Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Kirpi" satirik jurnalı 1952-ci ildən çıxırdı. "Molla Nəsrəddin" ənənələrini davam etdirmək, cəmiyyətdəki nöqsanları üzə çıxarmaq, haqqın, ədalətin öz yerini tu

Kirpi (jurnal)

  • Ana Səhifə
  • Vikipediya
  • Kirpi (jurnal)

"Kirpi" — Azərbaycanda nəşr olunmuş satirik karikatura jurnalı.

"Kirpi" (jurnal)
Baş redaktor Polad Qasımov
Əməkdaşlar
  • Səməd Vurğun
  • Süleyman Rüstəm
  • Süleyman Rəhimov
  • Ə.Vəliyev
  • İsmayıl Şıxlı
  • Əliağa Vahid
  • N.Arif
Növ satirik, qara mizah
Dövrilik aylıq
Tiraj 5000 (dekabr 2015)
Təsisçi Samir Polad
Təsis tarixi 1952
Ölkə Azərbaycan Azərbaycan
Qərargah Bakı ş,Yasamal r-nu,Azərbaycan nəş-ı Dilarə Əliyeva k., 251/121A
Dil Azərbaycan dili
Səhifə 31
Qiymət 0,49 azn

"Kirpi" satirik jurnalı 1952-ci ildən çıxırdı. "Molla Nəsrəddin" ənənələrini davam etdirmək, cəmiyyətdəki nöqsanları üzə çıxarmaq, haqqın, ədalətin öz yerini tutması "Kirpi"nin əsas iş prinsipi olub. Jurnal uzun illər rüşvətxorların, el malını dağıdanların, mədəniyyətimizə biganə qalanların və s. ifşa edilməsi üçün qətiyyətlə mübarizə aparmışdır.

2017-ci ilin əvvəlindən - baş redaktor Polad Qasımovun vəfatından sonra onun nəşri dayandırıldı.

Mündəricat

Redaktorlar

Əvəz Sadıq, Qulam Məmmədli, Seyfəddin Dağlı, Salam Qədirzadə, Şamil Fərzəliyev, Eyvaz Borçalı və Polad Qasımov ardıcıllıqla "Kirpi" jurnalına redaktorluq etmişlər.

Əməkdaşlar

Cəsarətli yazıları ilə oxucuların rəğbətini qazanmış S.Vurğun, S.Rüstəm, S.Rəhimov, Ə.Vəliyev, İ.Şıxlı, Ə.Vahid, N.Arif jurnalla yaxından əməkdaşlıq etmişlər.

Rəssamlar

Jurnalın əsas rəssamları: baş rəssam Nəcəfqulu İsmayılov, Hüseyn Əliyev, Ümid Hüseynov, Həsən Haqverdiyev, Sadıq Şərifzadə, Rizvan Quliyev, Vsevolod Ternavski, Ziya Kərimbəyli, Pyotr Şandin, Arif Ələsgərov, Eduard Abdullayev, Ələkbər Zeynalov, Adil Elçin, Hafiz Nəsiroğlu, Vəfa Allahyarova.

1952-ci ildə "Kirpi" satirik jurnalının nəşrə başlanması dövrün, zamanın tələbi idi. "Kirpi" jurnalının nəşrə başlanması karikatura janrının inkişafında müstəsna rol oynamış və bu sahədə yeni ənənələrin yaranmasına təkan vermişdir. Əsasən, Sovet ideologiyasına xidmət etməsinə baxmayaraq, "Kirpi" jurnalı müxtəlif nəsillərə mənsub olan peşəkar karikaturaçı rəssamları bir araya gətirə bildi.

Karikatura janrına marağın artması, "Kirpi" jurnalının oxunaqlı jurnal olması bu sahəyə peşəkar rəngkar rəssamların axını ilə müşayiət olundu. 1950–1960-cı illərdə Azərbaycanın görkəmli rəssamları Mikayıl Abdullayev, Tahir Salahov, Oktay Sadıqzadə, Kazım Kazımzadə, Güllü Mustafayeva və başqaları by sahədə layiqli əsərlər yaratmışlar.

İlk ali savadlı peşəkar qadın – karikaturaçısı, SSRİ xalq rəssamı Mikayıl Adullayevin tələbəsi Vəfa Allahyarova da "Kirpi" jurnalı ilə əməkdaşlıq edirdi. Bu fakt Tarix Elmləri doktoru, yazıçı- publisist Sabir Gəncəlinin rəyində öz əksini tapmışdı: "…Vəfa İbrahim qızı Azərbaycanın ilk qadın karikaturaçı rəssamlarından biri kimi tanınmışdır. Karikaturalarında dərin məna və incə gülməzə vardır…". "Крокодил" jurnalının nümayəndə heyəti jurnallarında çap olunması üçün bütün Zaqafqaziya üzrə məhs "Kirpi" jurnalının əməkdaşı Vəfa Allahyarovanın əsərlərini seçdilər. Bu barədə Azərbaycanın SSR Əməkdar Mədəniyyət işçisi , " Molla Nəsrəddin" jurnalının əməkdaşı Qulam Məmmədli Azərbaycan jurnalistin VII qurultayında qeyd etdi: "…bu azərbaycanlı qızın çəkdiyi karikatura " Крокодил" jurnalının oxucuları arasında genış əks- səda doğurmuşdur…""

"Kirpi" jurnalının populyarlaşmasında xalq rəssamı, İsmayıl Axundovun mühüm xidmətləri olub. 1990-ların əvvəllərində çətin vaxtlarını yaşayan, jurnal bir müddət çap olunmadı. Ömürlərini bu jurnala həsr etmiş, mərhum baş redaktor Polad Qasımov, jurnalın baş rəssamı Hafiz Nəsiroğlu jurnala ikinci ömür verdilər.

Həmçinin bax

  • Bəhlul (jurnal)
  • Mozalan (kinojurnal)
  • Molla Nəsrəddin jurnalı
  • Azərbaycan karikatura tarixi
  • Kirpi (kinojurnal)

Ədəbiyyat

  • Hacızadə, Bayram. "1952-1969-cu illərdə "Kirpi" satirik jurnalinda dərc olunmuş təbliğat xarakterli rəsmlər və plakatlar". "Konservatoriya" (az.). İstifadə tarixi: 5 noyabr 2025.


vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kirpi (jurnal) haqqında məlumat. Kirpi (jurnal) nədir? Kirpi (jurnal) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    VIAF

  • Fevral 27, 2026

    Alarix

  • Fevral 27, 2026

    Ağlama divarı

  • Fevral 27, 2026

    Luiş Fiqu

  • Fevral 24, 2026

    Nepal

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst