Falerli Demetrius (yun. Δημήτριος Φαληρεύς, lat. Demetrios Phalereus, m. ö. 350 – 283) qədim yunan filosofu, peripatetik məktəbin nümayəndəsi, Teofrastusun tələbəsi.
| Falerli Demetri | |
|---|---|
| q.yun. Δημήτριος ο Φαληρεύς | |
| |
| Doğum tarixi | e.ə. 350 |
| Vəfat tarixi | e.ə. 283 (66–67 yaşında) |
| Vəfat yeri | |
| Elm sahəsi | fəlsəfə |
| Antik fəlsəfə |
![]() |
Yunan fəlsəfəöncəsi dövrü (e. ə. VII yüzilliyə qədər) Orfizm • Homer • Hesiod • Ferekid • Yeddi yunan müdriki • Epixarm |
Qədim yunan fəlsəfəsi (e. ə. VII–IV yüzilliklər) Sofistlər "Böyük" sofistlər → Protaqor • Prodikus • Qorqias • Hippias "Kiçik" sofistlər → Trasimaxus • Likofron • Kritius • AlkidamasKlassik yunan fəlsəfəsi 1. Sokrat və sokratçılar: 2. Platon və erkən platonçular: 3. Aristotel və erkən peripatetiklər: |
Ellinizm dövrünün fəlsəfəsi (e. ə. IV–I yüzilliklər) |
Qədim Roma dövrünün fəlsəfəsi I–V yüzilliklər Skeptisizm Sekst Empirik Stoaçılıq Seneka • Epiktet • Mark Avreli • Siseron Neoplatonizm Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius Antik dini təlimlər Qnostisizm • Hermetizm • Mitraizm Erkən Xristian fəlsəfəsi Klement • Origen • Avqustin Avrelius • Boesius • Saxta Dionisius Areopagit |
Fəaliyyəti
Demetrius həm də siyasi xadim kimi tanınmış, bir zaman Afina hökmdarı olmuşdur. Ancaq sonra o, təqiblərə məruz qalmış və Misirə qaçmalı olmuşdur. Demetrius tarix, siyasət, bəlağət və başqa sahələrdə çoxlu əsər yazmışdır, ancaq onların çoxu zamanımıza gəlib çatmamışdır.
Onun bəzi əxlaqa aid fikirlərini Diogenes Laertius qələmə almışdır. O deyirdi ki, gənclər evdə öz ata-anasının, küçədə yoldan keçənlərin, təklikdə isə özlərinin qarşısında abırlarını saxlamalıdırlar.
Misir hökmdarı I Ptolemeusun dövründə Demetrius İskəndəriyyədə elmi-mədəni mərkəz olan "Museyonun" və orada yerləşən məşhur kitabxananın yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Eyni zamanda o, yəhudilərin müqəddəs kitabı olan Əhdi-Ətiqin yunan dilinə çevrilməsinin təşəbbüskarı idi. Bu tərcümə "Septuaginta" adlanmışdır. Bundan sonra yunan düşüncəsinə yəhudiliyin birbaşa təsiri dövrü başlamışdır. Bu proses sonralar Avropada xristianlığın yayılması ilə nəticələnmişdir.
Ədəbiyyat
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 154–155.
- Bagnall, Roger S. (December 2002). "Alexandria: Library of Dreams" (PDF). Proceedings of the American Philosophical Society. 146 (4): 348–362.
- Dorandi, Tiziano (1999). "Chapter 2: Chronology". In Algra, Keimpe; et al. The Cambridge History of Hellenistic Philosophy. Cambridge: Cambridge University Press. pp. 49–50. ISBN 9780521250283. Scott, Kenneth (1928). "The Deification of Demetrius Poliorcetes: Part I". The American Journal of Philology. 49 (2): 137–166.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Demetrius (Falerli) haqqında məlumat. Demetrius (Falerli) nədir? Demetrius (Falerli) nə deməkdir?

