Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uzunluğu 115 km, hövzəsinin sahəsi 1770 km²-dir. Başlanğıcını Böyük Qafqazın cənub yamacından (1980 m) alaraq süni kanal vasitəsilə Kürə tökülür. Cənub yamacınd

Göyçay çayı

  • Ana Səhifə
  • Vikipediya
  • Göyçay çayı

Göyçay — Kürün sol qoludur. Qəbələ, İsmayıllı, Göyçay, Ucar və Zərdab rayonları ərazisindən axır.

Göyçay
Xəritə
Ölkə  Azərbaycan
Rayonlar
  • Qəbələ rayonu
  • Zərdab rayonu
  • İsmayıllı rayonu
  • Göyçay rayonu
  • Ucar rayonu
Mənsəbi Türyançay
Uzunluğu 115 km
Su sərfi 12,9 m³/san
Su sistemi Kür
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 1770 km²

Mündəricat

Ümumi məlumat

Uzunluğu 115 km, hövzəsinin sahəsi 1770 km²-dir. Başlanğıcını Böyük Qafqazın cənub yamacından (1980 m) alaraq süni kanal vasitəsilə Kürə tökülür. Cənub yamacından axan çaylar arasında ən çox sululuğa malik olması ilə fərqlənir.

Başlıca olaraq sağdan: Qalacıq (uzunluğu 18 km), Vəndam (uzunluğu 36 km), soldan isə Əyriçayı (uzunluğu 36 km) qəbul edir. Axımı qar (12%), yağış (28%) və yeraltı (60%) sulardan əmələ gəlir. Çayın orta illik su sərfi 12,0 kub m/san-dir. Bununda 30–35%-i yaz, 20–25%-i yay, 18–22%-i payız, 15–17%-i isə qış fəsillərində keçir. Asılı gətirmələr həcminin böyüklüyünə görə Göyçay, Böyük Qafqazın cənub yamacından axan Türyan-çaydan sonra ikinci yeri tutur. Asılı gətirmələr sərfi 35,0 kq/san və ya orta hesabla bir ildə Şirvan düzü-nə 1 milyon tona qədər lil aparır. Orta lillənməsi isə 2700 q/kub m-dir. Aprel-iyun aylarında asılı gətirmələrin 45–65%-i, sentyabr-oktyabrda isə 15–30%-i keçir.

Göyçayın suyu hidrokarbonatlı-kalsiumlu olmaqla, 250–500 mq/l minerallaşmaya malikdir. Çay Şirvan düzünə çıxdıqdan sonra bir sıra qollara ayrılır və suvarma işlərinə məsrəf olunur. Çayın suyu yay aylarında əkin sahələrinin tələbatını ödəmədiyinə görə Nohur-Qışlaq su anbarının suyu xüsusi kanallar vasitəsilə çaya axıdılır. Göyçay şəhəri çayın suyu ilə təchiz olunur.

İvanovka kəndi yaxınlığında çayın üzərində HES tikilmişdir.

Göyçay çayının məcrası 2000-ci illərin əvvəllərindək 3–4 metr, bəzi yerlərdə 5–6 metr dərinliyində olmuşdur.

Körpülər

Çayı üzərində ilk avtomobil körpüsü 1947-ci ildə tikilmişdir. Həmin körpü 2002-ci ilədək tab gətirmişdir. Belə ki, körpünün dayaqlarını, istinad laylarını su yumamışdır. Lakin TIR-lar peyda olandan, ağır tonnajlı avtomobillər həmin dəmir konstruksiyalı körpünü qəzalı vəziyyətə saldıqdan sonra 2003-cü ildə ona paralel yeni körpü inşa edilib istifadəyə verilmişdir. Mütəxəssislərə görə həmin tikilmiş, 2018-ci ildə uçmuşdur.

Həmçinin bax

  • Azərbaycan çayları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Göyçay çayı haqqında məlumat. Göyçay çayı nədir? Göyçay çayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Veb-səhifə

  • Fevral 27, 2026

    Urjum

  • Fevral 27, 2026

    Viridiplantae

  • Fevral 28, 2026

    Oğuz xaqan

  • Fevral 26, 2026

    Timor dənizi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst