Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

əl-Kafi ((ərəb. الكافي‎)) — H.Q. III-IV (M. IX-X) yüzilliyin şiə-cəfəri məzhəbinin məşhur hədis kitabı. Kitabın müəllifi Şeyx Kuleynidir.

Əl-Kafi

  • Ana Səhifə
  • Vikipediya
  • Əl-Kafi

əl-Kafi ((ərəb. الكافي‎)) — H.Q. III-IV (M. IX-X) yüzilliyin şiə-cəfəri məzhəbinin məşhur hədis kitabı. Kitabın müəllifi Şeyx Kuleynidir.

Əl-Kafi
ərəb. الكافي‎
Kitabın azərbaycancasının 1-ci cildinin ilk nəşrinin üz qabığı
Kitabın azərbaycancasının 1-ci cildinin ilk nəşrinin üz qabığı
Müəllif Şeyx Kuleyni
Janr İslam
Orijinalın dili Ərəbcə
Tərcüməçi Elgiz Tağızadə
Nəşriyyat Mübahilə
Nəşr 2
Cild 8
Səhifə 991
Tiraj 1000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Haqqında

İslam dünyasının məşhur alimlarindan olan Kuleyniyə dünya şöhrəti gətirən əsər – «əl-Kafi» hesab edilir. Məhz bu kitaba görə o, «Siqqətul-İslam» (İslamın etibarlı şəxsi) fəxri ləqəbini qazanmışdır. «Əl-Kafi» cəfəri məzhəbində ən əsas hədis mənbələri sayılan 4 kitabdan («kutubu'l-ərbəə») biridir.

«Əl-Kafi» şərti olaraq, 2 hissədən ibarətdir. «Usulul-Kafi» adlanan birinci hissə əqidə və əxlaq bəhslərini (üsuliddin), «Furuul-Kafi» adlanan ikinci hissə isə şəriət və əhkam mövzularını (füruuddin) əhatə edir. Kuleyni kitaba «Rəvzətul-Kafi» adlı daha bir cild də əlavə etmişdir ki, buraya əsasən, imamların xütbələri və kiçik risalələri daxildir. «Usulul-Kafi» 8 kitabdan ibarətdir. «Əl-Kafi»dəki hədislərin ümumi sayı 16 mindən artıqdır. Bu əsər dəqiq şəkildə bablar üzrə bölünmüş, demək olar ki, bütün mövzuları əhatə edən ilk şiə-cəfəri hədis məcmuəsi sayılır. Bu baxımdan, «Əl-Kafi» özündən əvvəlki hədis kitablarından (xüsusilə, 400 əsldən) köklü surətdə fərqlənir.

Tərkibi

Əl-Üsul min əl-Kafi

  • I Cild
  • «Ağıl və cəhalət»
  • «Elmin fəziləti»
  • «Tövhid»
  • «Höccət»
  • II Cild
  • «İman və küfr»
  • «Dua»
  • «Quranın fəziləti»
  • «Muaşirət»

Əl-Füru min əl-Kafi

  • III Cild
  • «Təharət»
  • «Heyz»
  • «Cənazələr»
  • «Namaz»
  • «Zəkat»
  • IV Cild
  • «Oruc»
  • «Həcc»
  • V Cild
  • «Cihad»
  • «Məişət»
  • «Nikah»
  • VI Cild
  • «Akika»
  • «Talaq»
  • «Azadlıq və Tədbir və Yazı»
  • «Balıqçılıq»
  • «Karkaslar»

...

Ravilər

Kuleyni hədisləri Əhli Beyt İmamları ilə görüşmüş hədis ricalından və mühəddislərindən rəvayət etmişdir. Dövrün məşhur ustadları rəvayət etdikləri hədisləri ona oxuyur, ondan hədis rəvayət edir və dinləyərək, icazəsini alaraq onun təlimindən keçirdilər.

Onun ilk qurşaq raviləri bunlardır :

  1. ən-Nəcaşi
  2. əs-Səduq
  3. İbn Qavləveyhi
  4. əl-Mürtəza
  5. əl-Müfid
  6. ət-Tusi
  7. ət-Təlaqbəri
  8. əz-Zurari
  9. İbn Əbu Rafi

Əsərin özəllikləri

Əsərin önəmini artıran bir çox ayrıcalıqlı özəlliyi vardır. Ən önəmlisi odur ki, bu əsərin müəllifi, Cəfəri şiələrinin on ikinci və sonuncu imamı Mehdinin nümayəndələrinin (naiblərinin) zamanında həyatda idi. Seyid İbn Tavus belə deyir :

Məhəmməd ibn Yəqubun təsnifləri və vəkillər zamanındakı rəvayətləri, vəkillər tərəfinfən onun nəql etdiklərinin təhqiqinə imkan verirdi.

Çox azı müstəsna, "əl-Kafi"-də mövcud olan hədislərin müəllif ilə məsum imam arasındakı bütün ravi zənciri əskiksiz olaraq zikr edilir. Bəzən rəvayət zəncirinin başı həzf edilə bilir. Bunun səbəbi, müəllifin heç bir əlaqələndirici olmadan birbaşa rəvayətin qaynağında nəql edə bilməsi ola bilər. Ya da qısa bir vaxt öncədən zikr etdiyi rəvayətlə əlaqələndirmiş olması da olabilər. Dolayısı ilə rəvayət zəncirinin giriş qismi yer almayan hədisin rəvayət zənciri, tam nəqlolunan əvvəlki hədis hökmündədir, demək istəmişdir.

Şərhlər

«Əl-Kafi»yə bir çox şərhlər yazılmışdır. Onlardan bəziləri :

  • Şərhu Məhəmməd Əmin əl-Astrabadi əl-Əxbari
  • M. B. Damad, "ər-Rəvaşih əs-Səmaviyyəh fi Şərhi'l Əhadisi'l-İmamiyyə"
  • Şərhu Molla Sədra Şirazi
  • Şərhu Molla Məhəmməd Salih əl-Mazandarani
  • Mirzə Rafiuddin Məhəmməd ən-Nəimi, “Kitabul-İntisar fi Sihhatil-Kəfi”
  • Şeyx Xəlil ibn Qazi əl-Qəzvini, "əş-Şafi"
  • Qasım ibn Məhəmməd ibn Cavad ibn Vəndi, "Camiu'l Əhadis və'l-Əqval"
  • Əli ibn Məhəmməd əl-Amuli, "Durru'l Mənzum min Kəlami'l Məsum"
  • Əllamə Məclisi, "Miratu'l Uqul fi Şərhi Əxbari Ali'r Rəsul"
  • Molla Möhsün Feyz əl-Kaşani, "əl-Vafi"
  • Məhəmməd ibn Məhəmməd əl-İstahbanati əş Şirazi, "Kəşfu'l Kafi"
  • Məhəmməd ibn Abduali əl-Kutayfi, "Xudə'l Uqul fi Şərhi Əhadisi'l Usul"

Hədis kateqoriyaları

Kitaba ən məşhur şərhlərdən biri olan "Miratul-Uqul"un müəllifi Əllamə Məclisi sözügedən kitabında hədisləri 5 kateqoriyaya ayırmışdır:

  1. Səhih : 5 072
  2. Həsən : 144
  3. Müvəssəq : 178
  4. Qavi : 302
  5. Zəif : 9484

Nəşrləri

Usul-u Kafi, cilt 1, "Darul Hikem"

Kitab ərəb dilində bir neçə dəfə nəşr olunub

Kitabın 1 (I) cildi Azərbaycan dilinə tərcümə olunub və nəşr olunub:

  • Əllamə Kuleyni, Usuli-Kafi 1-ci cild, mütərcim: Elgiz Tağızadə, "Mübahilə", 2005, 991 səh.
  • Şeyx Kuleyni, Ravzatul-kafi (Peyğəmbər (s) və Əhli-Beytdən (ə) nəql olunmuş hədislər). Tərc. : İsrafil Məmmədli. Bakı, "Nurlar", 2019, 456 səh.

Kitabın 2 (I və II) cildi türk dilinə tərcümə olunub və nəşr olunub:

  • Kuleyni, Usul-u Kafi, mütercim: Vahdettin İnce, Darul Hikem, 994 sayfa.
  • Kuleyni, Usul-u Kafi, mütercim: Vahdettin İnce, Darul Hikem, 1093 sayfa.

Əsər haqqında deyilmiş təriflər

İmam Mehdi: Şiəmiz üçün yetərlidir.

"əl-Kafi" şiə kitablarının ən üstünü və ən faydalısıdır.

Hədis sahəsində İmamiyyə məzhəbi "əl-Kafi"-nin bir oxşarını yaza bilməmişdir.

"əl-Kafi" hədis sahəsində qələmə alınmış əsərlərin ən üstünüdür, ... Çünki təməl prinsiplərinin ən açıq olanlarını təşkil etməkdədir."

Molla Möhsün Feyz əl-Kaşani: əl-Kafi, şiə kitablarının ən şərəflisi və ən səhihidir.

Dörd kitab arasında “Kafi”, ulduzlar arasında günəş kimidir. Əgər insaflı adam onu dərindən araşdırsa, oradakı əhəd sənədlərinin vəziyyətini araşdırmaqdan əl çəkər. Yalnız etibar əldə edər, onun düzgünlüyü və sübutu barədə həmin şəxsdə arxayınlıq əmələ gələr”

Həmçinin bax

Vikimənbədə ar:الكافي ilə əlaqəli mətnlər var.
  • Dörd kitab
  • Şeyx Kuleyni
  • Şiə kitablarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əl-Kafi haqqında məlumat. Əl-Kafi nədir? Əl-Kafi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Euphorbiaceae

  • Fevral 27, 2026

    Suyab

  • Fevral 27, 2026

    Bonn Universiteti

  • Fevral 28, 2026

    Jak-İv Kusto

  • Fevral 27, 2026

    Məngü Timur

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst