Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Muğan mahalı — tarixi-coğrafi və inzibati ərazilərdən biri, 13-15-ci əsrlərdə Muğan tüməni, 1900-1921-ci illərdə Cavad prefekturası, 1921-1930-cu illərdə Petrop

Muğan mahalı

  • Ana Səhifə
  • Vikipediya
  • Muğan mahalı

Muğan mahalı — tarixi-coğrafi və inzibati ərazilərdən biri, 13-15-ci əsrlərdə Muğan tüməni, 1900-1921-ci illərdə Cavad prefekturası, 1921-1930-cu illərdə Petropavlovka dairəsi kimi adlanıb.

Mahal
Muğan mahalı
1136—1930

Şirvan sərhədləri yaxınlığında ticarət kəsişməsi. Kür çayı və Araz çaylarının birləşməsi. Cavad və Qalaqayın.

1714-cü il.
Ölkə
  • Eldənizlər
  •  Elxanilər dövləti
  • قاراقویونلولار
  •  Ağqoyunlu dövləti
  •  صفوی‌لر
  •  Əfşarlar sülaləsi
  •  Rusiya imperiyası
  •  AXC
  •  SSRİ
Daxildir

Ərdəbil əyaləti
Qaraqoyunlu dövləti
Ağqoyunlu dövləti
Təbriz bəylərbəyliyi
Azərbaycan bəylərbəyliyi

Cavad xanlığı
Şirvan xanlığı
Şirvan əyaləti
Gürcüstan quberniyası
Lənkəran qəzası
Kaspi vilayəti
Şamaxı quberniyası
Bakı quberniyası

  • Cavad qəzası
    Bakı quberniyası
  • Muğan dairəsi
İnzibati mərkəz Qalaqayın
Naiblər Səfiqulu xan
Qiyas xan
Həsən xan
İbrahim xan
Səfi xan
Məhəmmədsalah хan
Mustafa bəy
Tarixi və coğrafiyası
Yaradılıb 1136
Ləğv edilib 1930
Sahəsi 2479 km²
Əhalisi
Əhalisi 55001831-ci il
245191912-ci il nəfər
Muğan mahalı qonşu xanlıqlar və mahallarla. 18-ci əsrin sonu
Muğan mahalı qonşu xanlıqlar və mahallarla. 18-ci əsrin sonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Eyniadlı düzlükdə yerləşən tarixi ərazidən adını götürüb. Şimalda Şirvan tarixi ərazisi, qərbdə Qarabağ, şərqdə Xəzər dənizi, cənubda Talış dağları ilə sərhəddir. Tarixi Azərbaycanın bir hissədir, Türkmənçay müqaviləsinə görə hal-hazırda bir hissəsi müasir Azərbaycan, bir hissəsi müasir İran ərazisinə (İran Azərbaycanı) düşür.

Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb.

Xilafət dövrü

Azərbaycanın və qonşu ölkələrin tarixinə aid salnamələrin demək olar ki, çoxunu qələmə alan, dünya tarixi haqqında on iki cildlik böyük bir külliyatın müəllifi məşhur ərəb tarixçisi və salnaməçi İzzədin Əbülhəsən Əli ibn Əbülkərim Məhəmməd ibn Əbülkərim ibn Əbdül Vahid əş-Şeybani bu bölgənin işğalı haqqında özünün "Əl-kamil-fi-t-tarix" əsərində belə yazır: "Muğanın fəthi hicrətin iyirmi birinci ilində olub. Bukeyr ibn Abdulla Muğan əhliylə döyüşüb onları məğlub edib dağıtdı, lakin sonra muğanlılar qayıtdılar və hər yaşa dolmuşdan bir dinar verməklə cizyəni qəbul etdilər". Bu hadisə miladi tarixi ilə 642-ci ildə baş verib.

Türk-monqol tayfalarının köçü

Hələ monqol istilasından əvvəl türkmənlər (Azərbaycan türkləri) Arran və Muğanda “qarışqalar kimi qaynaşırdılar”. Erkən dövr ərəb coğrafiyaşünasları tərəfindən hələ də şəhər adı kimi tanınan Muğan XIII əsrin əvvəllərində Yaqut Həməviyə görə kəndlərin otlaqla qoşalaşdığı və yalnız türkmənlərin məskunlaşdığı bir bölgə idi. XIII əsrin ikinci yarısında Həmdullah Qəzvininin fikrincə Muğan türkman köçəriləri tərəfindən qışlaq kimi istifadə edilirdi.

Hələ monqollardan əvvəl bir neçə türk və monqol tayfalarının yaşadığı Muğan düzünə Elxani hökmdarı Qazan xan dövründə bir sıra türk və monqol tayfaları köçürülmüşdür. Bu tayfalardan qalanlara alman səyyahı Adam Oleari XVII əsrdə rast gəlmişdir. Muğanın Salyan şəhəri monqol dilində "Dalan-Navur" adlandırılırdı.

Bayandurlar tayfasına daxil olan Mosullu oymağının bir hissəsi Muğanda və Qarabağda məskunlaşmışdı. Şahsevənlərin qolu olan Muğanlı tayfası XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşdur. 1759-cu ildə Qubalı Fətəli xanın Salyanı işğal etməsindən sonra Muğan düzündəki şahsevənlərin bir qismi Quba xanlığında yerləşdirilmişdir.

Ərəb coğrafiyaşünası və səyyahı Əl-Məsudi Muğaniyyə haqqında belə məlumat verir: "Bura Qəbələ ilə qonşu olan Muğan ölkəsidir. Bu ölkə Muğaniyyə adlandırılmışdır və Xəzər dənizi sahilindəki ölkə deyildir. Muğaniyyə Kür çayından şimalda Girdimançay və Göyçay çaylarının aşağı axarı boyunca uzanır. O biri Muğan şəhəri olan Xəzər dənizinin sahilində yerləşən ölkədir.

Xanlıq dövründə mahal indiki Sabirabad və Saatlı rayonlarının ərazisində mövcud olmuşdur.

Mahalın naibi Həsən xan, sonra əmisi oğlu Mustafa bəy olub.

Bu tarixi-coğrafi ərazini Petropavlovka dairəsi əvəz etmişdir. 1921-1930-cu illər arası Petropavlovka dairəsi adlandırılmışdır.

Əhalisi

Tarixin bir az dərin qatlarına nəzər salsaq, onda görərik ki, V-VII əsrlərdən X əsrə qədər Muğan düzündə sıx oturaq əhali yaşamış və bu düzənliklərdə çoxlu suvarma kanalları qazılmış, böyük əkin sahələri və zəngin bağlar salınmışdı. Xanlıq dövründə isə Muğanda yerləşən yaşayış məskənləri bərbad vəziyyətdə idi. XVI-XVII əsrlərdə baş vermiş Osmanlı-Səfəvi müharibələri Muğan düzündə əkinçilik mədəniyyətinin dirçəlməsinə imkan vermirdi və Muğançöldən daha çox qışlaq yeri kimi istifadə olunurdu. Muğan düzünün böyük bir hissəsinə sahib olan Cavad xanlığı - Ərdəbil, Qaradağ, Gilan xanlıqları ərazisindən - Muğançöldə qışlamaq üçün axışan Şahsevən tayfaları qarşısında aciz idi. Tarixi məxəzlərdə Cavad xanlığını idarə etmiş iki xanın - Həsən xanın və Səfi xanın adı saxlanılmışdır. 1780-ci ildə Bakıda olmuş konsul Tumanovski Cavadlı Həsən xanın Kür və Araz çayları arasında olan əraziləri idarə etdiyini və Fətəli xandan asılı olduğunu təsdiq edir. Həmin dövrdə Cavad xanı Muğanı da idarə edirdi. Bumaşevin 1786-cı ilə dair tarixi məlumatında Muğançöldə yaşayan əhali haqqında qeydlər vardır. O, yazırdı ki, burada Həsən xanın başçılığı altında 1500 ailədən ibarət köçərilik edən tərəkəmə elləri yaşayır.

Şahsevən tayfasına aid qızlar.
Şahsevən qızı.

Onların özünəməxsus dili var və məhəmmədi dininə inanırlar. Həsən xan Fətəli xandan asılıdır. Mənbələr Cavad xanlığı əhalisinin dilini tatarca, qarışıq türk dili kimi göstərir. Beləliklə, XVIII əsrin 80-ci illərində Muğan xanlığında (Cavad xanlığı) azəri türkcəsində danışan 1500 ailənin hər birini orta hesabla 6 nəfər götürsək, onda bu erazidə 8000 nəfər əhali yaşadığı məlum olar. Rus hərb tarixçisi P.Butkov isə 1796-cı ilə dair məlumatlarında yazırdı ki, indi - 1796-cı ildə Cavad bölgəsində əksəriyyəti tərəkəmələrdən ibarət olan 470 ailə və ya 1410 nəfərdən ibarət kişi cinsli əhali yaşayır. Buranı Cavad qəsəbəsində əyləşən Səfi xan idarə edir. Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığı Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir. XVIII əsrin 80-ci illərində Cavadda əyləşən Səfi xan idarə edir. Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığın Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir. XVIII əsrin 80-ci illərində Azərbaycan xanlıqlarında əhalinin siyahıya alınması keçirilmədiyindən polkovnik Bumaşevin Muğan əhalisinin ümumi sayı haqqındakı məlumatları elmi baxımdan şübhə doğurmaya bilməz. Belə ki, Bumaşev digər Azərbaycan xanlıqlarında (Dərbənd, Şəki) yaşayan xristian əhalinin sayımı xeyli şişirdir və onun tarixi qeydləri digər statistik qaynaqlarla təsdiqlənmir. Beləliklə, yuxarıdakı rəqəmlər öyrənilən dövrün tarixi reallığım tam əks etdirmir, çünki qışda maldarlığın inkişafı üçün təbii otlaqlarla zəngin olan Muğan düzənliyinin və Cavad bölgəsinin əhalisi gəlmə əhali hesabına xeyli çoxalırdı. XIX əsrə dair tarixi qaynaqlann birində Şirvan əyalətinin tarixi coğrafiyası ilə bağlı qeydlərdə Muğançölün əhalisi haqqında ötəri məlumat verilir. Bu əyalətin əhalisinin sayı ciddi dəyişikliyə məruz qalmışdır. Deyilənlərə görə, təkcə Muğan düzü 40000-ə qədər ailənin məskunlaşdığı yer olmuşdur.

Şahsevənlər.

Doğrudan da Cavad bölgəsi, həmçinin Muğançöl Rusiya işğalına qədər Araz çayının (o taylı - bu taylı) həm şimalında, həm də cənubunda yerləşən Azərbaycan xanlıqlarının tərəkəmə əhalisinin təbii qışlaq yeri olmuşdur. Rusiya işğalından sonra isə bu ənənə pozulmuşdur. XVIII əsrdə Cavad xanlığında da əhalinin sayımı keçirilmədiyindən buraya gələn və gedən əhalinin miqdarındakı fərqi müəyyən etmək mümkün deyildir. Lakin, buna baxmayaraq, mənbələr Cavad xanlığında yerləşən kəndlərin əhalisinin tarixi-demoqrafik durumu haqqında müəyyən məlumat verməkdədir. Muğan bölgəsi əhalisinin tərkibinə mənfi təsir göstərmiş amillərə nəzər yetirək. Hələ Cavad xanlığı yaran mamışdan xeyli qabaq buranın əhalisi müəyyən demoqrafik dəyişikliyə məruz qalmışdı. Rusiya çarı və Səfəvi şahı II Təhmasib arasında 1723-cü il Osmanlı Portası ilə 1724-cü il müqavilə traktatlarına görə Cavad üç ölkənin sərhəd məntəqəsinə düşüb. 1724-cü il 24 iyun Osmanlı Türkiyəsi ilə Rusiya arasındakı İstanbul müqaviləsinə əsasən Azərbaycan torpaqları iki yerə parçalanmış Türkiyə və Rusiyaya keçən torpaqlar arasında üç sərhəd ayırıcı qoyulurdu. Üçüncü mərəz Kür ilə Arazın kəsişdiyi Suqovuşan adlı yerə düşürdü. Əlbəttə, belə bir siyasi şəraitdə yerli əhalinin əvvəlki yaşayış yerlərinə qayıtması qeyri-mümkün idi. Göstərilən bölgədə sərhədçilər yerləşdirilirdi. Şəhərin dağıdılmasını digər qaynaqlar da təsdiq edir. Osmanlı Türkiyəsi, Səfəvi dövləti və Rusiya dövlətlərinin sərhədləri Cavadda kəsişirdi. Bölgüyə görə Cavad Rusiyanın payına düşürdü. Beləliklə, hələ Azərbaycan xanlıqlar yaranmamışdan xeyli qabaq Muğan və Cavad əhalisi ciddi demoqrafik dəyişikliyə məruz qalmışdılar. Muğan düzündə və Cavad şəhərində yaşayan əhalinin demoqrafik vəziyyətinə əsaslı təsir göstərmiş tarixi hadisələrdən biri də Gilan xanı Hidayət xanın 1778-ci ildə bu bölgəyə hücumu ilə bağlıdır. Tarixi ədəbiyyatdan bəllidir ki, dinc yolla Quba xanlığına birləşdirilən Cavad xanlığının xanı Həsən xan tezliklə Fətəli xanın ən yaxın adamlarından birinə çevrilir. Cavad xanı Fətəli xanın ən inanılmış adamlarından biri olub, onun gizli məşvərətlərində iştirak edirdi. İstər yerləşməsi, istərsə də hərbi-strateji baxımdan əhəmiyyətli olan Muğanın xanlığa qatılması sonuncunun getdikcə güclənməsi demək idi. Qubalı Fətəli xanın dövlətçilik mənafeyini üstün tutaraq böyük dövlətlər (Rusiya, Qacarlar, Osmanlı) arasında diplomatik manevr siyasətini Quba xanlığının rəqibləri qəbul etmirdi. Fətəli xanın Muğan düzənliyini və Cavad xanlığını öz torpaqlanna birləşdirməsi bir sıra Cənubi Azərbaycan xanlıqlarının marağına əks idi. Belə ki, yuxarıda göstərilən xanlıqların əhalisinin köçmə maldarlıqla məşğul olan tərəkəmə hissəsinin ənənəvi qışlaq yeri olan Muğançölün böyük bir hissəsinin Fətəli xanın nəzarəti altına düşməsi, eyni zamanda Ərdəbildən və Muğandan şahsevənlərin müəyyən qisminin Quba xanlığına köçürülməsi Gilan, Ərdəbil,Qaradağ və digər xanlıqların mənafeyinə uyğun gəlmirdi.

Fətəli xanın ölümündən sonrakı dövrdə (XVIII əsrin 90-cı illərində) keçmiş Muğan mahalının ərazisi əvvəlcə Qarabağ xanlığının, 1795-ci ildən sonra isə Şamaxı xanlığının tərkibinə qatılır.

Cavad (Dschawat) və Qalaqayın (Kalagail).1804-cü il.

1821-ci ildə 1 istehkam-qala (Qalaqayın) və 44 obada (onların bir hissəsinin adı məlumdur: Bildik, Ulucalı-Xəlfəli, Məmişli, Kürkəndi, Cəngən, Birinci Rəncbərlər, Müridlər, İkinci Rəncbərlər, Qarağlı, Minbaşı, Molla Vaizli, Dəymədağıldı, Əli Sultanlı, Şahatlı, Quştan, Məlday, Mustafabəyli, Haşımxanlı, Potular) 500 ailə yaşayırdı.

Muğan mahalı bəylərinin siyahısı (1820-ci il)

1-2Məmməd Rza bəyMəlik bəy
3-4Məhəmməd Əli bəyAbdulla bəy
5-6Yolçu bəySəfi Mirzə bəy
7-8Əhməd bəyMolla Abdulla
9-10Cəmşid bəyMəhəmməd Hüseyn bəy
11-12Ağa bəyƏsədulla bəy
13-14Məhəmməd Xəlif bəyŞahmurad bəy
15-16Kəlbəlai bəyAbdulla Hüseyn bəy
17-18MəlikMəmməd bəyƏli xan
19-20Əhməd Əli bəyƏli bəy
21-22Talib bəyŞərif bəy
23-24Məmməd Əli bəyHüseyn bəy
25-26Cəfər bəyMəşədi Həsən Əli bəy
27-28Əhməd bəyMehmed bəy
29-30Qaynaqdan oxunmurCosuz bəy
31-32Əli Məmməd bəyPotu bəy
33-34Əli Mirzə bəyAxund Qasım bəy
35-36Ağa Rəhim bəySeyid Qasım bəy
37-38Allahverdi bəyİbrahim bəy

Qeyd: Cədvəl general Mədətov tərəfindən 1820-cü ildə həyata keçirilmiş Şirvan əyalətinin təsviri əsasında tərtib olunub.

Muğan mahalı əhalisinin kəndlər üzrə yerləşməsi

Sıra sayıKəndlərHəyətlərin sayı Kişi cinsli əhali (nəfərlə)
1Bəylik3179
2mənbədən oxunulmur1339
3Məmişli2361
4Kürkəndi1347
5Çəngən1329
6Rəncbər-11646
7mənbədən oxunulmur23
8Rəncbər-21329
9Qırağlı2446
10Minbaşılı1852
11Potubəyli2867
12Molla-Vaizli2490
13mənbədən oxunulmur3179
14Əli-Sultanlı2458
15Saatlı2867
16Quzman2465
17Molday2766
18Mustafabəyli2060
19QALAQAYIN96233
Cəmi194681216

Qeyd: Cədvəl Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş 1831-ci ildə Şirvan əyaləti əhalisinin kameral təsviri əsasında tərtib olunub.

Yeni şahsevən köçünün dalğası

On doqquzuncu əsrin altmışıncı-yetmişinci illərinə müraciət etsək görərik ki, ən xırda istisna olmaqla, bütün yaşayış məntəqələri çay kənarında yerləşirdi. Kür, Araz, Akkuşa və Bolqarçay çayları, lakin həm Muğanın daxili hissəsində, həm də Salyan çölündə bir dənə də olsun və ya demək olar ki, daimi yaşayış yeri yox idi. Lakin o dövrlərdə müvəqqəti, sırf köçəri yaşayış məskənləri var idi və onlar Muğan çölünə qış otlağına gələn və yayda mal-qaraları ilə Savalana gedən Persia (Qacarlar) təbəələri olan şahsevənlər tərəfindən işğal olunmuşdu. 1870-ci ilin inzibati statistikasına görə, şahsevən köçəriləri (Persia təbəələri) Muğanda aşağıdakı ərazilərdə yerləşirdilər:

Sıra sayıTirələrHəmin dövrdə təsvir olunan ərazi İndiki dövrdə təsvir olunan ərazi
1XırdapayMuğan çölünün şimal hissəsi, Araz çayı boyuncaSaatlı rayonunun Arazboyu ərazisi,Kürdəmir rayonunun Xırdapay kəndi və ətrafı (kəndin həmin tayfaya məxsus ailələr tərəfindən salındığı ehtimal edilir. Etnonim xırda (kiçik) və pay (hissə) komponentlərinin birləşməsi kimi "kiçik hissə" mənasındadır.)
2XəlfəliMuğan çölünün şimal hissəsi, Araz çayı boyuncaİmişli rayonunun Xəlfəli kəndi ilə Sabirabad rayonunun Xəlfəli kəndi demək olar eyni tayfadır.
3MuğanlıMuğan çölünün şimal hissəsi, Araz çayı boyuncaOykonim türkdilli tayfa olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşlar. Tayfa vaxtilə Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə tanınmışdır. Azərbaycan ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur.

Kürdəmir rayonunda Muğanlı adlı kənd mövcuddur.

4PoladlıQalaqayının (qədim) aşağısında, Araz çayının (ikinci qol) Çölçala çuxuruna doğruBirinci Qalaqayın dairəsindən Bakıya gedən yol
5BəydəlibəyliMuğanın şimal hissəsi, quru Çatkevak arxının Çölçala çuxuruna (gölü) qovuşduğu yerdəSaatlı rayonunun Sarıcalar və Qara Nuru kəndləri arasında
6ƏkəliMuğanın bəzi hissələri, quru Orta-Koba arxının cənubuSaatlı rayonunun cənub-şərqi
7RzabəyliMuğanın şimal hissəsi, quru Govurarx arxı ilə Şəkərabilçala çuxurunun qovşağının yaxınlığındaSabirabad rayonunun Qaratuğay kəndinin cənubu
8Xamustı-Poladlışimalda Muğanın Xırmandaçala çuxurunun yaxınlığındakı hissəsiSabirabad rayonunun Moranlı kəndinin ərazisi
9SarxanbəylilərŞinçaladan Qamışlıçalaya qədər olan kanalın yaxınlığındaSabirabad rayonunun Sarxanbəyli kəndinin ərazisi
10CahanxanımlıMuğanın cənub hissəsində, Mahmudçalanın şərqindəİndiki Mahmudçala gölünün şərqində
11NovruzəlibəyliMuğanın cənub hissəsində, Mahmudçalanın şərqindəİndiki Mahmudçala gölünün şərqində
12BalabəyliMuğanın cənub hissəsində, Mahmudçalanın şərqindəİndiki Mahmudçala gölünün şərqində
13KözədliMahmudçalanın cənubundaİndiki Mahmudçala gölünün şərqində
14Talış MikayıllıMahmudçalanın qərbindəBiləsuvar rayonunun Zəhmətabad, Əliabad, Bəydili, Xırmandalı kəndləri arası
15QocabəyliMahmudçalanın qərbindəİranın Ərdəbil ostanının Pərsabad şəhristanının Qocabəyli kəndinin ərazisi
16PoladlıDaran postunun şərqindəİmişli rayonunun şərqi
17SeyyidlərMuğanının orta hissəsində, Qəzili duz gölünün yaxınlığındaSaatlı rayonunun Seyidlər kəndinin ərazisi
18DəmirçiOxçi/Ovçu duz gölünün yaxınlığındaSaatlı rayonunun Azadkənd kəndinin ərazisi
19BəybəyliTəpəli düz gölünün yaxınlığındaSaatlı rayonunun Azadkənd kəndinin cənubunda
20ƏlibabalıMuğanın orta hissəsində, Çanaq duzlu gölünün yaxınlığındaSaatlı rayonunun Sımada kəndinin cənubunda
21QaraqasımlıÇanaq gölünün yaxınlığındaSaatlı rayonunun Sımada kəndinin cənubunda

Hazırda təbii ki, bu miqrasiyaların heç biri mövcud deyil və keçən əsrin 80-ci illərinin ikinci yarısına qədər hamısı yoxa çıxıb. Lakin maraqlıdır ki, sadalanan köçərilər qışda Arazın köhnə kanalları və ümumiyyətlə çuxurlar boyunca axan və köçəri şahsevənlərin mal-qarasına xidmət edən suların yaxınlığında yerləşirdilər. Yuxarıda qeyd etdiyimiz quru arxlar və süni su anbarları olmayan yerdə köçlər və insanların məskunlaşmasından əsər-əlamət yox idi. Yeri gəlmişkən, hazırda Orta kanalın, eləcə də Muğanın mərkəzinin (Şoraçala şoranlığı) tutduğu boşluqlar tamamilə boş idi. Məlum olduğu kimi, 1868-ci ildə Arazın yarılmasından sonra müasir Yeni Arazın cənubunda və daha da cənub-şərqdə Lənkəran bölgəsinə qədər olan ərazi fasiləsiz su ilə zəbt edilmişdir.

Şahsevənlərin mənşəyi hələ müəyyən edilməmişdir. Hətta onların müasir Persiada (Qacarlar dövləti) görünmə vaxtı da məlum deyil; İrandakı rus sərhəd komissarı polkovnik Oqranoviç şahsevənlərin Fətəli Şah Qacarın sarayında görünməsini hicri təqvimlə 1216-cı ilə, yəni 1800-cü ilə aid edir; digər tədqiqatçılar şahsevənlərin türk Asiyasından gəldiyini və XVI əsrdə, Şah Abbasın dövründə İranda məskunlaşdıqlarını deyirlər. Hər halda, Muğanda biz şahsevənlərə 1800-cü ildən çox-çox əvvəl rast gəlirik. Belə ki, məsələn, P. Q. Butkovun məşhur "1722-ci ildən 1803-cü ilə qədər Qafqazın yeni tarixi üçün materiallar” əsərində belə bir qeyd var: “Köçəri Muğan çölü, qışda Salyan torpağına gələn kürdlər və şahsevənlər özlərinin 1728-ci ildə rus təbəəliyinə keçdilər və Gilan Şah Təhmasibə verildikdən sonra 1732-ci ilə qədər orada qaldılar”. Yeri gəlmişkən, bəzi Muğan kəndlərinin adı onların şahsevənlərlə (Poladtuqay kəndi və s.) sıx bağlılığından xəbər verir.

Persiada şahsevənlər Azərbaycan vilayətində, qismən də Xorasanda məskunlaşdılar. Yayı Savalan kəndlərində keçirirdilər, qışda isə Muğana köçürdülər.

Şahsevənlər haqqında çox dəyərli tarixi-entoqrafik essenin müəllifi V. S. Markov “Şahsevənlərlə tanışlığımız 1828-ci ildən, yəni Türkmənçay müqaviləsinin bağlanmasından başlayır” deyir. Əslində, bu ildən və daha yaxından şahsevənlərlə olan münasibətlər Rusiya ilə onlar arasında təsadüfi əlaqələrin yüz il əvvəl gerçəkləşməsi səbəbiylə başlayıb. 1828-ci ildə Türkmənçay müqaviləsi Persia hökuməti Qafqazdakı rus hakimiyyətinə müraciət etdi ki, şah təbəələri köhnə adəti üzrə Muğana qış köçləri üçün gəlsinlər, nəhayət, Muğan bu ilhaqdan öncə Rusiyaya verildi. Şahsevənlərdən müəyyən haqq alan Talış xanlarına tabe olan çöl (cənub hissəsi) otlaqlardan istifadəyə görə Persia hökuməti özü kəndlər üçün ildə 2000 rubl gümüş ödəməyi təklif etdi, 1831-ci ildə Tiflisdə ilkin akt tərtib edildi və ona əsasən Muğanın yalnız həmin hissəsi üçün 2000 rubl ödənilməli idi. əvvəllər Talış xanlarına məxsus olan; Şahsevən sərhədindən keçmə qaydası da bu aktla müəyyən edilirdi. Bu müqavilə təsdiq olunmazdan əvvəl Qafqazda rus hökuməti Persia şahsevənlərinə pulsuz olaraq Muğanda hərəkət etməsinə icazə verdilər.

Bu hüquqdan istifadə 1847-ci ilə qədər davam etdi, Persia hökuməti 2000 rubl məbləğində ilk ödəniş etdi. İcarə haqqının ödənilməsi az-çox müntəzəm olaraq aşağı-yuxarı cəmi on il boyunca gerçəkləşdi, sonra isə həm bilavasitə şahsevənlərlə, həm də buna görə Persia hökuməti ilə anlaşılmazlıqlar dövrü başladı. Məsələ burasındadır ki, şahsevənlər Muğana keçdiyi ilk andan özlərini çox pis tərəfdən göstərməyə başladılar. V.S.Markov "Sərhədimizdə və sərhədlərimizin daxilində onların törətdikləri bütün qanunsuzluqları və iğtişaşları saymaq çətindir" deyə yazır. Şirvan köçərilərinin ixtiyarında olan şahsevənlər rus təbəələrinin kəndlərini zorla ələ keçirməyə, köçərilərə hücum etməyə, onları öldürməyə və mal-qaralarını oğurlamağa başladılar. Bunun ardınca Muğanın məskunlaşmış əhalisinə basqınlar və əkin sahələrinin dağıdılması nəticəsində şahsevənlər öz məqsədlərinə çatdılar və Muğanın hər iki hissəsini tamamilə ələ keçirdilər, Talış bölgəsini və Şirvanı demək olar ki, tamamilə ələ keçirdilər. Bu arada çay sahilində əhali artdı. Kür və Araz qovşağı keçmiş Talış xanlığından və rus təbəələri kimi Şirvandan gələn mühacirlərlə doldu. Köçərilər 1849-cu ildə Şamaxı hərbi qubernatoru Bardan yadelli basqınlardan qorunmağı tələb etdi. Kür və Araz onlardan təxminən 7 mil məsafədə idi. Dəqiq müəyyən edilmiş məntəqələrdə mal-qaranın suvarılması üçün sahələr işarələnmişdir. V.S.Markov deyir ki, göstərilən xətt daxilində 2000 kvadrat verst qədər sahə var idi.

Lakin bu tədbir sərhəddə şahsevənlərə nəzarətin gücləndirilməsi ilə birlikdə müsbət bir nəticə vermədi və köçərilərin vəhşilikləri davam edərək, əsasən yerli kəndli əhalinin üzərinə düşürdü. Əslində, şahsevənlər heç bir hakimiyyətə tabe deyildilər: qafqazlılar onlara yad idi,persialılar isə əhəmiyyət kəsb etmirdi,üstəlik iğtişaşlara qarşı mübarizə aparmaqdan daha çox kömək edirdi; unutmaq olmaz ki, 80-ci illərdə köçəri şahsevənlərin sayı 13 min çadıra çatırdı.

Nəhayət, Qafqaz səlahiyyətliləri belə nəticəyə gəldilər ki, şahsevən məsələsinin ən rasional həlli Muğanın tamamilə Persia (Qacar İranı) köçərilərinin üzünə bağlanmasıdır. Rusiya hökuməti ilk dəfə kompromis yolu sınayaraq dərhal bu qərara gəlmədi: 1882-ci ildə sənaye nəzarətinin xüsusi qaydaları hazırlanmışdır. Şahsevənlər üzərində hökmranlıq mövcud idi,lakin Persia hökuməti bu bununla razılaşmadı.

Diplomatik yazışmalar bir qədər gözlənilmədən başa çatdı: 1884-cü il oktyabrın 23-də Tehran hökuməti Rusiyanın Tehrandakı elçisinə nota göndərdi və orada bildirilirdi ki, hökumət heç bir şəraitdə şahsevənlərin Muğana köçməsinə, onları orada buraxmamağa qərar verməmişdir." Görünür, Persia hökuməti qorxurdu ki, şahsevənlərin Muğanda qaldıqları müddətdə Rusiya hakimiyyətinə tabe olması bir keçidə gətirib çıxaracaq. Şahsevənlər məsələnin belə kəskin həlli ilə dərhal barışmadılar: 1884-1885-ci illərin qışını Persiada sakit keçirdilər, lakin 1885-ci ilin payızında onların bəzi tayfaları sərhədi keçdi və yenidən köçdü. Muğana yerləşənlər 1885-ci ilin dekabrına qədər tarixdə bir neçə min nəfərə çatdılar və əyalət rəhbərliyi vəzifəsindən qovuldu. "Şahsevənlər hərbi gücə əl atdılar. Yeri gəlmişkən, şahsevənlər Persia hakimiyyətinin dəhşətli zülmü ilə Muğana köçməyə məcbur olduqlarını elan edərək, İrana qayıtmaqdansa ölümü üstün tutaraq Rusiya təbəəliyini qəbul etmək istəklərini bildirdilər". Şahsevənlərin xahişi təbii ki, təmin olunmadı və 1885-ci il dekabrın 27-də Muğan tamamilə şahsevənlərdən təmizləndi, baxmayaraq ki, İrana belə vaxtsız qayıdış köçəriləri demək olar ki, tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu.

Beləliklə, şahsevənlərin Muğan qışlaqları ilə çoxəsrlik əlaqəsi qırıldı və sonuncular tezliklə öz fizioqnomiyalarını dəyişməyə, mədəni torpaqlara çevrilməyə və oturaq əhali ilə dolmağa başladılar. Şahsevənlərin Muğana yenidən gəlməyə son cəhdi 1917-ci il inqilabının ilk illərinə təsadüf edir, o zaman sərhədin denudasiyası və köçərilərin sistemlərdən çıxarılması Persia köçərilərinin çöllərin geniş ərazilərinə axışmasına imkan verirdi. Lakin bu köçəri qayıdış tezliklə aradan qaldırıldı və görünür, uzun müddət, hətta əbədi olmasa da, xüsusən də indi şahsevənləri təşkil etmək vəzifəsini İran hökuməti öz üzərinə götürdüyünə görə onların ən narahat tayfaları tərksilah edildi, peşmenlərin başçıları öldürülmüş və şahsevənlərə nəzarət gücləndirilmişdir. Yeri gəlmişkən, bütün bu hadisələrin nəticəsi dinc Persia kəndlilərinə uzunmüddətli mühacirətdən qayıtmaq imkanı oldu.

Persiaya gedib əkinçiliklə məşğul olmağa başladılar. Muğanın şahsevənlər üçün bağlanmasından sonra yerli oturaq əhalinin və yeni gələn Zaqafqaziya köçərilərinin təhlükəsizliyi təmin edildi və zəmanət verildi. Həm birinci, həm də ikincilər öz mal-qaraları ilə çölün içinə daha dərinə getməyə başladılar. Lənkəran köçərilərinin yerləşməsi Muğanın cənub yarısında, Bolqarçaya yaxın ərazidə daha sabit əhali yaratdı.

Tədqiq olunan hesabatların iqtisadi vəziyyəti ilə bağlı rəqəmsal məlumat. 1895-ci il

Sıra sayıKəndlərCəzaya görə siqaret çəkənlərin sayı Siqaret çəkənlərin sayıKişilərin sayıQadınların sayıMalikanə (desyatin)Bağça/həyət (desyatin)Meşəlik (desyatin)Əkinə əlverişli sulama (desyatin)Sulanmayan və əlverişsiz otlaq (desyatin)İnəklərDamazlıq öküzCamışlarKörpə heyvanlarXırda mal-qaraAyğırlarMadyanDəvələrUzunqulaqlarDonuzlarTaxıl anbarı (rublla)Torpaq (rublla)Zadəganlar (rublla)Əhali (rublla)Hərbi vəzifəyə görə vergi (rublla)
1Petropavlovka3547797615,,,,,,1140435362,,,,,,30,,,1180,,,,,,78130175176105,,,
2Qalaqayın139162448386183,51,5660533276124678,,,3768,,,5,,,695153945310211
3Qıraqlı110112355266121,51561046625050,,,62600749,,,,,,,,,55575575280190
4Minbaşılı3541126905,,,,,,18018371351851,,,1120,,,2,,,1755523815665
5Molday3436107725,,,1,2210650100635272300345,,,,,,,,,1706023114254
6Saatlı4240105865,5,,,3468716105611155,,,819,,,,,,,,,2105028612065
7Mollavazlı70722111881423,530139512872557912002561,,,12,,,35075457224116
8Əlisoltanlı62822501752043480102329810110315928010124,,,14,,,31070422196133
9Potubəyli43501358752,510250427,51976281112100529,,,4,,,21512829312670
10Quştan-Qaracalar365092797,,,60220597152652882800161819,,,,,,1808524513560
11Gomuşçu2428875041,,,3608151383041571001123,,,,,,,,,120851436533
12Qaralar59702151546357201840405103911771100117811,,,,,,295150352128105
13Qaraqaşlı252990494,,,20295476143642056700741,,,,,,,,,125501446664
14Mürsəlli4246154965,,,,,,520956174931624180083148,,,2106028610972
15Çaxırlı2349105883,5,,,,,,22098090421367,,,5163,,,,,,115501566152
16Təzəkənd2357107903,13,,,30053370,,,10435,,,6030,,,,,,,,,184,,,1506238
17İsmayıllı81135262,5,,,,,,3327,536126225066,,,,,,,,,1619472426
18Xoşçobanlı203099965,5,,,2,51001929260336820116595,,,58901738242
19Yuxarı Otuzikilər3634133667,511,520010261557581503425,,,,,,,,,729321410052
20Yuxarı Qaralar3036117746,,,,,,14413593628392227528,,,,,,,,,60551818443
21Məşhədi Sultan Muradlı141852243,50,5,,,40773225920,,,18,,,,,,,,,2836834021
22Çahar39581198250,51,524026148384468110183123,,,,,,7815023214061
23Qara-Qaradonlu3238857214,523,5969468411231,,,91613,,,,,,64601999041
24İmamqulubəyli141859521,5,,,,,,4246,52012515,,,368,,,,,,2827884526
25Məzrəli273594732,50,5,,,126,553,5804520315006126,,,,,,54541608548
26Seyidlər243594692,5,,,,,,724250301927,,,5207,,,,,,48361437524

İqtisadiyyatı

Muğan mahalının sakinləri əkinçilik, maldarlıq və pambıqçılıqla məşğul olurdular.

Mədəniyyət

"Qalaqayın məscidi"nin daş kitabəsi bu gün də qorunub saxlanılır. Kitabənin üstündə 1657-ci tarixi məscidin inşa olunması qeyd olunmuşdur. Məscid isə özü müasir tiplidir.

Sənətkarlıq

Buradan böyük ticarət və karvan yolları keçmişdir. Kür və Araz çaylarının sahillərində yaşayan əhalinin əsas məşğuliyyəti əkinçilik olmuşdur. Maldar tayfalar qış aylarında bu yerlərə qışlağa gəlirdilər. Taxılçılıq, tütün, bostançılıq, heyvandarlıq da əhalinin əsas məşğuliyyəti idi. Oturaq əhali kustar əl əməyi ilə məşğul olur, saxsıdan, metaldan, şüşədən, müxtəlif məmulatlar düzəldir, həsir, xalça, palaz, çuval və s. əşyalar toxuyurdular.

Muğan bölgəsində yaşayan əhalinin məşğuliyyətini əks etdirən materiallar bölgə tarix-diyarşünaslıq muzeyində qorunub saxlanılır.

Qarabağ xalçaçılıq məktəbinə xas Muğan xalçası, XIX əsr, Azərbaycan Milli İncəsənət Muzeyi
Şahsevənlərə aid ipək və metal örtüklü at üçün örtük. 1850-1900-cu illər.
Palaz

Bu gün də bir çox sənətkarlıq növləri ilə bir qisim əhali məşğul olur. Taxta işi, dəmirçilik, qalayçılıq, papaqçılıq, pinəçilik, toxuculuq, tikişçilik və s. sahələr inkişaf etdirilir.

Milli geyimlər

Ötən əsrlərdə qadınlarımız əsasən qırçınlı və büzməli tuman, köynək, yundan əl ilə sırınmış sırıqlı geyinər, başlarına ağ, noxudu kəlağayı, qrebdişin və tirmə şallar örtər, zərbafta ilə işlənmiş yay və qış arxalıqları geyinərdilər.

Çöldə Araz çayında qayığa söykənən iki kişi. Persiya tatarı (azərbaycanlı/türk) Rza Cəfər oğlu (1883-1947) və Kərim Cəfər oğlu (1881-?) qardaşları qoşadöşlü arxalıq geyimində. Saatlı kəndi, Muğan mahalı, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası. 1912-ci il. Qoşadöşlü arxalıq həm Quzey Azərbaycanda , həm də güney Azərbaycanda geniş istifadə olunurdu.

Kişilər və uşaqlar ətəkləri büzməli şalvarlar geyinər, qışda altdan dizlik, əyinlərinə gödəkçə, sırıqlı, ayaqlarına yun corab və başlarına isə papaq geyinərdilər.

Hakimlər

  • Muradxan sultan Bayburdlu (16-cı əsrin sonu)
  • İbrahim xan (17-ci əsrin birinci yarısı)
  • Ramazan sultan (?-1727)
  • Əliqulu xan Şahsevən (1727-1734)
  • Məhəmməd xan (1734-?)
  • Səfiqulu xan
  • Qiyas xan (1742-1750)
  • Həsən xan (1750-1789)
  • İbrahim xan (1789-1794)
  • Səfi xan Muğanlı (1794-1805)
  • Məhəmmədsalah хan (1805-1815)
  • Mustafa bəy Muğanlı (1815-1845)
  • Rüstəm bəy Məhəmmədsalah хan oğlu (1845-185?)

Qeydlər

  1. Bu tarixi Muğan mahalının yerini 1921-ci ildə Petropavlovka dairəsi aldı. Salyan qəzası VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzalar ləğv ediləndən sonra eyni inzibati ərazi çərçivəsində 1929-1930-cu illərdə Muğan mahalı adlanmışdır.
  2. 1921-1929-cu illərdə Salyan qəzasının dairəsi,1929-1930-cu illərdə isə ləğv edilmiş Salyan qəzasını əvəzləyən Muğan mahalının dairəsi olmuşdur.

Həmçinin bax

  • Muğan dairəsi
  • Muğan (tarixi ərazi)
  • Cavad qəzası
  • Rudbar mahalı
  • Ağabəylilər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muğan mahalı haqqında məlumat. Muğan mahalı nədir? Muğan mahalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pomponi Mela

  • Fevral 27, 2026

    Nikos Xristodulidis

  • Fevral 27, 2026

    Yenikənd (Salyan)

  • Fevral 27, 2026

    Ulduzlararası

  • Fevral 27, 2026

    Avena abyssinica

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst