Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şamil Xurşud oğlu Fərzəliyev və ya Şamil Xurşud (18 fevral 1934, Ucar– 24 aprel 1986, Tbilisi): Azərbaycan ədəbiyyatı və mətbuatının nümayəndəsi, ictimai xadim,

Şamil Fərzəliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Şamil Fərzəliyev

Şamil Xurşud oğlu Fərzəliyev və ya Şamil Xurşud (18 fevral 1934, Ucar– 24 aprel 1986, Tbilisi): Azərbaycan ədəbiyyatı və mətbuatının nümayəndəsi, ictimai xadim, yazıçı, publisist və dramaturq, SSRİ Yazıçılar və Jurnalistlər İttifaqlarının üzvü, əməkdar jurnalist və mədəniyyət xadimi

Şamil Xurşud
Doğum tarixi 18 fevral 1934
Doğum yeri Ucar, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 24 aprel 1986 (52 yaşında)
Vəfat yeri Tbilisi, Gürcüstan SSR,
Vətəndaşlığı Azərbaycan SSR
Milliyyəti Azərbaycanlı
Janrlar felyeton, oçerk, hekayə, povest, pyes

Mündəricat

Həyatı

Şamil Fərzəliyev (Şamil Xurşud) 1934-cü il fevralın 18-də Azərbaycan SSR-in Ucar rayonunda anadan olmuşdur. Valideynləri 1918-ci il hadisələri səbəbindən məcburiyyət qarşısında qalaraq Qərbi Azərbaycanın Sisian rayonunun Ağudi kəndindən Ucar rayonuna köçmüşdülər. Şamil Xurşud Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində oxuyan vaxtdan bədii-publisistik məqalələr, televiziya və radio üçün səhnəciklər yazmağa başlamışdır. Onun ilk səhnə əsəri də elə o vaxtlar oynanılmışdı. Ali təhsilini uğurla başa vurandan az sonra onu Moskvanın İctimai Elmlər Akademiyasına göndərmişlər. Orada ikiillik təhsilini başa vurub Vətənə qayıtdıqdan sonra Şamil Xurşud ömrünü yazıb-yaratmağa həsr etmişdir. O, bir müddət Azərbaycan KP MK aparatında təlimatçı vəzifəsində çalışmışdır. 1972-ci ildə "Azərbaycan gəncləri" qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş, daha sonra isə 1980-ci ildə "Kirpi" satirik lurnalının Baş redaktoru vəzifəsinə irəli çəkilmişdir. O, bu vəzifədə 1986-cı ilin aprelinə kimi işləmişdir. Şamil Xurşud 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra Tbilisi şəhərində vəfat etmişdir.

Yaradıçılığı

Şamil Xurşud yaradıcılığa kiçik səhnə əsərləri yazmaqla başlamışdır. Ötən əsrin 60-cı illərindən başlayaraq oçerk, felyeton, publisistik yazıları ilə respublika mətbuatında çıxış etməyə başlamış, bir qədər sonra isə hekayələri, povest və pyesləri işıq üzü görmüşdür. Onun "Özüm və özün" ilk felyetonlar kitabı böyük marağa səbəb olmuş, daha sonra isə bir-birinin ardınca "Azarkeş nənə", "Xəstələr", "Naxırçı çörəyi", "Ağaclar kəsilmədi", "Bahar yağışları", "Sən tək deyilsən", Mirzə Şəfi Vazehin həyatından bəhs edən "Bəxtiyar deyil" kitabları nəşr olunmuşdur. Müxtəlif illərdə yazdığı səhnə əsərləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Lənkəran Dövlət Dram Teatrında, İrəvan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.

Şamil Xurşud Fərzəliyevin "Səndən sonra" kitabı yazıçının ölümündən sonra "Şərq-Qərb" nəşriyyatı tərəfindən çapdan buraxılmışdır. Yazıçı və onun yaradıçılığı haqqında Azərbaycanın nasir və şairləri, o cümlədən xalq yazıçısı Əli Vəliyev, xalq şairi Məmməd Araz, ədəbiyyatşünas-alimlər Qulu Xəlilov, Xalid Əlimirzəyev, akademik Fəraməz Maqsudov, şairlər Rəfiq Zəka Xəndan, Məmməd Aslan, Flora Xəlilzadə, Hidayət, xalq artisti Ağakişi Kazımov, əməkdar incəsənət xadimi Cəmil Əlibəyov, yazıçı-publisist Yusif Kərimov, şair Şahmar Əkbərzadə, yazıçılar Əlfi Qasımov, İsmayıl Qarayev, Nahid Hacızadə, Əmir Mustafayev, əməkdar jurnalistlər Şakir Yaqubov, Vaqif Bayramov və onlarca digər tanınmış qələm sahibləri qiymətli fikirlər söyləmişlər. "Qızıl qələm" mükafatı laureatı olmuş və bir sıra Fəxri Fərman və medallara layiq görülmüşdür.

Kitabları

1. "Sizi Unutmaram" (1961), Bakı, "Uşaqgəncnəşr"

2. "İnsan yaşayır" (1964), Bakı, "Azərnəşr"

3. "Özüm və özün" (1965), Bakı, "Azərnəşr"

4. "Xəstələr" (1967) Bakı, "Xalq yaradıcılığı evi"

5. "Azarkeş nənə" (1970), Bakı, "Gənclik"

6. "Ağaclar kəsilmədi" (1975), Bakı, "Gənclik"

7. "Naxırçı çörəyi" (1978), Bakı, "Gənclik"

8. "Sakitlik olmayacaq" (1983), Bakı, "Yazıçı"

9. "Səndən sonra" (1998) Bakı, "Şərq Qərb"

Pyesləri, televiziya tamaşaları

1. Sən tək deyilsən

2. Məhəbbət novellası

3. Yaz yağışı

4. Qvardiya, irəli

5. Sevinc

6. Yol ayrıcında

7. Bəxtiyar deyil

8. Kiçik torpaqda üç gün 

Filmoqrafiya

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şamil Fərzəliyev haqqında məlumat. Şamil Fərzəliyev nədir? Şamil Fərzəliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    V Qustav

  • Fevral 27, 2026

    Rafiq Nəsirov

  • Fevral 27, 2026

    Sirakuz Universiteti

  • Fevral 27, 2026

    Vərdiş

  • Fevral 24, 2026

    Adamantios Korais

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst