Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sadıq Hüseyn oğlu Şərifzadə (5 dekabr 1912, Ərdəbil – 2 yanvar 1986, Bakı) — rəssam, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1959).

Sadıq Şərifzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Sadıq Şərifzadə

Sadıq Hüseyn oğlu Şərifzadə (5 dekabr 1912, Ərdəbil – 2 yanvar 1986, Bakı) — rəssam, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1959).

Sadıq Şərifzadə
Sadıq Şərifzadə iş zamanı
Sadıq Şərifzadə iş zamanı
Doğum tarixi 5 dekabr 1912
Doğum yeri Ərdəbil, Cənubi Azərbaycan
Vəfat tarixi 2 yanvar 1986 (73 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti Rəssamlıq
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi,
  • Kiyev Milli Rəssamlıq və Memarlıq Akademiyası[d],
  • Moskva Dövlət Rəssamlıq İnstitutu[d]
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1959

Mündəricat

Həyatı

Sadıq Şərifzadə 1912-ci il dekabr ayının 5-də Cənubi Azərbaycanda anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Dövlət Rəssamlıq texnikumunu bitirdikdən sonra, 1936-cı ildə Kiyev rəssamlıq institutuna daxil olur və burada o, məşhur Ukrayna rəssamları Volokdni, Traximenko və Qriqoryevin tələbəsi olur.

1939-cu ildə Şərifzadə öz xahişi ilə Surikov adına Moskva Rəssamlıq İnstitutuna köçürülür.

1940-cı ildə Şərifzadə institutun 5-ci kursundan Bakıya qayıdır və yaradıcılıq ilə məşğul olur.

S. Şərifzadə 1986-cı il yanvarın 2-də Bakıda vəfat etmişdir

Yaradıcılığı

1940-1958-ci illər ərəfəsində rəssam bir sıra tarixi və müasir mövzularda rəsm əsərləri yaradır. Şərifzadə "Üzüm yığımı", "Səttar xan Fədailərinin Təbrizi müdafiəsi", Sosialist Əməyi qəhrəmanı neftçi – Ağa Neymətullanın, Sovet İttifaqı qəhrəmanı Gəray Əsədovun, sərkərdə Babəkin, SSRİ Xalq artisti Mirzəağa Əliyevin portreti, "Göy-göl" mənzərəsi, "Dənizdə neft buruqları", "Xətib Təbrizi və Əbülüla Müərri" və bir sıra xalqın qaynar həyatını təbliğ edən əsərlər yaradır.

S. Şərifzadə respublikamızda təkçə boyakar rəssam kimi deyil, həm də istedadlı bir teatr rəssamı kimi tanınmışdır. O, hələ texnikuma girməmişdən əvvəl görkəmli teatr xadimləridən Abbas Mirzə Şərifzadə, Kazım Ziya, A. A. Tuqanov və başqaları ilə birlikdə işləmiş və onlardan teatr sənətinin incəliklərini öyrənmişdir. Şərifzadənin bədii tərtibtini verdiyi Abdulla Şaiqin "Fitnə", Süleyman Rüstəmin "Qaçaq Nəbi", "Qastello", Mehdi Hüseynin "Cavanşir", Lope de Veqanın "Sevilya ulduzu", İslam Səfərlinin "Göz həkimi", İ. Qurbakovun "Əcəb işə düşdük", İ. İbrahimovun "Kəndçi qızı" və b. tamaşaçılarda orijinal bir fikir yaradır.

Sərgi və uğurları

1958-ci ildə rəssam XVI əsrdə yaşamış böyük Azərbaycan şairi Məhəmməd Füzulinin obrazını yaradır və bu tabloya görə rəssam respublikanın II dərəcəli mükafatına layiq görülmüşdür.

1959-cu ildə Şərifzadə öz əsərlərini Moskvada keçirilmiş Azərbaycan Ədəbiyyat və İncəsənət ongünlüyündə nümayiş etdirmiş və elə həmin ilin 29 iyulunda ona Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Əməkdar İncəsənət xadimi adı verilmişdir.

Qalereya

  • Babəkin bədii portreti, 1944
    Babəkin bədii portreti, 1944

Həmçinin bax

  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 515.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sadıq Şərifzadə haqqında məlumat. Sadıq Şərifzadə nədir? Sadıq Şərifzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Surinam bayrağı

  • Fevral 27, 2026

    Bisau

  • Fevral 26, 2026

    Türkcə

  • Fevral 27, 2026

    Əhsən ət-təvarix

  • Fevral 27, 2026

    Acacia aneura

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst