| Bu məqalə Saatlı şəhəri haqqındadır. Saatlı rayonu üçün Saatlı rayonu səhifəsinə baxın. |
Saatlı — Azərbaycan Respublikasının Saatlı rayonunun Saatlı şəhər inzibati ərazi dairəsində şəhər, Saatlı rayonunun inzibati mərkəzi. Araz çayının sağ sahilində yerləşir.
| Şəhər | |
| Saatlı | |
|---|---|
| |
| 39°55′52″ şm. e. 48°22′11″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | −9 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Digər | |
| saatli-ih.gov.az | |
![]() Saatlı | |
Adı
Saatlı adının mənşəyi Səədli oymağından gəlir, bu oymağın daşıdığı bu ad Qaraqoyunlu boy bəyindən almışdır. Bundan başqa, Saatlı toponimi izah edən bir neçə xalq etimologiyası var. O cümlədən, "Seatlı" (beşatlı), "Saya atlı", "Suatlı yer" və "Səhhətli yer". Başqa bir xalq etimologiyasına görə, Muğanda saatı ilk gəzdirən insan bu ərazidə yaşamışdır.
Tarixi
Əvvəllər saatlılar Arpaçayın aşağı axarı və Arazın sağ sahillərində yaşayıb, XV əsrin 30-cu illərində ayrımlarla qarışaraq Qazax–Borçalı zonasında kök salıblar. Bu boy/tayfa Qaraqoyunlu dövləti dağıldıqdan sonra İrəvan ətrafına,sonra Borçalı ərazisinə, 1759-cu ildə feodal münaqişələrinə görə bölünərək Gəncəyə və Qarabağ xanlığına (Cavanşir mahalı və Şuşa şəhəri) köçmüşdür.
Şuşa şəhərində yaşadıqları məhəllə isə öz adları ilə "Saatlı" (Saatlı məhəlləsi) adlandırılıb.
Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu ilə əlaqədar Qarabağ xanı İbrahimxəlil xan bu tayfanı müvəqqəti olaraq Şirvan xanlığı ərazisinə köçürmüşdür. Amma Şirvan xanı Mustafa xanın güzəştli vergi və imtiyazlarına görə geri qayıtmamışlar. İndiki Saatlı rayonunun ərazisi Şirvan xanlığına aid Muğan mahalının bir hissəsi idi.
İndiki Saatlı şəhəri ilk olaraq oba (köçəri icma) olaraq xarakterizə edilmişdir. Ümumi Azərbaycanda tayfalar/oymaqlar oturaq həyat tərzinə keçdiyindən sonra Saatlı kəndə çevrilmişdir.

Saatlı kəndi Bakı quberniyasının Cavad qəzasına aid idi. 25 may 1943-cü il tarixli Fərmanla Sabirabad rayonundan mərkəzi Saatlı olan yeni rayon ayrılmışdır. Saatlı kəndi 24 sentyabr 1947-ci ildə şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmişdir. 1971-ci ildə şəhər statusu almışdır.
Əhali
"Qafqaz təqvimi "nin məlumatına görə, 1910-cu ildə Bakı quberniyasının Cavad qəzasının Saatlı kəndində 1908-ci ildə 307 nəfər, 1912-ci ildə isə 323 nəfər yaşayırdı. "Qafqaz təqvimi" nin məlumatına görə, Saatlı əhalisinin sayı 1915-ci ilə qədər 235 nəfərə düşüb. Əhalisi azərbaycanlılardan ibarətdir.
| |||||||||||||||||||||||||||
Şəkillər
Çöldə Araz çayında bir qayığa söykənən iki kişi. Persiya tatarı (azərbaycanlı/türk) Rza Cəfər oğlu (1883–1947) və Kərim Cəfər oğlu (1881–?) qardaşları qoşadöşlü arxalıq geyimində. Saatlı kəndi, Muğan mahalı, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası. 1912-ci il.
Rza Cəfər oğlu (1883–1947) və Kərim Cəfər oğlu (1881–?) qardaşları. Yaşadıqları həyətyanı sahəsi. Araz çayının yaxınlığı, Saatlı kəndi, Muğan mahalı, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası. 1912-ci il.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Saatlı haqqında məlumat. Saatlı nədir? Saatlı nə deməkdir?
