Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Süleyman Hüseyn oğlu Rəhimov (9 (22) mart 1900, Əyin, Zəngəzur qəzası – 11 oktyabr 1983, Bakı) — Azərbaycan-sovet yazıçısı, nasiri, siyasətçisi, 1938-ci ildən A

Süleyman Rəhimov

  • Ana Səhifə
  • Vikipediya
  • Süleyman Rəhimov

Süleyman Hüseyn oğlu Rəhimov (9 (22) mart 1900, Əyin, Zəngəzur qəzası – 11 oktyabr 1983, Bakı) — Azərbaycan-sovet yazıçısı, nasiri, siyasətçisi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975).

Süleyman Rəhimov
Azərbaycan Yazıçılar İttifaqının sədri
1954 – 1958
ƏvvəlkiMirzə İbrahimov
SonrakıMehdi Hüseyn
1944 – 1945
ƏvvəlkiSəməd Vurğun
SonrakıSəməd Vurğun
1939 – 1940
ƏvvəlkiRəsul Rza
SonrakıSəməd Vurğun
Şəxsi məlumatlar
Doğum tarixi 9 (22) mart 1900(1900-03-22)
Doğum yeri
  • Əyin, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 11 oktyabr 1983(1983-10-11) (83 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti yazıçı, siyasətçi, şair
Uşaqları
  • Şamo Rəhimov,
  • Şamo Arif

Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 19751975
"Lenin" ordeni — 19461946 "Lenin" ordeni — 19701970 "Lenin" ordeni — 19751975 "Qırmızı əmək bayrağı" ordeni — 19591959 "Xalqlar dostluğu" ordeni — 19801980 "Şərəf nişanı" ordeni — 19421942
"Azərbaycan SSR xalq yazıçısı" fəxri adı — 19601960 "Qızıl qələm" mükafatı — 1972

Mündəricat

Həyatı

Süleyman Rəhimov 1900-cü ilin 22 martında Zəngəzur mahalının (hazırkı Qubadlı rayonu) Əyin kəndində anadan olmuşdur. Mənşəcə kürddür. İbtidai təhsilini ikisinifli rus məktəbində almışdır. İlk təhsilini kənddə almış, sonralar texnikum və ali məktəb bitirmişdir. 1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlamışdır. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik etmişdir.

1928-ci ilin payızında dostu Əli Vəliyevlə Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs demişdir. 1931-ci ildə təhsilini bitirmişdir.

Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. Bununla belə o 50 il bu əsərinin üzərində işləmiş və ona əlavələr etmişdir. Onun ən tanınmış əsərlərindən biri də "Qara torpaq və sarı qızıl"dır. İndi bu əsər 5-ci sinif ədəbiyyatlarda istifadə olunur.

Süleyman Rəhimov 1939–1940, 1944–1946 və 1954–1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olmuşdur. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışmışdır (1934–1937). Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940–1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941–1944), Azərbaycan SSR Nazirlər Soveti yanında Mədəni-Maarif işləri Komitəsinin sədri (1945–1958) vəzifələrində işləmişdir.

1983-cü il oktyabrın 11-də vəfat etmiş, Fəxri xiyabanda dəfn olunub.

Yaradıcılığı

S. Rəhimov yeni dövr Azərbaycan ədəbiyyatında nəsrin inkişafı sahəsində misilsiz xidmətləri olan yazıçıdır. Əsasən romançı kimi tanınıb. 30-cu illərdə Azərbaycan romanının təşəkkülü və inkişafı onun adı ilə bağlıdır. "Şamo" və "Saçlı" kimi çoxcildli romanların müəllifidir. Bu romanlarda yazıçı qəhrəmanlarını əsrin və həyatın böyük ictimai hadisələri və konfliktləri içərisində alıb təsvir etmiş, əsas obrazların xarakterlərini açmış, insani keyfiyyətlərini göstərmişdir. S. Rəhimov "Şamo" romanı ilə ədəbiyyata gəlmiş və 50 ilə yaxın bu əsərin üzərində işləmişdir.

Ailəsi

  • Yazıçı Şamo Arifin atasıdır.
  • Seysmoloq Şamo Rəhimovun atasıdır.

Mükafatları

  • Sosialist Əməyi Qəhrəmanı — 4 dekabr 1975
  • "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı — 5 aprel 1960
  • 3 dəfə "Lenin" ordeni — 25 fevral 1946, 20 mart 1970, 4 dekabr 1975
  • "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959
  • "Xalqlar Dostluğu" ordeni — 21 mart 1980
  • "Şərəf nişanı" ordeni — 6 fevral 1942
  • "Qızıl qələm" mükafatı — 1972

Əsərləri

  • Süleyman Rəhimov. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, 288 səh.
  • Süleyman Rəhimov. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005, 312 səh.

Filmoqrafiya

  • Qanun naminə (film, 1968)
  • Ayrıldıq ki, qovuşaq

Həmçinin bax

  • Şamo (roman)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Süleyman Rəhimov haqqında məlumat. Süleyman Rəhimov nədir? Süleyman Rəhimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    HTTP

  • Fevral 23, 2026

    Ampermetr

  • Fevral 24, 2026

    Kurullu Edil

  • Fevral 23, 2026

    Niderland krallığı

  • Fevral 23, 2026

    Tropik

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst