Eretriya məktəbi — Sokrat ardıcılları tərəfindən yaradılan məktəblərdən biri idi. Bu məktəbi həm də Elida-Eretriya məktəbi də adlandırırlar, çünki o Elidada yaranmış, sonra isə Eritreyada fəaliyyətini davam etdirmişdir.
| Antik fəlsəfə |
![]() |
Yunan fəlsəfəöncəsi dövrü (e. ə. VII yüzilliyə qədər) Orfizm • Homer • Hesiod • Ferekid • Yeddi yunan müdriki • Epixarm |
Qədim yunan fəlsəfəsi (e. ə. VII–IV yüzilliklər) Sofistlər "Böyük" sofistlər → Protaqor • Prodikus • Qorqias • Hippias "Kiçik" sofistlər → Trasimaxus • Likofron • Kritius • AlkidamasKlassik yunan fəlsəfəsi 1. Sokrat və sokratçılar: 2. Platon və erkən platonçular: 3. Aristotel və erkən peripatetiklər: |
Ellinizm dövrünün fəlsəfəsi (e. ə. IV–I yüzilliklər) |
Qədim Roma dövrünün fəlsəfəsi I–V yüzilliklər Skeptisizm Sekst Empirik Stoaçılıq Seneka • Epiktet • Mark Avreli • Siseron Neoplatonizm Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius Antik dini təlimlər Qnostisizm • Hermetizm • Mitraizm Erkən Xristian fəlsəfəsi Klement • Origen • Avqustin Avrelius • Boesius • Saxta Dionisius Areopagit |
Eretriya məktəbinin fəlsəfəsi haqqında zamanımıza çox az məlumat çatmışdır. Ümumiyyətlə demək olar ki, bu məktəbin filosoflarının dünyagörüşü Meqara məktəbinin nümayəndələrinə yaxın idi. Meqaraçılar kimi eretriyaçılar da deyirdilər ki, həqiqi Xeyir birdir və ondan başqa xeyirlər yoxdur. Xeyirlə Həqiqət eynilik təşkil edirlər. Xeyri yalnız ağılla dərk edib, ona yönəlmək olar.
Məktəbin yaradıcıları Elidalı Fedon (yun. Φαίδων, m. ö. IV yüzillik) və Eretriyalı Menedem (yun. Μενέδημος, təxminən m. ö. 345 – 261) olmuşdurlar. Platonun məşhur dialoqlarının biri olan "Fedon" Elidalı Fedonun adını daşıyır. Fedon və Menedem haqqında bir neçə pərakəndə fraqmentlərdən başqa heç bir məlumat zamanımıza çatmamışdır.
Ədəbiyyat
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 115-116. ISBN 5-89968-061-X. 2016 tarixində (PDF). İstifadə tarixi: 16 avqust 2016.
- Новая философская энциклопедия: в 4 т./ Ин-т философии РАН; Нац. обществ.-науч. фонд; Предс. научно-ред. совета В. С. Стёпин. — М.: Мысль, 2010.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Eretriya məktəbi haqqında məlumat. Eretriya məktəbi nədir? Eretriya məktəbi nə deməkdir?
