Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əvəz Sadıq (Əsl adı: Əbülfəz Əli oğlu Sadıqov; 1898, Ordubad, Naxçıvan qəzası – 27 avqust 1956, Bakı) — nasir, publisist jurnalist, tərcüməçi, 1938-ci ildən Azə

Əvəz Sadıq

  • Ana Səhifə
  • Vikipediya
  • Əvəz Sadıq

Əvəz Sadıq (Əsl adı: Əbülfəz Əli oğlu Sadıqov; 1898, Ordubad, Naxçıvan qəzası – 27 avqust 1956, Bakı) — nasir, publisist jurnalist, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Əvəz Sadıq
Əbülfəz Əli oğlu Sadıqov
Təxəllüsü Əvəz Sadıq
Doğum tarixi 1898(1898)
Doğum yeri
  • Ordubad, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 27 avqust 1956(1956-08-27) (57–58 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti jurnalist, nasir, redaktor, tərcüməçi
Janr oçerk

Mündəricat

Həyatı

Əvəz Sadıq 1898-ci ildə Azərbaycanda Naxçıvanın Ordubad şəhərində anadan olmuşdur. 7 yaşında mədrəsədə, sonra Ordubad ali-ibtidai məktəbində təhsil almışdır. 1920-ci ildə yeni təşkil olunmuş məktəblərdə müəllimlik fəaliyyətinə başlamışdır. Birinci dərəcəli Ordubad məktəbində bir il işlədikdən sonra ordu sıralarına çağırılmış, 1921-1923-cü illərdə orada hərbi məktəbdə müəllimlik edib. Ordudan qayıtdıqdan sonra Ordubad qəza komsomol komitəsinə katib seçilmiş, Bakıda I Qafqaz komsomol qurultayında nümayəndə kimi iştirak etmişdir. 1924-1925-ci illərdə maarif işçiləri həmkarlar ittifaqının rayon komitəsinin sədri, şəhər teatrı klubunda müdir işləmişdir. Naxçıvan partiya-sovet məktəbində müəllimlik edən jurnalist eyni zamanda 1917-1931-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunda təhsilini artırmışdı.

Fəaliyyəti

Ədəbi fəaliyyətə 1920-ci illərdən başlayan Əvəz Sadıqöz məqalə və xəbərlərini "Kommunist", "Yeni fikir", "Şərq qapısı" və digər qəzetlərdə çap etdirirdi. 1925-1927-ci ildə "Şərq qapısı" qəzetinin redaktoru, 1927-1933-ci ilədək "İnqilab və mədəniyyət"(indiki "Azərbaycan") jurnalında məsul katib, "Kommunist" qəzeti, "Şərq qadını" jurnalı rekdasiyasında, 1934-38-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyatın tərcüməçisi və redaktoru kimi çalışıb. 1952-1956-ci illərdə "Molla Nəsrəddin"in xələfi "Kirpi" jurnalının redaktoru olmuşdur. İlk yazıları "Kommunist", "Yeni fikir", "Şərq qapısı" və s. qəzetlərdə dərc olunmuşdur. "Xatirələr" (1933), "Yeni gün" (1938), "Bizim adamlar" (1951), "Sabahı yaradanlar" (1953) adlı oçerk və hekayə kitablarının, "Mingəçevir" (1951) romanının müəllifidir. 1955-ci ildə "Nadürüstov və başqaları" toplusu adlı satirik əsərini yazmışdır. Tədqiqatlarda C. Məmmədquluzadənin "Ölülər", "Usta Zeynal", "Anamın kitabı" əsərlərinin Təbriz teatr səhnəsində oynadığı mühüm rol yüksək qiymətləndirilir. İkinci Dünya müharibəsi başlayandan sonra 1944-cü ilədək Zaqafqaziya cəbhəsi siyasi idarəsində Tiflisdə təlimatçı-ədəbiyyatçı, 1994-cü ilədək isə "Vətən yolunda" cəbhə qəzetinin xüsusi müxbiri olub. Eyni zamanda Təbrizdə olarkən teatra rəhbərlik etmişdir. Ordudan tərxis olunduqdan sonra Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri, eyni zamanda 1946-1951-ci illər (indiki "Azərbaycan") jurnalında məsul katib olub. 1951-52-ci illər Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi olmuş Əvəz Sadıq həmçinin fəal yaradıcılıqla məşğul olmuş, özü bədii əsərlər yazmaqla yanaşı, L.N.Tolstoy, M.Y.Lermontov, Lope de Veqa, Esxil, Sofokl və digər sənətkarların əsərlərini tərcümə etmişdir. Xidmətlərinə görə bir çox medallara layiq görülmüşdü.

Əsərləri

  • "Xatirələr" (1933)
  • "Yeni gün" (hekayə və oçerklər, 1938)
  • "Aşığın dedikləri" (1938)
  • "Tələ" (felyeton, 1942)
  • "Qərənfil" (hekayə və oçerklər, 1945)
  • "Bəsti" (1947)
  • "Qəhrəmanlar" (oçerk, 1948)
  • "Sabahı yaradanlar" (1949)
  • "Zərqələm" (1950)
  • "Mingəçevir" (roman, 1951)
  • "Bizim adamlar" (1951)
  • "Sabahı yaradanlar" (1953)
  • "Nadürüstov və başqaları" (1955)
  • "Seçilmiş əsərləri" (1958)
  • "Seçilmiş əsərləri" (1971)

Tərcümələri (ruscadan)

  • Zolya. Jerminal (1937)
  • S.Babayevski, Qızıl ulduzlu qəhrəman (1950)

Vəfatı

1956-cı ildə avqustun 27-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Xatirəsi

  • Naxçıvanda adına məktəb və küçə adı verilmişdir.

Həmçinin bax

  • Əvəz Sadıq küçəsi (Naxçıvan)
  • Balaş Azəroğlu

Ədəbiyyat

  • Əhmədov, Teymur. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) (az.). Bakı: Nurlar NPM. 2011. səh. 1056. ISBN 9789952460063.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əvəz Sadıq haqqında məlumat. Əvəz Sadıq nədir? Əvəz Sadıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Münəvvər Məmmədquluzadə

  • Fevral 25, 2026

    Chief Keef

  • Fevral 24, 2026

    Portlend (Oreqon)

  • Fevral 21, 2026

    Şimali İrlandiya

  • Fevral 24, 2026

    Əsginas

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst