Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nadir şahın öldürülməsindən sonra Gilanda da hakimiyyət uğrunda mübarizə başladı. Bir tərəfdən Əmir Dibac Fuməninin törəmələri, bir yandan da Şah Sultan Hüseyn

Gilan xanlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Gilan xanlığı

Gilan xanlığı — 1747-ci ildə Gilan əyalətində yaranan xanlıq.

Mündəricat

Tarixi

Nadir şah Qırxlı-Avşarın qətlindən sonra Gilanda hakim Tarumlu əmir Əmirgunə xan Əmirli-Avşar idi.

Nadir şahın öldürülməsindən sonra Gilanda da hakimiyyət uğrunda mübarizə başladı. Bir tərəfdən Əmir Dibac Fuməninin törəmələri, bir yandan da Şah Sultan Hüseyn Səfəvinin dönəmində Gilan hakimi olan Ağa Kamalın övladları. Ağa Safi Gilanı ələ keçirib, özünü xan elan etdi.

Məhəmmədhəsən xan Qovanlı-Qacar və Kərim xan Zəndin arasında gedən taxt-tac qovğasından istifadə edib, yerini möhkəmlətdi. 1752-ci ildə Ağa Camal Fuməninin qızı ilə evlənib, köklü ailə tərəfindən dəstək qazandı. 1753-cü ildə Ağa Hadi Şəfti ilə ədavəti nəticəsində öldürüldü. Ağa Hadi Mirzə Zəki Kəskərinin yardımı ilə Gilanda xanlıq taxtına əyləşdi. Onun xanlığı 4 ay çəkdi. Qacar xanlarını bir həmləsi ilə tutulub, edam edildi. Bundan sonra Gilan taxtına Hacı Camalın gənc oğlu Hidayətulla xan əyləşdi.

1768-ci ildə Hidayətulla xan 12 min nəfərlik qoşunla Lənkərana hücum etdi, Şindan qalasına çəkilən Qara xan bir müddət müqavimət göstərsə də Hidayətulla xan çoxlu xərac alaraq Qara xanı azad etdi.

1778-ci ildə Gilan xanı Hidayətulla xan Cavad qalasını mühasirəyə aldı və ələ keçirdi. Cavad şəhərinin əhalisinin bir hissəsi Rəştə köçürüldü.

1779-cu ildə Kərim xan Zəndin vəfatından sonra Ərdəbil hakimi Şahsevən Nəzərəli xan çoxlu sayda atlı dəstə ilə Gilan və Rəşt tərəfə yürüş etdi. Nəzərəli xan göstərilən məntəqəyə hücum edərək oranı viran qoyub, çoxlu malla geri döndü.

1780-ci ildə Nəzərəli xan Şahsevən yenidən Rəştə hücum edir. Hidayətulla xan əvvəlcə Lahicana, ordan da dağlara qaçıb gizlənir. Elçi göndərib Xalxal xanlığının hakimi Əmirgunə xan Əmirli-Avşardan yardım istəyir. Əmirgunə xan Rəştə gəlir. Nəzərəli xan Ərdəbilə dönür.

Hidayətulla xan qacarların hakimiyyətinə qədər Gilana başçılıq etdi.

Gilan xanları

  • Əmirgünə xan Əfşar (1747–1748)
  • Ağasəfi Gilani (1748)
  • Hidayətulla xan (1748–1802)

Həmçinin bax

  • Gilan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gilan xanlığı haqqında məlumat. Gilan xanlığı nədir? Gilan xanlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Ruslaşdırma

  • Fevral 24, 2026

    Amerika inqilabı

  • Fevral 27, 2026

    Qaratəpə (Borçalı)

  • Fevral 27, 2026

    Miyaqi prefekturası

  • Fevral 27, 2026

    E.ə. 2104

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst