Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsmayıl Qəhrəman oğlu Şıxlı (22 mart 1919, İkinci Şıxlı, Qazax qəzası – 26 iyul 1995, Bakı) — Azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ss

İsmayıl Şıxlı

  • Ana Səhifə
  • Vikipediya
  • İsmayıl Şıxlı

İsmayıl Qəhrəman oğlu Şıxlı (22 mart 1919, İkinci Şıxlı, Qazax qəzası – 26 iyul 1995, Bakı) — Azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1949), Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).

İsmayıl Şıxlı
Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi
23 may 1986 – 18 iyun 1987
ƏvvəlkiMirzə İbrahimov
SonrakıAnar
Şəxsi məlumatlar
Doğum adı İsmayıl Qəhrəman oğlu Şıxlinski
Doğum tarixi 22 mart 1919(1919-03-22)
Doğum yeri İkinci Şıxlı, Qazax qəzası, Gəncə quberniyası, Azərbaycan Xalq Cümhuriyyəti
Vəfat tarixi 26 iyul 1995(1995-07-26) (76 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Azərbaycan Xalq Cəbhəsi
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji İnstitutu (–1941),
  • Qazax Müəllimlər Seminariyası
Fəaliyyəti yazıçı, şair, pedaqoq
Uşaqları
  • Elçin Şıxlı,
  • Fərrux Şıxlinski
Hərbi xidmət
Döyüşlər
  • Böyük Vətən müharibəsi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru

Təltifləri "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı — 19841984 "Şərəf nişanı" ordeni1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni
"Şöhrət" ordeni

Mündəricat

Həyatı

İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax qəzasının İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1928-ci ildə Qazax qəzasının Kosalar kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikumunda oxumuşdur. Texnikumda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olmuşdur. Qazax Pedaqoji Texnikumunu bitirdikdən sonra 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuş və 1941-ci ildə ali təhsilini bitirmişdir.

İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belarusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946–1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968) kimi çalışmışdır. "Azərbaycan" jurnalında baş redaktor (1976–1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).

Ədəbi yaradıcılığı

İlk mətbuat əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

İctimai-siyasi fəaliyyəti

İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967–1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986–1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968–1970), Azərbaycan KP MK-nın (1986–1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir.

Mükafatları

Xidmətlərinə görə "Qızıl Ulduz" (1945), "Şərəf nişanı" (1971), "Qırmızı əmək bayrağı" (1979), II dərəcəli "Böyük Vətən müharibəsi" (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının "Şöhrət" ordenini almışdır (04.07.1994).

Ölümü

1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Xatirəsi

1997-ci ildə İsmayıl Şıxlının anadan olmasının 80 illiyinə Ziya Şıxlinski tərəfindən çəkilmiş "Azanfilm" istehsalı Ayrılan yollar adlı qısametrajlı sənədli film həsr olunmuşdur.

28 yanvar 2019-cu ildə Azərbaycan prezidenti İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.

Əsərləri

  • Şıxlı, İsmayıl. Yetər Aslanova. Bakı: Uşaqgəncnəşr. 1949. 36.
  • Şıxlı, İsmayıl. Kerç sularında (hekayələr). Bakı: Azərnəşr. 1950. 139.
  • Şıxlı, İsmayıl. Dağlar səslənir. Bakı: Uşaqgəncnəşr. 1951. 128.
  • Şıxlı, İsmayıl. Daşkəsən (oçerk). Bakı: Uşaqgəncnəşr. 1953. 44.
  • Şıxlı, İsmayıl. Ayrılan yollar. Bakı: Uşaqgəncnəşr. 1957. 260.
  • Şıxlı, İsmayıl. Dəli Kür (roman). Bakı: Gənclik. 1968. 448.
  • Şıxlı, İsmayıl. XVIII əsr xarici ədəbiyyat tarixi. şərikli. Bakı. 1970. 150.
  • Şıxlı, İsmayıl. Seçilmiş əsərlər (iki cilddə). I c. Bakı: Azərnəşr. 1971. 365.
  • Şıxlı, İsmayıl. Cəbhə yolları. Bakı: Gənclik. 1985. 188.
  • Şıxlı, İsmayıl. Yetər Aslanova. Bakı: Uşaqgəncnəşr. 1949. 36.
  • Şıxlı, İsmayıl. Kerç sularında (hekayələr). Bakı: Azərnəşr. 1950. 139.
  • Şıxlı, İsmayıl. Dağlar səslənir. Bakı: Uşaqgəncnəşr. 1951. 128.
  • Şıxlı, İsmayıl. Daşkəsən (oçerk). Bakı: Uşaqgəncnəşr. 1953. 44.
  • Şıxlı, İsmayıl. Ayrılan yollar. Bakı: Uşaqgəncnəşr. 1957. 260.
  • Şıxlı, İsmayıl. Dəli Kür (roman). Bakı: Gənclik. 1968. 448.
  • Şıxlı, İsmayıl. XVIII əsr xarici ədəbiyyat tarixi. şərikli. Bakı. 1970. 150.
  • Şıxlı, İsmayıl. Seçilmiş əsərlər (iki cilddə). I c. Bakı: Azərnəşr. 1971. 365.
  • Şıxlı, İsmayıl. Cəbhə yolları. Bakı: Gənclik. 1985. 188.
  • Şıxlı, İsmayıl. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr. 1986. 480.
  • Şıxlı, İsmayıl. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr. 1986. 477.
  • Şıxlı, İsmayıl. Daim axtarışda (məqalələr, publisist çıxışlar). Bakı: Yazıçı. 1988. 358.
  • Şıxlı, İsmayıl. Namərd gülləsi (hekayələr). Bakı: Yazıçı. 1991. 230.
  • Şıxlı, İsmayıl. Ölüləri qəbiristanda basdırın (nəsr, ədəbi tənqid, publisistika). Bakı: Gənclik. 1992. 270.
  • Şıxlı, İsmayıl. Ölən dünyam (roman). Bakı: Azərnəşr. 1995. 150.

Tərcümələri

(türkcə və ruscadan)

  • Şıxlı, İsmayıl. XIX əsr xarici ədəbiyyat tarixi. Bakı: Maarif. 1964. 654.
  • Şıxlı, İsmayıl. Mopassan Gi De. Hekayələr və novellalar. şərikli. Bakı: Yazıçı. 1980. 182.
  • Şıxlı, İsmayıl. Əziz Nesin. Futbol kralı. şərikli. Bakı: Gənclik. 1988. 333.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsmayıl Şıxlı haqqında məlumat. İsmayıl Şıxlı nədir? İsmayıl Şıxlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Behbəhan şəhristanı

  • Fevral 27, 2026

    Tyanşan

  • Fevral 24, 2026

    Şamaxı

  • Fevral 27, 2026

    Nəşriyyat işi

  • Fevral 23, 2026

    21 may

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst