Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əliağa Vahid (əsl adı: Əliağa Məmmədqulu oğlu İsgəndərov; 18 fevral 1895, Bakı - 1 oktyabr 1965, Bakı) — Azərbaycan-sovet şairi, qəzəlxanı Azərbaycan SSR əməkda

Əliağa Vahid

  • Ana Səhifə
  • Vikipediya
  • Əliağa Vahid

Əliağa Vahid (əsl adı: Əliağa Məmmədqulu oğlu İsgəndərov; 18 fevral 1895, Bakı - 1 oktyabr 1965, Bakı) — Azərbaycan-sovet şairi, qəzəlxanı Azərbaycan SSR əməkdar incəsənət xadimi (17 iyun 1943).

Əliağa Vahid
Doğum tarixi 18 fevral 1895 (131 yaş)
Doğum yeri Masazır, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1 oktyabr 1965(1965-10-01) (70 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Fəaliyyəti şair, qəzəlxan
Əsərlərinin dili Azərbaycan dili
Janr qəzəl
Mükafatları Azərbaycan SSR əməkdar incəsənət xadimi
İmza
Vikimənbənin loqosu Əliağa Vahid Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

100 illiyində buraxılan Azərbaycan poçt markası

Əliağa Vahid 18 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Onun "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.[nə vaxt?]

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib. 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib.

Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulmuş, daha sonra təmir zamanı İçərişəhərə köçürülmüş və qoyulduğu meydan Əliağa Vahid bağı adını almışdır.

Əliağa Vahidin İçəri Şəhərdə yerləşən heykəli

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Repressiya

Əliağa Vahid içki içən deyildi ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Onun da adı orda olub. Mircəfər Bağırov Əliağa Vahidin adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdır. Ondan bizə nə ziyan gələcək. Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta, bununla bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib.

Mirası

  • Onun adına Bakıda bir məktəb, park, bağ (keçmiş Qubernator bağı), ədəbiyyat evi və küçə vardır.
  • Vahidin 1990-cı ildə bürüncdən düzəldilmiş və saçlarında müxtəlif alleqorik fiqurların təsvir edildiyi böyük bir büstü İçərişəhərdə — eyniadlı metro stansiyasının arxasında yerləşən kiçik bağda yerləşdirilmişdir. Heykəl əvvəllər şəhər divarlarının cənub tərəfində yerləşən Azərbaycan Dövlət Filarmoniya bağında yerləşdirilmişdi. 2009-cu ildən isə heykəl hal-hazırda olan yerə köçürülmüşdür.
  • 1991-ci ildə Azərbaycanfilm kinostudiyasında Vahidin həyat və yaradıcılığına həsr olunmuş "Qəzəlxan" adlı film çəkilmişdir.

Filmoqrafiya

  • Yeni horizont (film, 1940)
  • Qəzəlxan (film, 1991)

Həmçinin bax

  • Əliağa Vahid bağı
  • Əliağa Vahidin heykəli (Bakı, 1990)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əliağa Vahid haqqında məlumat. Əliağa Vahid nədir? Əliağa Vahid nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bakı qalası

  • Fevral 27, 2026

    Rota

  • Fevral 27, 2026

    Papravənd türbəsi

  • Fevral 27, 2026

    Qələvi

  • Fevral 25, 2026

    Ştat

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst