Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həsən Əli oğlu Haqverdiyev (9 iyun 1917, Mamağan – 1986, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü.

Həsən Haqverdiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Həsən Haqverdiyev

Həsən Əli oğlu Haqverdiyev (9 iyun 1917, Mamağan – 1986, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü.

Həsən Haqverdiyev
Həsən Əli oğlu Haqverdiyev
Doğum tarixi 9 iyun 1917(1917-06-09)
Doğum yeri
  • Mamağan
Vəfat tarixi 1986(1986) (68–69 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Həyat yoldaşı
  • Güllü Mustafayeva
Uşaqları
  • Əli Haqverdiyev,
  • Zemfira Qafarova,
  • Hüseyn Haqverdiyev,
  • Ucal Haqverdiyev
Fəaliyyəti rəssam
Üzvlüyü
  • Azərbaycan Rəssamlar İttifaqı,
  • SSRİ Rəssamlar İttifaqı

Həyatı

Həsən Əli oğlu Haqverdiyev 1917-ci ildə Cənubi Azərbaycanın Mamağan şəhərində anadan omuşdur. O, 1931-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuşdur. Həsən Haqverdiyev 1933-cü ildə öz məktəb yoldaşları T. Tağıyev, K. Xanlarov və başqaları ilə birlikdə ilk dəfə Azərbaycan rəssamlarının Respublika sərgisində iştirak etmişdir. O, Respublika rəssamlıq sərgisində "Gitara çalan oğlan", "Qoca portreti" , "İçərişəhər motivləri" adlı etüdlərini nümayiş etdirmişdir. Həsən Haqverdiyev "Balaca çoban"(1959), "Çoban qız" (1964), "Dağ yolu", "Yaylaqda" (1965) kimi tablo və mənzərələrin müəllifi olmuşdur. Rəssamın sülh mövzusunda işlədiyi əsərlərindən "Sülh üçün" (1965) tablosunu qeyd etmək olar. Rəssam Azərbaycan qadınına həsr etdiyi "Oyanma" (1970) tablosunu və uşaq aləmi, psixologiyası ilə bağlı "Balaca rəssam" (1966), "İlk söz" (1970) kimi tablolarının müəllifidir. Rəssamın rəsmlərinə "A. S. Puşkinin A. S. Qriboyedovun cənazəsi ilə qarşılaşması" (1937), "Əzim Əzimzadənin portreti" (1939), "Zemfiranın portreti", "Xanların dəfni" (1960), "Füzuli oğlunun şerini dinləyərkən" (1958), "Rəssamlarımız yaradıcılıq növbəsində" (1959) kimi əsərləri daxildir.

Həsən Haqverdiyev qrafika sahəsində də fəaliyyət göstərmişdir. O, 1959-cu ildə çəkdiyi "Ölkəyə 600 min ton pambıq verək" adlı plakatına görə Kiyevdə keçirilən Ümumittifaq siyası plakat sərgisində üçüncü dərəcəli diplomla mükafatlanmışdır. Rəssamı "Kuba deyir: Vətən ya ölüm!" (1961), "Sülh dostluq" (1962), "Qoy daim günəş olsun" (1964), "Amerika zindanlarında" (1971) və s. kimi plakatların müəllifidir. Həsən Haqverdiyevin tablolarından "1920-ci ilin baharı" (1970) qrafika üçün səciyyəvi olan kontur və cizgilərlə işlənmişdir. O, "Azərbaycan", "Ulduz", "Təşviqatçı", "Azərbaycan qadını", "Pioner" və "Göyərçin" jurnallarının bədii tərtibində yaxından iştirak etmişdir. Həsən Haqverdiyev Azərbaycan qrafikasında dostluq şarjı janrının əsas nümayəndələrindən olmuşdur. Rəssamın yaratdığı portretlər qalereyasına Qara Qarayev, M. İbrahimov, Niyazi, S. Rüstəm, F. Əbdürrəhmanov, M. Abdullayev, T. Salahov, S. Bəhlulzadənin obrazları daxildir.

Həsən Haqverdiyevin yaradıcılığına teatr-dekorativ sənəti xüsusi yer tutmuşdur. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan bir neçə əsərin bədii tərtibatını vermişdir. Rəssam "Yevgeni Onegin" və "Qaratoxmaq qız" operaları, C. Məmmədovun "Dan ulduzu" pyesi üçün çəkilmiş dekor eskizlərin müəllifidir. Rəssam K. Qoldoninin "İki ağanın bir nökəri" komediyasına, M. Təhmasibin "Rübailər aləmində" tarixi romantik dramına bədii tərtibatını vermişdir. Həsən Haqverdiyevin fərdi yaradıcılıq sərgisi 1967-ci ilin may ayında Bakıda Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda keçirilmişdir.

Həmçinin bax

  • Ucal Haqverdiyev
  • Hüseyn Haqverdiyev
  • Əli Haqverdiyev
  • Zemfira Qafarova

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həsən Haqverdiyev haqqında məlumat. Həsən Haqverdiyev nədir? Həsən Haqverdiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gərgər

  • Fevral 25, 2026

    Lidiya

  • Fevral 27, 2026

    Aleksandr Qorçakov

  • Fevral 27, 2026

    Merke

  • Fevral 27, 2026

    Yaxta

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst