.
- Маковельский А. О. Древнегреческие атомисты Баку, 1946.
İstinad
- Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, 388–389.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Levkipp haqqında məlumat. Levkipp nədir? Levkipp nə deməkdir?

